Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:22 - 20.05.2019  
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Tarix: 23-05-2018, 12:21 | Bölmə: ---

Artıq neçə müddətdir ki, ölkə mətbuatında bir sıra DGK generallarının məsuliyyətə cəlb olunmağından bəhs edən məlumatlar səngimək bilmir.
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏYada salaq ki, bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə-DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları -Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev ,Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb. "Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkələrinə dağıdılmaqla əhaliyə satılıb. Rəsmi məlumatdan da məlum olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ancaq gəlin bir az keçmişə nəzər salaq. "Dərman məsələsi”ndən əvvəl ölkədə bir ara ən çox gündəmdə olan yağ mövzusu idi. Mətbuatdan bildiyiniz kimi uzun müddət, Broker MMC-nin rəhbəri, "broker Əbülfəz” ləqəbli "Monopoliyalar kralı” Əbülfəz Məlikov qida sektorunu əlinə alaraq ölkəyə idxal olunan yararsız qida məhsulları ilə əhalini zəhərliyirdi. Hamıya məlumdur ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Bir müddət əvvələcən başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var idi ki, bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulurdu. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Rusiya, Yeni Zelandiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Azərbaycanda yaranan bu yağ probleminin əsas baiskarının da kim olduğu məlumdur.

Bu biznes "broker Əbülfəz” kimi tanınan həmin Əbülfəz Məlikovun monopoliyasındadır. Ə. Məlikovun bu "yağ monopoliyası” xalqımıza həm bahalıq səbəbindən , həm də ən əsas sağlamlıq baxımdan çox baha başa gəlir.

Belə ki, mətbuatda bildirilir ki, Məlikovun ölkəyə gətirdiyi yağ məhsullarının içindən tamam başqa qatqılar da çıxır. Həm də Ə.Məlikovun idxal etdiyi yağlar baha olmaqla bərabər onu içinə balina yağı və heyvanların iç piyini qatırlar. "Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə "ekoloji cəhətdən təmizdir” yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən "Toplyonoye maslo”, "Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli "Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur.

Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır”,-onun haqda yazılan çoxsaylı yazıların birində deyilir. "Ötən ilin sonlarında isə Azərbaycan cəmiyyətində saxta düyü və saxta yumurta həyəcanı yaşandı. Bu həyəcan özünü sosial şəbəkələrdə paylaşılan foto və videolardan da göstərdi. Hətta bəzi vətəndaşlar marketlərdən aldıqları saxta yumurtaların videosunu paylaşdılar və bunun səbəbini sorğulamağa başladılar. Mətbuat da bu hadisəyə biganə qalmadı və araşdırma zamanı məlum oldu ki, bu və digər saxta, daha doğrusu, sintetik qida məhsulları Çində "istehsal” edilir, daha sonra xarici ölkələrə, o cümlədən də, Rusiya və Azərbaycana ixrac olunur. Dünya mediasının da gəldiyi qənaətə görə, saxta və sintetik məhsulların hansısa ölkəyə idxalı ancaq və ancaq gömrük orqanlarının "dobro”su və "fövqəladə gücə malik olan” işbazların təşkilatçılığı ilə baş tuta bilər. Əks təqdirdə, müxtəlif kimyəvi maddələrdən hazırlanan sintetik qida məhsullarının hansısa ölkəyə, o cümlədən də Azərbaycana daxil olması mümkünsüzdür.

2016-cı ilin dekabr ayında ölkə mətbuatında Azərbaycana idxal olunan saxta düyü və yumurtaların arxasında duran şəxslər kimi Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı hallandı”,-digər yazıda bildirilir.

Belə demək mümkünsə Azərbaycanda inəklərin yağları Ə.Məlikovun "standartlarına” cavab vermədiyi üçün daxili bazara ayaq aça bilməyib. 
Görünən odur ki, Ə.Məlikov Prezidentin daxili istehsalın inkişafına dövlət qayğısının artırılması barədə göstərişlərinə əməl etməyib./
365İNFO.ORG/

Bundan başqa ölkə mətbuatının yazdığına görə "Monopoliya naziri Əbülfəz Məlikov” hər il Azərbaycana , kənd təsərrüfatına milyardlarla ziyan vurub. Ölkə iqtisadiyyatının dirçəlməsində əsas əngəllərdən biri məhz vaxtı ilə "Meyvəli” topdansatış bazasında da "məskunlaşan” və Azərbaycan gömrüyündə monopoliyanın təminatçısı rolunda çıxış edən Əbülfəz Məlikov olub. Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub.Təbii ki, bu cür şəraitdə,Əbülfəz Məlikovun fəaliyyəti "sayəsində” ölkənin kənd təsərrüfatına böyük zərbələr dəyib, onun inkişafı ləngiyib.

Sizcə vaxtı ilə Səfər Mehdiyev DGK-nın 1-ci müavini vəzifəsində çalışanda bütün bunlardan məlumatı yox idimi? Var idi… Bunu biz yox, ölkə mətbuatı deyirdi. Ölkə mətbuatı o vaxtlar mütəmadi olaraq yazırdı ki, bu monopoliyanın başında dayanan elə Səfər Mehdiyev özü olub.

Bəlkə də elə buna görə Əbülfəz Məlikovun illər boyu törətdiyi cinayətlərə Səfər Mehdiyev göz yumur və "monopoliyalar kralı” cinayət məsuliyyətinə cəlb olunmur.

Görəsən sabahları Əbülfəz Məlikov da, adı "Dərman mafiyası”nda keçən generallar kimi, ölkəyə zəhərli qida məhsullarının idxalı işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunsa, o Səfər Mehdiyevdən ifadə verər?

Bizə elə gəlir ki, Əbülfəz Məlikov nəinki bu haqda ifadə verər, hələ çox şey danışar və buna görə də Səfər Mehdiyev onu qoruyaraq oyundan çıxarıb hüquq mühafizə orqanlarının gözündən yayındırmaq istəyir.

Demokratik.Az olaraq adıçəkilənlərə söz haqqı tanıyırıq!

 

Demokratik.Az

Xəbər 4315 dəfə oxunub






Oxşar xəbərlər

“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25864] initstartout [0.00019] initstartin [0.00094] calstart [0.01212] calend [0.00065] topnewsend [0.00483] rsssend [0.00000] ehgend [0.04075] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19835]