Gəncədən yeni baş nazirə ŞİKAYƏT - kəhriz muzeyi ixtirası və mücərrəd iddialar

  • 26 apr 2018, 14:05
"Gəncədəki avam və öz vəzifələrinin incəliklərini bilməyən məmurlar məni kimi savadlı adamlara düzgün yol göstərmək əvəzinə, əyri yollar təklif edirlər".

"Demokratik.Az"-a bu barədə danışan və xeyli müddətdir ölkənin müxtəlif qurumlarına şikayət məktubları və şəxsi təkliflər göndərdiyini deyən Gəncə şəhər sakini Şahverdiyev İsa Şəmil oğlu ötən gün yeni baş nazir cənab Novruz Məmmədova da məktub ünvanlayıb. Müraciət müəllifi saytımızın elektron poçt ünvanına göndərdiyi və baş nazirə ünvanladığı müraciətinin surətini olduğu kimi ictimailəşdirilməsini israrla bizdən xahiş edib. Əvvəlcədən bildirək ki, məktub özündə mücərrəd mənalar və iddialar ifadə edir. Lakin müraciət müəllifinin xahişini və maraqlı nüansları nəzərə alıb, məktub mətninin olduğu kimi yayımlanmasına qərar verdik. Məktubun mətni aşağıdakı kimidir:    

"Bununla yazıb Sizə bildirirəm ki, heç bir ölkədə, heç bir dövlətdə olmayan bu işi həyata birinci dəfə mən təklif etmişəm. Özüm də bu işin layihəsini çəkib tikintisində yaxından iştirak etmək istəyirəm. Buna görə 12 aprel 2013-cü ildə Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə məktubla müraciət etdim. Özü  mənə cavab verdmədi. Gəncədəki filialın rəisi Sənan Hacıyev belə cavab verdi. – Biz büdcə təşkilatıyıq. İkinci dəfə 03 aprel 2017-ci ildə yenə məktub yazaraq Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə öz fikrimi bildirdim. Yenə də o, özü cavab vermədi, əvəzinə Gəncədəki filialın rəisi Sənan Hacıyev cavab verdi. Kəhriz suyunun axdığı 15-20 metr dərinılikdə Mədəniyyət və incəsənət muzeyinin yaradılması haqqında təşəbbüsünüz təqdirə layiqdir. Sizin təklif etdiyiniz yeni incəsənət muzeyinin yaradılması Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətlərinə daxil deyildir. Cınab baş nazir Əbülfəz Qarayevdən soruşun görək bu işi hansı nazirlikdən xahiş edək ki,  mənə köməklik göstərsin? Nazir yeni yaratmaq istədiyim heç bir ölkədə olmayan kəhriz üzərində Mədəniyyət və İncəsənət muzeyinin yaradılmasına kömək etmək əvəzinə vəzifəsini boynundan atır. 24 may 2017-ci ildə "Xəzər Xəbər” verilişində saat 21:00-da Əbülfəz Qarayev fəxrlə danışırdı ki, İslam Olimpiya oyunlarında Azərbaycana nə qədər turist gəldi. Və dövlət onlardan nə qədər qazanc əldə etdi. Turizm Nazirliyinin 012 493 43 98 nömrəli telefonuna nə qədər zəng etdim çağırır, ancaq cavab verən yoxdur. 17 noyabr 2016-cı ildə məktubla Prezidentə müraciət etdim. Sağ olsun Prezident və prezident aparatının işçiləri mənim bu fikrimi bəyəniblər, kompyuterə salıblar. Məktubu Gəncə şəhər İcra Başçısına yollayıblar. Onlar da mənim bu fikrimi bəyəniblər. Bu telefonla – 022 256 15 65- mənmim telefonuma zəng etmdilər. Dedilər ki, Prezident nə vaxt Gəncəyə maliyyə vəsaiti ayırsa sizin işə başlaya bilərik. Çox təəssüflər olsun ki, Prezident neçə aydır Gəncə şəhərinə maliyyə vəsaiti yollayıbdır. Başçıya məktub yazmışam, ancaq başçı bu günə kimi məni qəbul etməyibdir. Başçının bu işə baxan müavini deyir ki, lazım olanda Sizə xəbər verəcəyik. Xahiş edirəm ki, bu sözü araşdırın görək bu nə deməkdir. Mən bu işi şəxsən başçı üçün görmürəm, onlar mənə bu sözü desinlər. Mən bu işi Azərbaycan dövlətinə, Gəncə şəhərinə Prezidentin köməkliyi şəraitində yadigar qoymaq istəyirəm. Hər həftənin 3-cü günü saat 15:00-dan 17:00-a kimi Başçının qəbul günüdür. Özü heç vaxt heç kimi qəbul etmir. Öz əvəzinə işçiləri yollayır. Onlar isə hərəyə bir söz deyirlər, yalan vədlər verirlər. Əgər mənim sözlərimə şübhə etsəniz, xahiş edirəm adam yollayın bizim qonşuluqdakı 108 №-li evin yol tərəfdəki barısı uçubdur. Özü tənha qadındır başçının dəfələrlə qəbuluna gedibdir, ancaq bu günə qədər heç bir köməklik olmayıbdır, evin şəklini çəkib Sizə göndərsin.

