Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:12 - 16.01.2019  
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Tarix: 23-05-2018, 08:41 | Bölmə: ---

Vəfa Məmmədova: "Çətin ki, bu siyahıda İlqar da olsun...”

ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDIAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı əfv sərəncamının verilməsinə sayılı günlər qalır.

Heç şübhəsiz ki, ictimaiyyətin əsas diqqət mərkəzində məşhur məhbuslardır. REAL sədri İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, NİDA-çı gənc İlkin Rüstəmzadə, AXCP-dən Asif Yusifli, Seymur Həzi, Məmməd İbrahim və digər siyasilərin, eləcə də ömürlük məhbuslardan kimlərin əfv siyahısında olub-olmayacağı barədə müxtəlif fikirlər var.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat”a açıqlamasında müsbət qərarlar qəbul etdiklərini söylədi: "Əfv siyahısında kimlərin adının olması birbaşa cənab prezidentin səlahiyyətinə aiddir. Siyahıda müxtəlif kateqoriyalardan olan insanlar var. Müraciətlərə baxılarkən öncəliklə mərhəmət, humanizm prinsipləri əsas götürülüb. Məhbuslar tərəfindən edilən müraciətlərdə bir çox amillər nəzərə alınıb. Məhbusun şəxsiyyəti, səhhətinin vəziyyəti, etdiyi cinayətin nəticələrinə münasibət, islaha meylli, davranışları, ailəsinin durumu, zərərçəkmişin mövqeyi, zərərçəkmişlə məhbusun barışıb-barışmadığı, dəymiş ziyanın ödənilib-ödənilməməsi, dövlətin milli təhlükəsizlik maraqları kimi amillər əsas götürülüb. Balanslar qorunmaqla rəy hazırlanıb və qərar qəbul olunub. Son qərar cənab prezidentə məxsusdur”.

Ə.Nuriyev dedi ki, ömürlük məhbuslarla bağlı məsələdə cəzanın müddəti şübhəsiz ki, burada mühüm rol oynayır:"Burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər bir müraciət hərtərəfli araşdırılıb. Cəzanın 25 ilini başa vurmuş, son beş ildə qüsursuz davranış nümayiş etdirmiş şəxslərlə bağlı vaxtından əvvəl şərti cəza tətbiq edilə bilər. Bildiyim qədəri ilə indiyə qədər 6 nəfər cəzasının 25 ilini başa vurub. Çox güman ki, həmin şəxslərlə bağlı məhkəmələrə müraciətlər olunacaq. Məhkəmələr də bu müraciətlərə baxıb müvafiq qərarlar qəbul edə bilərlər. Üzümüzə gələn əfvin hansı gündə veriləcəyi barədə nəsə demək çox çətindir. Çünki bu hüquq da birbaşa cənab prezidentin səlahiyyətlərinə aiddir. Ola bilər ki, bu həftə ərzində əfv olsun, bunu istisna etməzdim”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfvlə bağlı məhbusların kateqoriyalara ayrılmasının əleyhinədir: "Əgər ölkəmizdə ədalətli məhkəmələr olsa, güclü vəkillər fəaliyyət göstərsə, o zaman məhbusları kateqoriyalara ayırardım. Ədalətsiz şəkildə həbs edilənlər də az deyil. İstənilən halda azad edilən hər bir məhbusun adına sevinmək lazımdır. Çünki burada ailələrin sevincini unutmaq olmaz. Hazırda Azərbaycanın imici beynəlxalq aləmdə elə də yaxşı deyil. Bu vəziyyətin böyümə ehtimalları var. Azərbaycanda siyasi motivlərlə həbs edilən insanların olduğu danılmaz bir faktdır. Belə insanların azad edilməsi vacibdir. Ölkənin gələcək inkişafı, imici üçün mütləq bunlar nəzərə alınmalıdır. Siyasi məhbus siyahılarına çoxsaylı şəxslərin adlarının salındığı da bir acı reallıqdır. Çox istərdim ki, Gözəl Bayramlı başda olmaqla, qadın məhbuslarımız, bloggerlər, jurnalistlər azad olunsunlar. Ömürlük məhbuslar mütləq mənada azad edilməlidir. Bilmək olmur ki, onların nə qədər ömrü qalıb. Xəstə məhkumlar da nəzərə alınmalıdır”.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə ümidsizdir: "Çətin ki, bu siyahıda İlqar da olsun. Əgər möcüzə baş verərsə, sevinərik”.

Xəbər 4362 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11137] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00801] calend [0.00040] topnewsend [0.00322] rsssend [0.00000] ehgend [0.01083] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08771]