İsrail ordusu HƏMAS-ı yenə vurdu

  • 18 apr 2018, 07:33

İsrail ordusu hərbçilərin atəşə tutulmasına cavab olaraq HƏMAS hərəkatının mövqeyinə zərbə endirib.

Trend-in verdiyi xəbərə görə, İsrail KİV-ləri bundan əvvəl İsrail ordusunun patruluna Qəza zolağının cənubunda atəş açıldığı barədə məlumat yayıb.

Məlumata əsasən, incident nəticəsində hərbçilərdən xəsarət alan olmayıb.

Buna cavab olaraq İsrail tanklarının HƏMAS-ın müşahidəçi məntəqəsini atəşə tutduğu bildirilir.

Oxşar xəbərlər