Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:41 - 26.05.2019  
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
Tarix: 23-05-2018, 08:29 | Bölmə: ---

Sabiq nazir Paşinyan-Putin görüşünü şərh etdi: "Soçi görüşü Paşinyana daha çox Putinin sürpriz qərarlarından və qəzəbindən sığortalanmaqdan ötrü lazım idi”

“Rusiya Ermənistandan gedəcək” -Tofiq ZülfüqarovErmənistanın baş naziri Nikol Paşinyan 14 mayda Soçiyə səfəri zamanı Rusiya  prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.

Görüşdən Paşinyanın hansı nəticələrlə ayrılması da maraqlıdır. Məlumatlara görə, N.Paşinyan Rusiyanın Azərbaycana silah satmasından narahatlığını ifadə edib. N.Paşinyanın V.Putinlə görüşündən sonra Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində işğalçı ölkənin təxribat-diversiya hərəkətlərinə əl atması, Ermənistanın xarici işlər və müdafiə nazirlərinin Naxçıvanla sərhədə gəlişindən sonra bu bölgədə əsgərimizin şəhid olması düşündürücüdür. Olmaya Paşinyan təlimatı Rusiya liderindən alıb?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin Paşinyanla Qarabağ barədə uzun-uzadı danışmayıb. "Paşinyan nağıl danışır. Putin Qarabağ probleminin həlli ilə məşğul olmur” - deyə, ekspert bildirdi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə "Yeni Müsavat”a açıqlamasında məsələyə geniş prizmadan yanaşdı: "Bundan qabaq da belə fikirlər səslənirdi ki, Rusiya Ermənistandan uzaqlaşır. Mən təkidlə o fikrimdə qalıram ki, artıq bu proses başlayıb. Kimsə bunu belə təsəvvür edirdi guya bu, bir günün ərzində, ya da gözə çarpacaq şəkildə baş verəcək, təbii ki, belə olmayacaq. Bu, nəyə görə baş verəcək, niyə qaçılmazdır? Birincisi, bəllidir ki, Ermənistan cəmiyyəti, son hadisələr də bunu göstərir, daha çox Qərb həyat tərzini seçirlər. Onlar iqtisadi-siyasi, humanitar, bəşəri sivilizasiya deyilən seçimi Qərb tərəfə edirlər, bu, qaçılmazdır. Çünki bu, təbii proseslərin nəticəsidir. Uzun müddət Ermənistanda belə fikirlər formalaşıb ki, Rusiya bunları istifadə edir, inkişaf üçün yollar vermir, imkanlar mövcud deyil, iqtisadiyyat böhran içindədir, demoqrafik problemlər var. Bu proses göz qabağındadır və inkişaf edir”. Diplomat qeyd etdi ki, burada ikinci mühüm bir məsələ də var: "Bəllidir ki, Rusiyadan başqa Ermənistanın təhlükəsizliyini təmin edən yoxdur. Bir məsələ də aydın oldu. Qabaq ermənilər iddia edirdilər ki, onlara ruslar kömək etmir, Qarabağı da öz gücləri hesabına ələ keçiriblər və s. Yəni ”biz Rusiyasız da Azərbaycanla bacararıq". İndi Ermənistan cəmiyyətində birmənalı fikir formalaşıb ki, yox, Ermənistan Rusiyasız qalsa, təhlükəsizlik qarantiyaları olmasa, Azərbaycan qısa bir müddətdə işğal altındakı torpaqlarını geri qaytara bilər. İndi bunların qarşısında bir problem durur. Yəni istəyirlər onların təhlükəsizliyini Rusiya təmin etsin, digər istəkləri odur ki, gələcəklərinin təminatçısı Qərb olsun. Yəni bu, daxili, bir-birinə zidd olan məsələlərdir. Bu məsələləri həm də Rusiya başa düşür. Odur ki, əsas sual bundan ibarətdir: Rusiya bu yükü daşımağa hazırdır, ya yox? Elə bil sən kimisə qoruyursan, amma o, digər tərəfə baxır. Dəfələrlə belə ritorika səslənib ki, qadını kimsə saxlayır, amma həmin qadın başqasına baxır. Hətta Ermənistanla bağlı belə bir fikir Rusiya efirində də səsləndi. Hesab edirəm ki, Rusiya bu şərtlər daxilində Ermənistanın təhlükəsizliyini müdafiə etməyə hazır deyil və etməyəcək də. Bu, birmənalı prosesdir".

