Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:11 - 14.08.2018  
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Tarix: 23-05-2018, 08:10 | Bölmə: ---

Niyə problemlər məmurlar vəzifədə olarkən açıqlanmır?

“Korrupsioner məmurlara ömürlük həbs verilsin” Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların böyük əksəriyyəti barədə korrupsiya, mənimsəmə ilə bağlı məlumatlar yayılır. Bu məlumatların bir qismi rəsmi şəxslərin dilindən səsləndirilir, bir qismi yoxlayıcı qurumların hesabatlarında açıqlanır, daha bir qismi isə mətbuatda yayınlanır.

Məsələn, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərlərinin kollektivə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hər iki qurumun əvvəlki rəhbərlərinin işini kəskin tənqid etdi. Onun dediklərindən aydın oldu ki, bu qurumlarda korrupsiya, dövlət vəsaitlərini təyinatından yayındırma halları baş verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qanunsuzluq hallarının olduğunu isə Hesablama Palatasının açıqladığı hesabatlardan öyrəndik. Məlum oldu ki, nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunda çox ciddi pozuntulara yol verilib. Eyni zamanda nazirliyin birbaşa nəzarətində olan əlilliyin təyinatı sistemində də qanunsuzluqlar baş alıb gedib. Bu məsələ barədə yeni nazir Sahil Babayev də bir neçə dəfə çıxışlarında kəskin fikirlər səsləndirib, sistemdəki qanunsuzluqlara son qoyulacağını bəyan edib.

Rəhbərliyi dəyişən Kənd Təsərrüfatı Nazirliyinin əvvəlki rəhbərliyi barədə ölkə mətbuatında kifayət qədər ciddi ittihamların olduğu məlumatlar yer almaqdadır.

Bütün bunların hamısı birmənalı olaraq vəzifəsini tərk edən sabiq məmurların ardınca baş verir. Yəni kimsə vəzifədə olarkən onun yol verdiyi qanunsuzluqlar dilə gətirilmir, xırda istisnalarla, açıq tənqid olunmur. Bütün korrupsiya halları, mənimsəmələr bir məmur vəzifəsini tərk edəndən sonra üzə çıxır. Burada istisna təşkil edən Hesablama Palatasının açıqladığı hesabatlardır. Yol verilən qanunsuzluqlardan yumşaq dillə yazılsa da, o hesabatlar baş verənlər barədə təsəvvür əldə etmək üçün xeyli qiymətli mənbə sayıla bilər. O halda ki, həmin məlumatlar əsasında qanunu pozanlar ciddi cəzalandırılmış olalar. Azərbaycanda hələ ki Hesablama Palatasının təqdimatları əsasında qaldırılan cinayət işləri üzrə orta və ya yüksək ranqlı bir məmurun, vəzifəli şəxsin məsuliyyətə cəlb olunması halına rast gəlinmir.

Halbuki ölkənin Cinayət Məcəlləsində korrupsiya, rüşvətalma,  dövlət vəsaitlərini təyinatından yayındırma, mənimsəmə kimi cinayətlərə görə cəzalar nəzərdə tutulub.

Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, Cinayət Məcəlləsində mənimsəmə və ya israf edilmə(etibar edilmiş özgə əmlakını talamaq) külli miqdardadırsa, 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək  azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur: "Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə - burada cəza müddəti maksimum yeddi ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 illiyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlıdır - 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimsəmə - maksimum cəza 3 ildir. Rüşvətalma külli miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur”.

Maraqlıdır ki, "külli miqdarda” dedikdə, 5 min manatdan yuxarı məbləğ nəzərdə tutulur. Hüquqşünas hesab edir ki, yuxarıda qeyd olunan cəzalar daha sərt olmalıdır: "Korrupsiya cinayətlərinə görə cəzalar ağır olmalıdır. Xüsusilə ağır korrupsiya hallarında ömürlük həbs cəzası tətbiq olunmalıdır. Yoxsa kimsə oğurlayır, dövlətin vəsaitini talayır, sonra da 10 il iş alır. Həbsxanalarda da heç kimə sirr deyil ki, taladıqları pullarla özləri üçün rahat şərait yaradıb, sonra da çıxıb həyatlarına davam edirlər. Bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var”.

Xəbər 3920 dəfə oxunub






Oxşar xəbərlər

j
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10187] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00768] calend [0.00045] topnewsend [0.00281] rsssend [0.00000] ehgend [0.00495] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08477]