ADAU-da akademik Zərifə Əliyevanın 95 illik yubileyi qeyd edilib

  • 27 apr 2018, 20:39


Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi qeyd olunub. Alimin mənalı həyat yolu, tibb sahəsinə verdiyi mühüm töhfələrdən danışılıb.

Tədbirdə  təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova akademik Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında geniş məlumat verib,  həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda tibb elminin inkişafına güclü təsir göstərdiyini söyləyib.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov, müəllim və tələbələrdən Səbinə Əlizadə, Şəfa Musayeva, Nərminə Hüseynova, Samirə Quluyeva  Zərifə xanımın bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına həsr etdiyini deyiblər. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftolmoloq-alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olması da diqqətə çatdırılıb. Eyni zamanda qeyd olunub ki, Zərifə Əliyeva istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, qayğıkeş və xeyirxah qadın idi. O, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin vəfalı həyat yoldaşı olub.  

Demokratik.Az


Oxşar xəbərlər