Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:37 - 20.09.2018  
ABŞ-ın dini azadlıqla bağlı hesabatına Bakıdan reaksiya
Tarix: 2-05-2018, 10:28 | Bölmə: ---

Azərbaycan hökuməti dini sahədə sərt tədbirləri radikalizm təhlükəsi ilə əsaslandırır

ABŞ-ın dini azadlıqla bağlı hesabatına Bakıdan reaksiyaABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının növbəti illik hesabatında Azərbaycanda dini vəziyyətlə bağlı tənqidi məqamlar yer alıb. "Amerikanın Səsi”nin yaydığı məlumata görə, hesabatın Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünün sərt mövqeyini dəyişdirməyib. Hesabatda bildirilir ki, hakimiyyət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir.

Protestantlara, "Yehova Şahidləri” təriqətinə və bəzi müsəlman qruplara qarşı polis reydləri 2017-ci ildə də davam edib. Sənəddə qeyd olunur ki, dövlətin diktə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanılır, cərimələnir və onların məscidləri dağıdılır.

Hesabatda 2015-ci il Nardaran hadisələri, eyni zamanda nəticədə Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılıb. Hesabatda deyilir ki, 2015-ci ildə qanuna edilmiş dəyişikliyin tələbi ilə dini qruplar rəsmi orqanlara fəaliyyətləri haqqında illik hesabat verməyə məcburdurlar. Hesabatda vurğulanır ki, Azərbaycanda əslində müsəlman təşkilatlar, başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşir. O da bildirilir ki, ölkədəki siyasi məhbusların iki mövcud siyahısında təxminən 160 nəfər var və bunlardan 90-100-nün dini fəaliyyətlərinə görə məhbus edildikləri düşünülür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Amerikanın Səsi”nə  müsahibəsində ölkədəki dini durumla bağlı tənqidlərə cavab verib. Komitə sədri deyib ki, hesabatda yanlış məlumatlar var: "Azərbaycanda ”Dini etiqad azadlığı haqqında" qanun və Azərbaycan konstitusiyası dini azadlıqları təmin edir. Azərbaycanda dini baxımdan hər hansı bir sərt mövqe nümayiş etdirilmir. Bizim ölkəmiz azad, demokratik, tolerant ölkədir. Ölkəmizdə dini konfessiyaların, müxtəlif dini qrupların azad şəkildə fəaliyyətinə hər cür şərait yaradılıb".

Mübariz Qurbanlı deyib ki, hazırda Azərbaycanda 809 dini icma qeydiyyatdan keçib. Bunların 777-si müsəlman, 31-i qeyri-müsəlman icmasıdır. Komitə sədri deyib ki, Azərbaycanda bütün dini icmalar arasında konsensus var. M.Qurbanlı hökumətin bəzi addımlarını radikal qruplara qarşı mübarizə ilə əsaslandırıb: "Biz dini radikal qruplara qarşı mövqe göstəririk və dini radikal qruplara qarşı mübarizə aparılması üç istiqamətdə həyata keçirilir. Bu, inzibati, ideoloji və iqtisadi metodlardır. Bu da bütün ölkələrdə həyata keçirilir. Dini radikal qruplara rəvac verilməsi nəticə etibarilə təriqətlər, məzhəblərarası qarşıdurmaya və dini səpkidə toqquşmalara gətirib çıxara bilər. Bunun qarşısını almaq isə dövlətin borcu və vəzifəsidir”.

Xüsusi xidmət orqanlarının radikal dini qruplara qoşulan şəxslərə qarşı səmərəli mübarizə apardığını qeyd edən Mübariz Qurbanlı ölkədə dini durumun sabit olduğunu bildirib. O deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi birgə maarifləndirici tədbirlər həyata keçirməlidir. Eyni zamanda o, QMİ-nin dini icmaların qeydiyyata alınması üçün təqdimat verməsini normal iş adlandırıb.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası hər il yazda (bir qayda olaraq aprelin sonlarında - K.R.) dünyada din azadlığı ilə bağlı illik hesabatını yayır. Və bir qayda olaraq bir çox ölkələr, o cümlədən Azərbaycanda dini vəziyyətlə bağlı tənqidi məlumatlar yer alır. Məsələn, demək olar ki, hər il "Yehova Şahidləri” təriqətinin fəaliyyətinə maneələrin olması ilə bağlı iradlar olur. O cümlədən son illər bir sıra müsəlman dini icma üzvlərinin həbsləri və eləcə də Nardaran hadisələri ilə bağlı həbs olunanların hesabata daxil edilməsi gözlənilən idi.

Azərbaycan hökuməti isə ənənəvi olaraq bu cür tənqidi materialları sifarişli, qərəzli və bir çox hallarda isə təhrif edilmiş məlumatlar hesab edir. Sonuncu hesabatla bağlı isə M.Qurbanlı maraqlı bir detalı qeyd edib. Hökumət rəsmisi sərt addımların ölkədə radikal dini qrupların qarşısının alınması üçün atıldığını vurğulayıb. Yəni dolayısı ilə hökumətin sərt addımları olmayacağı təqdirdə, ölkədə dini vəziyyətin nəzarətdən çıxa biləcəyini qeyd edib. Əslində bu, haqlı mövqedir. Azərbaycan müsəlman ölkəsidir və dini-məzhəbi zənginliyi var, müxtəlif müsəlman icmaları ölkədə fəaliyyət göstərir. Üstəlik, hökumət etiraf etməyi xoşlamasa da, Yaxın Şərqdə davam edən dini şüarlı müharibələrin Azərbaycana da bu və ya digər formada təsir etdiyini inkar etmək mümkün deyil. Təkcə elə dini komitə özü radikalizmlə bağlı bir çox layihələr həyata keçirib, hətta filmlər çəkib. Ancaq eyni zamanda təhlükəsizlik orqanları silahlı radikal dini qruplara qarşı çoxlu sayda əməliyyatlar keçirib və terrorçular məhv edilib. DTX-nın məlumatına əsasən, Azərbaycandan 900 nəfər xarici ölkələrdə qeyri-qanuni radikal silahlı qruplara qoşulub.

Bu mənada hökumətin dini sahədə sərt addımlarını regiondakı vəziyyət və dini radikalizm təhlükəsi ilə əsaslandırması  anlaşılan olsa da, məsələnin kompleks həllinin tapılmadığının etirafıdır. Məlum olduğu kimi, Azərbaycan hökuməti son illərdə bir neçə dəfə dini qanunvericiliyi dəyişərək sərtləşdirib. Hər dəfə bu addım yuxarıda qeyd etdiyimiz şərtlər, radikalizm təhlükəsi, dini ekstremizmin qarşısının alınması cəhdi kimi izah edilib. Ancaq o da var ki, bu proses total məhdudiyyətlərə, eləcə də din azadlığının pozulması halları, dindarların özünüifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. /musavat.com/

Xəbər 4803 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11586] initstartout [0.00015] initstartin [0.00063] calstart [0.00774] calend [0.00042] topnewsend [0.00344] rsssend [0.00000] ehgend [0.01936] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08361]