19 dekabr 2017-ci ildə Vitse-Prezident Mehriban xanım Əliyevaya məktub yazaraq Əbülfəz Qarayevin bu hərəkətlərinin məktub vasitəsi ilə yolladım. Mənim məktubum ona çatmadığı üçün şəxsən özündən heç bir cavab ala bilmədim. Mənim arzum Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Çox təəssüf olsun ki, savadsız və öz vəzifələrinin incəliklərini bilmədikləri üçün savadlı adamlara düzgün yol göstərmək əvəzinə əyri yollar təklif edirlər.

2013-cü ilin mart ayında Gəncə şəhərinin baş memarı Əli Məmmədovla görüşmək istədim. Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudov 1976-cı ildə Gəncə şəhərində könsert verməyə gələndə yadigar olaraq öz şəklinin arxasını yazaraq atama hədiyyə vermişdir. Bu şəkili götürüb saat 3:00-da baş memarın yanına getdim. Hələ gəlməmişdi.  Bir neçə dəqiqədən sonra koridora bir nəfər çıxdı başladı qışqırmağa: Bu gün mənim qəbul günüm deyil! Niyə durmusunuz, çıxın gedin! Qabaqda olan yaşlı qadın nə qədər yalvarsa da, qadına insan kimi qiymət qoymadı.Sonra iki nəfər yaşlı kişilərə çığırmağa başladı. Gedin mənim qəbul günüm deyil. Onlar da getdilər. Sonra bir cavan oğlan dedi mənə söz tapşırıblar Sizə deməliyəm, -dedi- gözlə. Sonra mənə dedi kimi gözləyirsən? Dedim baş memarı. Dedi: bu gün mənim qəbul günüm deyil. Dedim mən şikayətçi deyiləm. Rəşid Behbudovun şəklini göstərdim. Dedim bu adamın sözünü deməyə gəlmişəm. Təkrarən dedi ki, bu gün mənim qəbul günüm deyil!  Mən ona bildiurdim ki, dünya şöhrətli Azərbaycan müğənnisinin yanında sən kimsən, heç ki, keç otağa sözümü deyəcəyəm. Sonra otağa girdik, dedim ki, Prezident Gəncə şəhərini abadlaşdırmaq üçün xeyli vəsait yollayıb. Baş memar kimi fikirləş gör bu adam üçün nə edə bilərsiniz, başçıya deyin? Neçə dəfə getdim-gəldim heç bir iş görmədilər. Memarın dünya şöhrətli müğənniyə qoyduğu hörmətə bax!!!...

Gəncə şəhərində bir kəhriz var. Təsadüf nəticəsində yanından su arxı keçir. Arxdan su sızaraq kəhrizə töküldüyü üçün kəhrizdən havaya külək qalxır. Qalxan küləyə görə kəhrizə baxmaq mümkün deyil. Dəfələrlə bu kəhrizin yanında olduğum üçün bunu bilirəm. Kəhrizin ağzına qəzet və ya kağız yaxınlaşdıranda kəhrizdən qalxan külək onu yuxarı qaldırır. Əgər baş memar savadlı insan olsaydı bu kəhrizin üzərində küləyə görə çox işlər görmək olardı, təbii yolla. Baş memar savadsız olduğu üçün o, kəhrizin üstünə beton tökdürüb kəhrizin ağzını bağlatdı.

