Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:42 - 22.08.2018  
Azərbaycanın yeni hökuməti: Kimlər olmayacaq?
Tarix: 16-04-2018, 09:00 | Bölmə: ---

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 7 illiyə ölkənin prezidenti seçildi. Ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Yəni, Konstitusiya Məhkəməsi ən geci 25 aprelə qədər seçkilərin nəticələri haqqında yekun qərarını verməlidir. Bu qərardan sonrakı 3 gün ərzində isə prezidentin andiçmə mərasimi baş tutacaq. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, İlham Əliyev səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefaya göndəriləcək.

Azərbaycanın yeni hökuməti: Kimlər olmayacaq?

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Hazırda Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə Heyətinin üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir. Maraqlıdır, istefaya göndəriləcək kabinet üzvlərindən kimlər komandaya qayıtmayacaq? Demokratik.Az saytı cebhe.info-ya istinadən mövcud versiyalardan bəzilərini təqdim edir.

Əsədov yola salınır

"Qara siyahı”ya kənd təsərrüfatı naziri Heydər Əsədov başçılıq edir. Səslənən iddialara görə, Heydər Əsədov kənd təsərrüfatının inkişafı üçün hökumətin hazırladığı və ciddi maliyyə vəsaiti ayırdığı proqramların icrasının öhdəsindən gələ bilməyib. Statistik məlumatlara istinad etsək səslənən iddialarda həqiqət var. Digər tərəfdən Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. Bu da onun xeyrinə işləməyən amildir. Zamanında Heydər Əsədov qudasının yüksək nüfuzundan yetəri qədər yararlanıb. Digər tərəfdən Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin ümumiyyətlə ləğv olunacağı haddında məlumatlar səslənir. Uzun müddətdir sələnən bu iddialar kənd təsərrüfatı sahəsində Heydər Əsədov hegemonluğunun sona yaxınlaşdığını göstərir. Hökumət artıq 2 ildir ki, kənd təsərrüfatını prioritet elan etsə də, bu sektoru inkişaf etdirmək, Azərbaycanı aqrar ölkəyə çevirmək mümkün olmayıb. 2 il öncə olduğu kimi ölkə yenə də eyni ölçüdə idxaldan asılıdır. Bu da Heydər Əsədovun nazir postundan uzaqlaşdırılmasına əsas yaradan faktorlardan biridir.

Məmmədyarov "qara zolaqda”

Ölkənin xarici siyasətinə rəhbərlik edən Elmar Məmmədyarov da "qara zolağa” düşən kabinet üzvlərindədir. Qeyd edək ki, ölkənin xarici siyasəti son zamanlar ciddi tənqid olunan sahələrdəndir. Ən yüksək səviyyələrdə olan tənqidlərin yəqin ki, hesabı məhz XİN rəhbərinə kəsiləcək. Milli Məclisin ötən iclaslarının birində deputat Fəzail Ağamalı da XİN rəhbərini ciddi şəkildə tənqid etdi və parlamentin tribunasından naziri istefaya səslədi. Digər tərəfdən, son zamanlar Azərbaycana qarşı xarici dairələrdən "söyüş” silahının işə salınması da xarici siyasət idarəsinin zəif fəaliyyətin göstəricisi kimi qəbul olunur. Xüsusilə səfirliklərin bu istiqamətdə fəaliyyətsizliyi nəzarətçi orqan olan XİN-nin hesabına yazılır. Ehtimal olunur ki, növbəti kabinetdə Elmar Məmmədyarov da olmayacaq.

Turizmi geri salan Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də işi çətin olacaq. Əslində yeni kabinetdən kənarda qalmağa ən real namizədlərdən biri də məhz Əbülfəs Qarayevdir. Qeyri-neft sektorunun inkişafında xüsusi yer tutan və "neft erası” bitdikdən sonra hökumətin xüsusilə diqqət ayırdığı turizm sektoru ciddi gəlirlər gətirməli idi. Lakin bu sektorun heç cür inkişaf edə bilməməsi nazirin nüfuzunu kifayət qədər aşağı saldı.

Bununla yanaşı, Hesablama Palatasının qurumda apardığı yoxlamalar zamanı büdcə vəsaitlərinin 300 milyon manatının mənimsənildiyini aşkarlandı. Bu da Əbülfəs Qarayev haqqında cəmiyyətdə formalaşmış mənfi rəyi daha da gücləndirdi. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq aidiyyatı üzrə digər qurumlara birləşdiriməsi haqqıda iddialar səslənir. İddialara əsasən qurumun turizmlə bağlı səlahiyyətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdiriləcək. Mədəniyyət sahəsi isə ayrıca bir komitə kimi fəaliyyət göstərəcək. Bu da nazir Qarayevin vəzifəsiz qalacağına işarədir.

Gömrük generalı Əliyev işsiz qalacaq?

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin də işsiz qalacağı gözlənilir. Belə ki, sabiq vergilər naziri Fazil Məmmədov istefaya göndərildikdən sonra yeni nazir Mikayıl Cabbarovun bu sahədə ciddi kadr islahatları apardığının şahidi olduq. Mikayıl Cabbarov vergilər naziri təyin olduqdan sonra Gömrük Komitəsinin də sözügedən nazirliyə birləşdiriləcəyi haqqında iddialar səsləndi. Hətta rəsmilər də bu iddiaları təkzib etmədi. Digər tərəfdən, Gömrük Komitəsinin fəaliyyəti əhalinin ciddi narazılığına səbəb olan sahələrin başında gəlir. Adı rüşvət, korrupsiya kimi neqativ məsələlərdə hallanan bu sahənin şəffaflaşdırılması və sağlamlaşdırılması üçün ciddi dəyişikliklərə ehtiyac var. Görünən odur ki, dəyişiklik ən yüksək səviyyədə aparılacaq və komitənin rəhbəri Aydın Əliyev əvəzlənəcək. Ya da yuxarıda qeyd olunduğu kimi, komitə Vergilər Nazirliyinin tərkibinə daxil ediləcək.

