Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:22 - 25.05.2018  
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Tarix: 11-05-2018, 08:32 | Bölmə: ---

Aydın Əliyev yaxasını kənara çəkdi; qaçaq dərman satan şəbəkənin arxasından deputat Elmira Axundova çıxdı

Gömrükçü general ev dustağı edildi – şok gəlişməDövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyə uzanan cinayət işi davam edir. "Yeni Müsavat”a daxil olan məlumata görə, Tibbi Xidmət İdarəsinin rəisi,  gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda hərtərəfli istintaq işi aparılır, yaxın günlərdə digər  DGK vəzifəlilərinə də rəsmi ittihamlar irəli sürülməsi üçün hüquqi baza formalaşdırılır.

İstintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır. 

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.

Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalana çıxarmağa çalışıb: "Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ifşa etdiyi "dərman mafiyası” ilə işbirliyində adı hallananlardan biri də Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovadır.

Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus "Elit” aptekdə də satıldığı məlum olub. Bu haqda "Azpolitika.info” maraqlı xəbər yayıb. Sayt yazır ki, deputat Elmira Axundova "Elit” aptekin reklamı ilə də məşğuldur.

Qeyd edək ki, "Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni "Elit” apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: "Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən "www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir". Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir. Maraqlıdır ki, internetdə "Elit” apteklər şəbəkəsi ilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: "Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman ”Elit" aptekdə 15 manatadırsa, "AVİS” aptekdə 25 manatadır. Doğrudur, "AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar".

Sayt deputatın cavablandırması, aydınlıq gətirməsi zəruri olan bir məsələyə də diqqət çəkir. Sitat: "Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə ”Elit" aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?"

DTX-in məlum əməliyyatına qədər də "Elit” apteklər şəbəkəsi ilə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar, fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib Axundov da 1 il əvvələ qədər  bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı.  Həmin dələduzluq işi bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb, bir sözlə, qəfildən maddi imkanları artıb...

DTX-nin əməliyyat keçirdiyi "Elit” şəbəkəsinin bir apteki də məhz deputata məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır. Deputata məxsus binanın 1-ci mərtəbəsində "Elit” apteki, 6-cı mərtəbəsində isə oğlu Həbib Axundovun "Çardaq” adlı qəlyanxanası yerləşir.

Məsələ ilə bağlı deputat Elmir Axundova ilə əlaqə saxladıq. Özünü deputatın köməkçisi kimi təqdim edən şəxs bildirdi ki, deputat iclasdadır. Sonrakı zəngimizə də oxşar cavab verən köməkçi deputatın redaksiyamızla əlaqə saxlayacağını söylədi. Amma deputat günün sonuna qədər redaksiyamızla əlaqə saxlamadı.

"Yeni Müsavat”


Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

 

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

 

 

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

 

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

 

Xəbər 3229 dəfə oxunub






Oxşar xəbərlər

“AST Telman”ın obyektləri hərraca çıxarıldı
Hadi Rəcəbli sayıqladı: “Mənim toxunulmazlıq hüququm var”
Azərbaycanda yeni xidmət yaradıldı - Sərəncam
Neftçalanın polis rəisi özünə yeni balıq vətəgəsi alıb
Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi
Ermənilər 3 min yəhudini qətlə yetirib - İsrailli ekspert
Braziliya millisinin düşərgəsinə dron buraxılıb
Azərbaycanda investisiya fondu yaradıla bilər
Fransanın XİN naziri Azərbaycana gələcək
"Bakı gözəli 2018"də dava: Saçyoldu (VİDEO)
Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək
Əfv sərəncamı ilə 8 qadın azadlığa buraxılıb
Atatürk hava limanı park olacaq
Qızını fahişə roluna çəkən ustad: Türkan Şoray
Həbs edilmiş icra başçısı təcridxanada ölüb? - AÇIQLAMA
MİLYONLARINI KAZİNOLARDA “YUYAN” AZƏRBAYCAN MƏMURLARI - Şok faktlar
Səməd Seyidovu AŞPA-da kim əvəzləyəcək
“Rusiyanın ən varlı varisi” Vahid Ələkbərovun oğludur
Gənc sahibkarlara pul veriləcək
Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır
Əfv sərəncamının icrasına başlanılıb
Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə
Gəncədə avtomobil piyadanı vurub
3500 illik tarixi olan məzarı açdılar və… – FOTOLAR
Ronaldinyo eyni vaxtda iki qadınla evlənir – FOTO
ULDUZ FALI – 25 may
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
Sabirabadda “Belarus“ markalı traktor yanıb
Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09363] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00762] calend [0.00039] topnewsend [0.00271] rsssend [0.00000] ehgend [0.00533] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07643]