Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:58 - 21.04.2019  
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
Tarix: 11-05-2018, 21:44 | Bölmə: ---

"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?Ötən ay Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxslərinə hökm oxundu. Natavan Mirvətova istisna olmaqla digər generallar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. 

Daha əvvəl isə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi , general-mayor Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Məhkəmə həmçinin A.Çovdarovun general hərbi rütbəsinin alınması üçün dövlət başçısına müraciət göndərmək barədə qərar qəbul etdi.

2015-ci ildən həbs olununa MTN generalları 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.  

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. 

Təəssüf həmin generallardan hələ ki heç biri bu ali rütbədən məhrum edilməyib, heç özləri də belə bir təşəbbüs göstərməyiblər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, ali, xüsusi və hərbir rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə Cinayət Məcəlləsində öz əksini tapıb:

"Maddənin 42.0.5 bəndində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə cəza növlərindən biri kimi göstərilir. Eyni zamanda, Cinayət Məcəlləsinin 48-ci maddəsində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmədən bəhs edilir. 

Qeyd edilir ki, ağır, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə, cinayətin ictimai təhlükəliliyinin xarakterini, dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onu xüsusi və ya hərbi rütbədən, fəxri addan və yaxud dövlət təltifindən məhrum edilməsinin zəruruliyi məsələsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

- Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş ali, xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi üçün qərar qəbul edir;

- Digər dövlət orqanı tərəfindən verilmiş xüsusi, ali və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi haqqında qərar qəbul edir”.

Ekspert bildirib ki, ali, xüsusi və hərbi rütbədən, fəxri addan məhrumetmə ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilə bilər:

"Az ağır cinayət törətmiş, böyük ictimai təhlükəli olmayan cinayət törətmiş şəxsləri xüsusi, ali və ya hərbir rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmədən söhbət getmir. Həmin cinayəti etmiş şxəslərə bu cəza tətbiq olunmur. Qeyd edilən cəza yalnız ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərə şamil edilir. Cinayətin ictimai təhlükəli xarakteri və dərəcəsi, təqsirkarın şəxsiyyəti və digər hallar nəzərə alınaraq, məhkəmə qərar qəbul edir. Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi, ali və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə məsələsinə baxılması ilə bağlı həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul olunur.

Bildiyiniz kimi, xüsusi, ali və ya hərbir rütbəni, fəxri adı cənab prezident verir. Məhkəmə özü rütbədən azad edə bilmir. Amma digər orqan tərəfindən verilmiş xüsusi və ya hərbi rütbə olarsa, məhkəmə addan məhrumetmə barədə qərar qəbul edə bilər. Milli Məclis, digər dövlət orqanları tərəfindən verilmiş adlar olarsa məhkəmə özü qərar qəbul edir”.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra onun rəhbərlik etdiyi nazirlik ləğv edilib.

Qeyd edək ki, məhkəımə yuxarıda adları çəkilən generalların rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.  İndi gözlər ölkə başçısına yənəlib. Onların Prezidentin sərəncamı ilə verilən general rütbəsindən məhrum ediləcəyi gözlənilir.

Sonda bir şeyi də vurğulamaq yerinə düşər: generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar. Vaxt, zaman onları əvvəl-axır öz süzgəcindən keçirir...
Xəbər 5224 dəfə oxunub






Oxşar xəbərlər

"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15974] initstartout [0.00014] initstartin [0.00064] calstart [0.00847] calend [0.00046] topnewsend [0.00343] rsssend [0.00000] ehgend [0.00524] tagsstart [0.00056] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14078]