Vəzifə təyinatı alan deputatlarla bağlı prezidentə - TƏŞƏKKÜR

  • 24 apr 2018, 12:49

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədov gündəliyin təsdiqindən sonra bir neçə deputatın yeni hökumtədə təmsil olunması ilə əlaqədar prezident İlham Əliyevə təşəkkür etdi. Eyni zamanda sədr vəzifə təyinatı alan deputatlara təbriklərini çatdırdı.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq "Naxçıvan Muxtar Respubliaksının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu ikinci təsdiq olundu. İclas davam edir.

Oxşar xəbərlər