Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:21 - 17.07.2018  
Baytarlıq Xidmətinin rəisi həbs oluna bilər - MAXİNA
Tarix: 8-05-2018, 08:48 | Bölmə: ---

Ətlik mal-qara necə "damazlıq” olur?

Baytarlıq Xidmətinin rəisi həbs oluna bilər - MAXİNARəhbərləri vəzifədən uzaqlaşdırılan dövlət qurumlarında yoxlamalar başlanıb. Əldə etdiyimiz məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində aparılan yoxlamalar çox ilginc bir faktın aşkarlanması ilə nəticələnib.  Məlum olub ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi "damazlıq” adı ilə rəsmiləşdirilib. Məlumatı redaksiyamıza verən mənbənin dediyinə görə, mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı yoxlayır: "Onlar mal-qaranın həqiqətən damazlıq olub-olmadığına dair sənəd verirlər. Son illərdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət əməkdaşlarına verilən rüşvət müqabilində damazlıq adı ilə rəsmiləşdirilib”.

Mənbənin dediyinə görə, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub:"Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır”.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub. Bu baxımdan, işbazların ətlik üçün gətirdikləri malları damazlıq kimi rəsmiləşdirmək istəmələri qeyri-adi görünmür. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin bu prosesdə iştirakı birbaşa cinayət əməlidir.

Mənbəmizin bildirdiyinə görə, A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur.

Onu da qeyd edək ki, ötən il baytarlıq laboratoriyaları direktorlarının toplantısında çıxış edən A.Süleymanov bildirib ki, ölkənin bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binalar tikilib, bu binalarda yerləşən diaqnostik kabinetlər müasir laboratoriya avadanlıqları ilə təmin olunub. Bundan başqa, respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin edilib.

A.Süleymanov həmçinin qeyd edib ki, 7 zona baytarlıq laboratoriyasının tikintisi gedir və ötən ilin sonuna kimi həmin laboratoriyalardan 6-nın tikintisinin başa çatdırılması və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

A.Süleymanov baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıb. Onun çıxışından məlum olur ki, Azərbaycanda olan 12 zona baytarlıq laboratoriyasından 5-i ikinci Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-2) tamamən yenidən qurulub, müasir laboratoriya avadanlıqları ilə təmin edilib. Qalan 7 laboratoriyanın da bu ilin əvvəlinədək BTS-2 səviyyəsində yenidən qurulması, laboratoriya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulurdu.

Göründüyü kimi, mal-qara idxalı və laboratoriyaların tikinti-təmiri, həmçinin avadanlıqlarla təminatından A.Süleymanov külli miqdarda qazanc əldə edə bilib. Və onun bu əməlləri artıq yoxlamalar sayəsində üzə çıxmaqdadır. Görünən odur ki, baytarlıq şefi yaxın vaxtlarda yalnız vəzifəsindən deyil, azadlıqdan da məhrum ola bilər...

Xəbər 2587 dəfə oxunub






Oxşar xəbərlər

Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə məhv edildi - RƏSMİ
“Bu prosesdə gizli və güclü bir əl var” - KXCP sədri
Türkiyənin Harun Yəhyası kimdir? - HAQQINDA
İlin ikinci Günəş tutulması hadisəsi başladı
Çavuşoğlu Paşinyanı təbrik edib - erməni etirafı
“DÇ-2018-in ən yaxşısı Modriçdi” - Baş məşqçi dedi
Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Deputat
Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?
Lotu Qulinin yeni - Fotosu
Baş prokuror və güc nazirləri Gəncəyə gəldi - OLAYLAR NƏZARƏTDƏ
Gəncədə yaralanan polis danışdı: "Hər şey.." - VİDEO
Adnan Oktarın müridi: "O qızlarla cinsi əlaqədə ola bilmirdi”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12708] initstartout [0.00015] initstartin [0.00073] calstart [0.00893] calend [0.00048] topnewsend [0.00512] rsssend [0.00000] ehgend [0.00611] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10497]