Xoşqədəmin verilişində reklam olmuş həkim saxtakar çıxdı?

  • 07 may 2018, 08:14

Xoşqədəm Hidayətqızının reklam etdiyi həkim saxtakar çıxdı? 

"Səni axtarıram” verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsininnin müdiri Dr. Mircəlal Kazımi tərəfindən xəstəyə yanlış diaqnozun qoyulduğu bildirilir.

O, bir müddət öncə yardıma ehtiyacı olan Göytəpə şəhərə sakini 17 yaşlı Nərmin Xudiyevanı müayinə edib. Həkim müayinədən sonra xəstəyə qaraciyər sirrozu diaqnozu qoyub. Bununla yanaşı, onun Xudiyevanın ailəsindən 10 min manata yaxın pul aldığı söylənilir. İddiaya görə, M.Kazımi əməliyyatın vacib olduğunu deyib və bunun qarşılığında isə isə ailədən 40 min manat pul istəyib.

Bu barədə keçmiş hərbçi zabit Seyidəli Ağeyev məlumat verib.

Onun sözlərinə görə, həkim Nərminin özündəngetmə hallarının artmasından sonra xəstəxanaya yatırılması üçün 2500 manat depozitin qoyulmasını bildirib: "Lakin xeyirxah insanların köməkliyi və araşdırmasından sonra məlum olub ki, diaqnoz yanlış qoyulub. Sən demə, N.Xudiyeva əslində qaraciyər sirrozundan deyil, "Vilson” xəstəliyindən əziyyət çəkirmiş. Onun sağalması üçün əməliyyata heç bir ehtiyac yoxdur”.

Xatırladaq ki, yerli mediada Zaur Baxşəliyevin verilişində iştirak edən həkim barəsində saxtakar xəbərlər yayıldıqdan sonra Hidayətqızı canlı yayımda aparıcıya söz atıb. Xoşqədəm "mən efirə çağırdıqlarım həkimləri araşdırıram” deyib.

Məsələ ilə bağlı Mircəlal Kazıminin vəkili Ceyhun Yusifov minval.info saytına danışıb. O bildirib ki, bütün deyilənlər yalandır: "Həm Azərbaycanda, həm də Türkiyədə qoyulan diaqnoz göstərir ki, həkim tam doğru iş görüb. Mircəlal həkim Avropa təhsili görüb. Mükəmməl bir həkimə qarşı qara piar aparırlar. Həm hüquqi, həm də insani baxımdan düzgün deyil. Onun 1 ildə 500-dən çox əməliyyatı olub. Mircəlal Kazımi onlarla insana sevinc verib. Bunları unutmaq olarmı? Bütün deyilənlər yalandır, böhtandır. Professora qarşı qara piar kampaniyasıdır”.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstan Baş Prokurorluğu Mircəlal Kazımi barədə məlumat yayıb. Məlumatda həkimin pasientlərini böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham oluduğu deyilib. /minval.info/


Oxşar xəbərlər