Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:04 - 20.09.2018  
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
Tarix: 23-05-2018, 08:33 | Bölmə: ---

Sabiq nazirin əfv olunacağı gözlənilir

Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilərAzərbaycanda böyük əfv sərəncamının imzalanacağı, eyni zamanda "Amnistiya aktı”nın qəbul ediləcəyi gözlənilir. Ehtimal olunur ki, əfv sərəncamı və gözlənilən "Amnistiya aktı” ilə həbsdə olan siyasilər də azadlığa çıxacaqlar.

Sabiq səhiyyə naziri Əli İnsanovun da adı azadlığa çıxacaq siyasilər arasında ilk yerlərdə çəkilir. Bildirilir ki, sabiq nazir əfv oluna bilər. Əlbəttə ki, bu, prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Bununla belə, Əli İnsanovun da azad ediləcəyinə ümidlər var.

Yada salaq ki, hələ 2013-cü ilin prezident seçkisi öncəsi Əli İnsanovun əfv olunacağı və azad ediləcəyi haqda məlumatlar dolaşırdı. Bildirilirdi ki, Əli İnsanov azadlığa çıxaraq ölkəni tərk edəcək. Amma bu, baş vermədi. 70 yaşını həbsdə qarşılayan sabiq nazirin əvvəlki dövrlərə nisbətən daha neytral mövqe tutması belə ehtimallar yaradıb ki, o, bu dəfə azadlığa buraxıla və ölkəni tərk edə bilər.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib. Həbs müddətinin bitməsinə 2 ay qalmış - 2016-cı ilin avqustunda ona qarşı yeni cinayət işi başlanıb. İttihama görə Əli İnsanov kamerasında psixotrop tərkibli dərman saxlayıb, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirib. 70 yaşlı sabiq nazir ittihamları qondarma adlandırıb. Kamerasında psixotrop tərkibli dərman saxlamadığını, Penitensiar Xidmətin əməkdaşına xəsarət  yetirmədiyini desə də, bu, hakimə onun barəsində ittihamedici əsaslarla hökm çıxarmağa mane olmayıb.  2017-ci il aprelin 26-da Əli İnsanov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Əli İnsanovla bağlı durumu "Yeni Müsavat”a şərh etmiş vəkil Əsabəli Mustafayev sabiq nazirin əfv olunacağını istisna etməmişdi. Vəkilin dediklərindən sitat: "Əvvəlki təcrübələri götürsək, ”Amnistiya aktı" az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də  azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır".

Vəkil demişdi ki, Əli İnsanovun azadlığa çıxması mümkündür: "Onun azadlığa çıxması əlbəttə ki, mümkündür. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Hətta ömürlük həbsdə olanı da əfvə salıb, azadlığa buraxa bilərlər. Gözlənilir ki, böyük amnistiya olacaq və digər maddələr də ora salınacaq. İndiki halda Əli İnsanovun əfvə və ya amnistiya aktına düşərək azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur”.

Yada salaq ki, 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əfv sərəncamının veriləcəyi və "Amnistiya aktı”nın qəbul ediləcəyi gözlənilir. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı mətbuata açıqlamalarından birində demişdi ki, siyasi məhbus problemi Azərbaycan üçün birdəfəlik qapanmalıdır. Qrup üzvü qeyd edib ki, Azərbaycan böyük bir bayram astanasında olduğu üçün əfv və amnistiya çox yerinə düşmüş olardı: "Hər halda, Cümhuriyyətin 100 illiyi hər zaman olmur. Humanistliyi özündə birləşdirən bayramda bu qərarların olması çox sevindirici olardı. Ümid edirəm ki, bunlar baş verdikdə Əfv Komissiyasına göndərdiyimiz siyahı, eləcə də prezidentə çoxsaylı şəxslərin imzaları ilə ünvanladığımız məktubdakı xahişimiz nəzərə alınacaq”.

Xəbər 3992 dəfə oxunub






Oxşar xəbərlər

DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11252] initstartout [0.00016] initstartin [0.00076] calstart [0.00964] calend [0.00058] topnewsend [0.00410] rsssend [0.00000] ehgend [0.00636] tagsstart [0.00059] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09029]