"Cəza kəsiləcək” ikili: Rüstəmov-Aslanlı

İddialara görə, maliyyə sektorundan böhranın "cəzası” isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova kəsiləcək. Ancaq banklara nəzarət son 2 ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) tapşırıldığı üçün baş bankirin növbəti dönəmdə də öz vəzifəsində qalacağı istisna edilmir. Ehtimal olunur ki, bank sektorunda yaranan problemlərin günahı əslində haqlı olaraq Palata rəhbəri Rüfət Aslanının adına yazılacaq. Bütün hallarda ölkənin maliyyə sektoruna (banklar və sığorta şirkətləri nəzərdə tutulur – müəl.) nəzarət edən iki qurumdan birində rəhbər dəyişikliyi olacaq.

Devalvasiya "kuratoru” Şərifov

Maliyyə naziri Samir Şərifovun da növbəti kabinetin tərkibində olmayacağı deyilir. Xüsusilə ölkədə baş verən manatın iki kəskin devalvasiyasından sonra Samir Şərifov nüfuzuna ciddi zərər dəydi. Çünki devalvasiyanın əsas "kuratoru” Samir Şərifov hesab olunurdu. Eyni zamanda Samir Şəifovun problemli dollar kreditlərinin həlli istiqamətində hökumətin atmaq istədiyi addımların qarşını alması ilə bağlı iddialar səsləndi. Maraqlıdır ki, səslənən iddialara nazir təkzib vermədi. Digər tərəfdən Samir Şərifovun daha yüksək posta iddialı olduğu deyil. Hələ iki il öncə mətbuatda gedən informasiyalarda iddia olunurdu ki, Samir Şərifov baş nazir olmaq istəyir və siyasi iddialarla çıxış etməyinin səbəbi də məhz budur. Bütün hallarda aprelin sonu, may ayının əvvələrində maliyyə naziri haqqında veriləcək qərarın şahidi olacağıq.

Müslümov da diqqətdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə də başqa şəxsin gətiriləcəyi haqqında iddialar var. Xüsusilə son 1 ildə sözügedən nazirlik haqqında kifayət qədər neqativ məlumatlar yayıldı. Bu da nazir Səlim Müslümovun xeyrinə deyil. Xüsusilə də təqaüdlərin gecikdirilməsi və bu istiqamətdə cəmiyyətə dolğun informasiyaların verilməməsi nazirə qarşı narazılıqları bir qədər də artırdı. Hətta təqaüdlərin gecikdirilməsi hakimiyyətə etiraz kimi qələmə verildi. Yayılan məlumatlarda qeyd olunurdu ki, əhalinin etirazlarına səbəb olan məsələ Səlim Müslümovla maliyyə naziri Samir Şərifov arasında yaranan problemlərdir. Yaranmış problem hər iki şəxsin nüfuzuna ciddi zərbə vurdu.

Və sonda… Rasizadə də siyahıda varmı?

Baş nazirin müavinləri də "təhlükə”dən kənarda deyil. Hazırda baş nazirin 6 müavini var. Onlardan bəzilərinin yeni kabinetdə yer almayacağı proqnozlaşdırılır. Eyni zamanda baş nazirin də dəyişdiriləcəyi səslənən iddialar arasındadır. Belə ki, uzun müddətdir baş nazir postunda olan Artur Rasizadənin hazırkı vergilər naziri Mikayıl Cabbarovla əvəzlənəcəyi deyilir.

Xəbər 1725 dəfə oxunub






Oxşar xəbərlər

Qurban bayramının hava proqnozu - Leysan
Azərbaycanda qoyunların sayı açıqlandı
Gəncədə direktorun antipedoqoji fəaliyyətinə ekspertdən və nazirlikdən REAKSİYA
General yüksək vəzifəyə təyin edildi
Vasif Talıbovdan yeni təyinat (SƏRƏNCAM)
Təranə Qumral məhkum olundu – Məhkəmədə qərar
Yol tikintisinə 13,7 milyon manat ayrıldı - sərəncam
Dünyada 2 milyard yoxsul insan var
BENZİN NİYƏ BAHALAŞDI? – Ekspertlərin RƏYİ
“Sanksiyalar Azərbaycana təsir etməyəcək”-politoloq
Bakıda tikintilərlə bağlı şok yoxlamalar başlayıb
Prezident İlham Əliyev Azərbaycan xalqının Qurban bayramını təbrik edib
Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK
İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ
“Aİ 92 benzininin qiyməti artmayacaq” - Açıqlandı
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Çeçenistanda polis bölməsinə hücum olunub
Jurnalistin ağuya dönmüş çörəyi...(İntiharlardan)
Bu banklarımız zərərlə işləyir - SİYAHISI
Köçəryanın evində və ofisində axtarış aparıldı
Talıb Tale “Youtube”dan ayda nə qədər pul qazanır?
“Sevginin yerini qəzəb tutub" – Sabir Rüstəmxanlı NARAHATDIR
Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13125] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00779] calend [0.00041] topnewsend [0.00333] rsssend [0.00000] ehgend [0.03207] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08641]