Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:44 - 20.04.2018  
Əli Həsənovun nəvəsindən XƏBƏR VAR
Tarix: 17-04-2018, 12:51 | Bölmə: ---

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarılacaq.
 
Əli Həsənovun nəvəsindən XƏBƏR VARDemokratik.Az ölkə.az-a istinadən xəbər verir ki, Nail Allahverdiyevin vəkili apellyasiya şikayətinin müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ünvanlayıb.
 
Ancaq fevral ayının 13-də keçirilən məhkəmə prosesində hakim müddəti bərpa etməyib. Vəkil müddətin bərpası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sabah hakim Faiq Qasımovun sədrliyi ilə vəkilin apellyasiya şikayətinə baxılacaq.
 
Qeyd edək ki, ötən il dekabr ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində qərar verib. N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
O, Cinayət Məcəlləsinin 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.
 
Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.

Nəticədə maşın yanıb. Üstəlik iki nəfər - avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada - Türkiyə vətəndaşları olan Mütəllib və Songül Tekiş cütlüyü isə ağır bədən xəsarətləri alıb.
 
Dekabrın 18-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramin Nağdəliyev məhkəmədən Allahverdiyevin işindən 264-cü maddənin (Yol nəqliyyat hadisəsi yerindən qaçma) çıxarılmasını xahiş edib və müttəhimə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
 
Nail Allahverdiyevin müdafiəsinin onun hadisə yerindən qaçmadığı və bu barədə ittihamın özünü doğrultmadığı ilə bağlı qaldırdığı vəsatəti təmin edərək məhkəmə müttəhimi AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilməyib.
 
Qeyd edək ki, ölkədə böyük rezonans doğurmuş qəzadan 3 gün sonra - avqustun 6-da Mazda markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov saxlanılıb. Nərimanov rayon məhkəməsi onun haqqında 1 aylıq inzibati həbs qərarı seçib. Allahverdiyev də elə həmin gün saxlanılıb. Xətai rayon məhkəməsi onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.
 
Xatırladaq ki, Nail Allahverdiyev 6 il cəza aldıqdan sonra apellyasiya şikayəti verməyəcəyini bildirmişdi.
Xəbər 1127 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycan Prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
Prezident Şəhidlər xiyabanını ziyarət edib
Sibirdə çılpaqlanıb idman etdilər – FOTOLAR
Tramp Türkiyəyə səsləndi: O, casus deyil
İlham Əliyevin andiçmə mərasimi keçirilir
Mayda əfv və amnistiya olacaq – Hüquq müdafiəçisi
Hamı Beyonsa heyran qaldı… – FOTOLAR
Böyük Corc Buşun həyat yoldaşı vəfat edib
İsrail ordusu HƏMAS-ı yenə vurdu
Yunanıstanda mafiyaya qarşı əməliyyat keçirildi
Berlində İkinci Dünya müharibəsinə aid bomba tapılıb
Bakı-Kiyev dəmiryolu reyslərinin sayı artırıla bilər
Lütfiyar İmanovun məzarı ziyarət olunub
"Mançester Siti"dən Qvardiolaya yeni müqavilə
Amsterdamda ilk intihar qurğusu təqdim olunub - FOTO
"Lotu Quli"nin rəqibi həbs edildi
Prezident İlham Əliyev and içəcək - SABAH
Funtsterlinq kəskin bahalaşıb
Əməkdar artist sənətə görə ailəsini dağıdıb
Anar Nağılbaz xəstəxanaya yerləşdirildi
Azərbaycanda bu nazirliklər bir həftə işləməyəcək
Əli Həsənovun nəvəsindən XƏBƏR VAR
Rusiyada axtarışda olan ər-arvad Astarada tutulub
Azərbaycanda devalvasiya gözlənilir? (açıqlama)
Xəzərdə balıqçı itkin düşüb
Anar Nağılbaz efirə sərxoş çıxdı – (VİDEO)
Ramiz Mehdiyev: “Belə məmurlarla çox böyük vaxt itkisinə yol verə bilərik”
Azərbaycanlı modeldən erotik paylaşım – FOTO
Hafiz Hacıyevin “səslərini oğurlayan” namizəd danışdı
Mahmud Abbas Azərbaycan prezidentini təbrik edib
Gürcüstanda prezidentliyə ilk namizəd məlum olub
Ermənistandakı aksiyalarla bağlı cinayət işi açılıb
Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü
Astan Şahverdiyev “Viaqra”dan ölüb – İDDİA
Putin kosmik peykləri vura biləcək silah düzəldir
RAMİZ MEHDİYEVİN 80 İLLİK YUBİLEYİDİR - Prezident “Şöhrət” ordeni ilə təltif edib… (FOTOLAR)
Ağacan Abıyev: "Astan Şahverdiyevi jurnalistlər öldürdü"
Xanım deputatdan ailəsinin ittihamlarına - CAVAB
Dilqəm və Şahbazdan xəbər var
"Ermənistan yalan cəbhə xəbərləri yayır" - açıqlama
Zülfiyyə Xanbabayeva fərqli imicdə - FOTO
Roma papası Suriya olaylarından narahatdır
Polis baş leytenantı Salyanda yol qəzasında ölüb
Deputat Sona Vəliyevanın "Ailə qalmaqalı" - əmlak davası gedir
Mühacirlər daxili müxalifətdən daha təhlükəlidir?
Azərbaycanın yeni hökuməti: Kimlər olmayacaq?
“Mançester Siti” İngiltərə çempionu oldu
Azərbaycan Ermənistana səs verdi – ŞOK
QOROSKOP - 16 aprel
İki nüfuzlu beynəlxalq təşkilatdan prezidentə məktub gəldi
Cəlilabadda qədim kurqan tapıldı
Putinin Avropadakı dostu: Rusiya düşmən deyil
Azərbaycan liqasında insident: Azarkeşlər baş məşqçini "qovdular"
Ərdəbildə Şəhriyarın büstü dağıdıldı - etiraz başladı
Əli Həsənov ATƏT-in hesabatını ŞƏRH edib - Açıqlama (Video)
Müğənni Üzeyir Türkiyədə konsert verir - Video
Amerika Suriya üzərindən Rusiyanı vurdu
"OTXOD qalmaqalı" yaradan deputat öldü
İran hərbi bazasında partlayış - azı 20 hərbçi ölüb
“Pokrov Məhərrəm” ev dustaqlığına alınıb - ədavət
”İcra başçısı rəislə gəlib burnumu sındırdı...”- Beyləqanda ŞOK olay
Estoniya son bir ildə 4 rus kəşfiyyatçısı tutub - adlar
"Kristal Abşeron": "Xəyallarınızı başınıza uçururuq"
“Suriyaya 100-dən çox raket atılıb” - Rusiya MN
Suriyaya zərbənin səbəbi - Donald Tusk
Suriyada HƏRBİ GƏRGİNLİK! Putin generaldan anbaan məruzə tələb edir
Gəncə sakini intihar edib
Keçmiş işçisindən “bp - Azərbaycan” a ittihamlar
Seks nə vaxt vəzifəyə çevrilir? – Aysel Əlizadə yazır…
BMT baş katibi: “Soyuq müharibə” qayıdıb

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10173] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00806] calend [0.00042] topnewsend [0.00283] rsssend [0.00000] ehgend [0.00884] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08034]