Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:59 - 17.12.2018  
Abutalıbov kabinetini boşaltdı - mer kim olacaq?
Tarix: 27-04-2018, 10:03 | Bölmə: ---

Sabiq  BŞİH rəhbəri Nazirlər Kabinetində 17 il əvvəlki görəvini icra edəcək; onun yerinə kim gələcək?

Abutalıbov kabinetini boşaltdı - mer kim olacaq?Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə təyin olundu. Abid Şərifovun hökumətdəki yerini tutan H.Abutalıbov  yenə də Bakıdakı tikinti-söküntü işlərinə, Bayılda və digər ərazilərdə sürüşmə zonalarındakı vəziyyətə cavabdeh olacaq.      

Yada salaq ki, A.Şərifov istefaya göndərilməmişdən bir neçə gün əvvəl  "Sovetski” adlanan ərazidə yeni söküntülərin başlayacağının anonsunu vermişdi.

A.Şərifov demişdi ki, ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Mayın əvvəlindən "Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq. Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. A.Şərifovun bu görəvini indi H.Abutalıbov icra edəcək. Yeri gəlmişkən, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər də baş nazirinin müavini vəzifəsində çalışıb. Onun mer təyinatından sonra bu postu A.Şərifov tutub. Yəni prinsipcə, Abutalıbov köhnə iş yerinə və görəvinə qayıdıb.

"Yeni Müsavat” a verilən məlumata görə, H.Abutalıbov artıq kabinetini boşaldıb və sabiq merin əşyaları Nazirlər Kabinetinə daşınıb. İndi diqqətlər həm də Bakı meriyasında H.Abutalıbovun boşalan yerinə  kimin təyin ediləcəyinə yönəlib.

Modern.az saytının məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynovarəhbərlik edir. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən ilin iyununda vəfat edib və onun yerinə də hələ  təyinat olmayıb. R.Pənahov  2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. O, uzun illərdir ki, BŞİH müavin postundadır. 2003-cü ilin yayında H.Əliyevin sərəncamı ilə müavin vəzifəsindən azad edilərək Binəqədiyə icra başçısı təyin edildi. Amma cəmi ik il sonra-2005-ci ildən yenidən BŞİH-ə qaytarıldı.  

BŞİH-ə təyinatın ləngiməsi ilə bağlı ən müxtəlif iddialar var. Məlumdur ki,  Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi.

Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb. Amma Bakı Şəhər Bələdiyyəsinin yaradılması yubanır. Yaxın illərdə də Bakı Şəhər Bələdiyyəsinin yaradılması real olmadığı üçün təyinatın gecikməsinin, şübhəsiz ki, bununla  əlaqəsi yoxdur.

Mer  postuna ən müxtəlif adamların adı çəkilir.  Məsələn, bir iddiada deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi  Bayramov mer ola bilər. O, həm də  gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. SOCAR-ın vitse-prezidentlərindən birinin bu vəzifəyə gətiriləcəyi də deyilir. Səbayel RİH-in başçısı Eldar Əzizov, Nəsimi RİH-in başçısı Asif Əsgərov və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevin adı da son günlər daha çox çəkilir.     

Amma prezidentin son təyinatları bir daha göstərdi ki, medianın bu istiqamətdə cəhdləri əbəsdir. Bu səbəbdən də mer postuna sürpriz isim gətiriləcəyi daha çox gözləniləndir. Amma kim?   

Xəbər 5285 dəfə oxunub






Oxşar xəbərlər

Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11406] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00845] calend [0.00063] topnewsend [0.00300] rsssend [0.00000] ehgend [0.01156] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08921]