Əbülfəz Qarayev və Əli Məmmədovun  mənə qarşı etdikləri hərəkəti mən Azərbaycan xalqına, Azərbaycan millətinə və Azərbaycan dövlətinə qarşı hörmətsizlik hesab edirəm. Savadsız rəhbərlərin belə hərəkətləri yenilik etmək, ixtira etmək istəyən adamları ruhdan salır.

Bu kəhriz məsələsi düzəldikdən sonra bir neçə sahədə yenilik etmək istəyirəm.

1.Xəzər dənizində Şahdəniz yatağında havada yanan qazın üçdə iki hissəsinitutub istehsalata verməyə mənim savadım da, biliyim də var. Dövlət bundan nə qədər xeyir, qazanc götürər.

2) Səhiyyə, tibb sahəsində də yenilik etmək istəyirəm. İnsanların toxmalarında hara qədər çürümə varsa (yəni qanqrena varsaa)  təbii dərmanla yoxlayanda çürümə hara qədər varsa, onda ayaq qaralır, həkimlər bunu gözləri ilə görəcəkdir. Buna qarşı müalicə asanlaşacaqdır.

3) Təbii yolla düzəldilmiş yanıq dərmanı. İnsan bədəni yandıqda, 3-cü və 4-cü  dərəcə yanıqda çoxları vəfat edirlər. Yaxud da sağaldıqdan sonra yanan hissədə eybəcər vəziyyətə düşürlər. Yanığa qarşı düzəldilmiş bu təbii dərmanla müalicə qəbul etdikdə tezliklə sağalma başlayır. Sağalmadan sonra insan dərisində, yəni yanan hissədə heç bir iz qalmır. Bu dərman insan dərisaini əvvəlki vəzityyətə  qaytarır.

Əlillərə kömək edib, onların bəzilərini sağaldıb həyata sağlam bir insan kimi qaytarmaq istəyirəm.

Onurğa sütununda 4-cü 5-ci və 6-cı fəqərələr arasında zərbə nəticəsində sümük içərisində olan ilikdən müəyyən qədər çıxıntı olur, yəni buna da fır  (şiş) deyilir. Belə olan adamlar rahat yeriyə bilmir, rahat hərəkət edə bilmir. Təbii dərmanlarla o fır (şiş) aradan götürüldükdən sonra insan rahat hərəkət edir.

Cənab baş Nazir! Bu yeniliklərə görə Sizin şəxsən cavabınızı gösləyirəm.

Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Əlavə edirəm:

1. Prezidentə ünvanladığım ərizə - 2 vərəq.

2. Vitse- Prezidentə ünvanladığım ərizə - 2 vərəq.

3. Mədəniyyət və Turizm Nazirinin 2013-cü ildə verdiyi cavab – 1 vərəq.

4. Mədəniyyət və Turizm Nazirinin 2017-ci ildə verdiyi cavab – 1 vərəq.

5. Gəncə şəhər İcra Başçısına ünvanladığım ərizə - 1 vərəq.

6. Mədəniyyət və Turizm Nazirinə ünvanladığım ərizə - 1 vərəq.

7. Müəllif hüquqları agentliyinə ünvanladığım ərizə - 3 vərəq.

Telefonum: 055-307-66-54

Hörmətlə: Şahverdiyev İsa Şəmil oğlu.

24.04.2018-ci il"

"Demokratik.Az"-dan: Məktubda sadalanan iddialarla əlaqədar adıçəkilən hər kəsin söz haqqını tanıyır. Ancaq göstərilən faktların araşdırılması bizim üçün çətin və anlaşılmaz olduğundan bu ixtiyarı aidiyyatı insanların ixtiyarına veririk. Onu deyə bilərik ki, həqiqətən Gəncədə görülən abadlıq-quruculuq işləri tarixi əhəmiyyət kəsb edən yeraltı kəhrizlərin xeyli hissəsini sıradan çıxarıb və bu bir çox hallarda naşı adamların və Gəncənin tarixinə biganə olanların göstərişi ilə törədilib... 

Demokratik.Az

Oxşar xəbərlər