“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov

T.Zülfüqarov İrəvanın Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlara əl atmasını da təsadüfi saymadığını bildirdi: "Onlar bu vəziyyəti anlayaraq istəyirlər ki, bu və ya digər şəkildə iki dövlət arasındakı hüdudda gərginliyi artırsınlar və Rusiyanı sınağa çəksinlər. Bununla Rusiyaya demək istəyirlər ki, ya sən bizi qoruyursan, ya da qorumadığını birmənalı şəkildə deyirsən, onda biz öz işimizi biləcəyik. Yəni bu, Paşinyanın arxasında duran adamların məntiqidir. Bu gərginliyin məhz Naxçıvanla sərhəddə, uzun müddətdir sakitliyin hökm sürdüyü yerdə artmasının səbəbi budur. Digər məqsəd də var. Naxçıvan xüsusi statusa malik olan ərazidir və onun təhlükəsizliyinin təminatçıları həm Rusiya, həm də Türkiyədir. Yəni bu faktor da mövcuddur. Ermənilər birmənalı şəkildə istəyirlər ki, məhz bu yerdə rusların uzun illər verdiyi vədləri sınaqdan keçirsinlər. Bilmək istəyirlər ki, Rusiya onları qoruyacaq, ya yox? Qorusalar, yaxşıdır, qorumasalar, onda açıq deyəsəklər ki, siz bizi qorumursunuz, gedirik Qərbə tərəf. Ümumiləşdirəndə bu, Rusiya üçün təzyiq, onu şantajdır”. Sabiq nazirin fikrincə, indiki situasiyanın necə olmasından asılı olmayaraq, Rusiya sonda Ermənistandan gedəcək: "Çünki Rusiyanın Ermənistanda gələcəyi yoxdur”.

Ekspertimiz bununla yanaşı, Kremlin Bakını təhdid altında saxlamaqdan ötrü vaxtaşırı Ermənistana silah-sursat göndərməsini də unutmamağı vacib sayır.

T.Zülfüqarov Putin-Paşinyan görüşündə mühüm müzakirələrin olması barədə ermənilərin iddialarını ciddi saymır: "Bu barədə açıqlamalar təkcə erməni tərəfdən verilir. İstisna etmirəm ki, Paşinyanın əsas məqsədi daxili auditoriyaya xitab etməkdir. O, hamıya sübut etmək istəyirdi ki, təhlükəsizlik çətiri Rusiyanın əlindədir, Rusiya Ermənistanda qalır və Putinlə görüş də bunu təmin etmək üçün vacibdir. Eyni zamanda özünü qorumaq üçün bu addımı atdı. Bu baxımdan onun dediklərinə ciddi yanaşmağı məsləhət görməzdim. Çünki yuxarıda dediyimiz problem ortada qalıb. Yəni təhlükəsizliyi Rusiya təmin etsin, biz Qərbə üz çevirəcəyik və iqtisadi əlaqələr quracağıq. Əslində bu problem hələ Sərkisyanın vaxtında yaranıb və bunun davamını Paşinyan yaşayır”.  Eks-nazir istisna etmir ki, Soşi görüşü Paşinyana daha çox Putinin sürpriz qərarlarından və qəzəbindən sığortalanmaqdan ötrü lazım idi: "Amma artıq Moskva özü üçün gələcək siyasətinin cizgilərini müəyyənləşdirib”. Bunlar o problemi görürlər və yeganə çıxış yolu ondan ibarətdir ki, yaxşı, istəyirsiniz, Qərbə üz çevirin, elə isə biz niyə sizin təhlükəsizliyinizi havayı təmin etməliyik?"

Xəbər 4074 dəfə oxunub






Oxşar xəbərlər

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24683] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.01410] calend [0.00051] topnewsend [0.00438] rsssend [0.00000] ehgend [0.03967] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18664]