Bakı-Kiyev dəmiryolu reyslərinin sayı artırıla bilər

  • 17 apr 2018, 19:33

Bakı-Kiyev dəmiryolu reyslərinin sayı artırıla bilər.

Trend-in məlumatına görə, bunu "Ukrayna Dəmir Yolları” şirkətinin sədri vəzifələrini icra edən Yevgeni Kravtsov öz "Facebook” səhifəsində yazıb.

Y.Kravtsov bildirib ki, bu məsələ həmin reysə böyük tələbatın olacağı təqdirdə nəzərdən keçirilə bilər:

 

"Ümid edirik ki, sərnişinlər bu marşrutun rahatlığını qiymətləndirəcək. Tələbat artacağı təqdirdə Azərbaycan paytaxtına reyslərin sayı artırıla bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Trend məlumat vermişdi ki, aprelin 21-dən başlayaraq Bakı-Xarkov qatarının marşrutu Kiyevədək uzadılacaq.

Oxşar xəbərlər