Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:25 - 18.08.2018  
“Pokrov Məhərrəm” ev dustaqlığına alınıb - ədavət
Tarix: 14-04-2018, 20:52 | Bölmə: ---

Moskva vilayəti İstra rayon məhkəməsi azərbaycanlı iş adamı Məhərrəm Quliyev barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsilə (dələduzluq) ittiham edilir.

“Pokrov Məhərrəm” ev dustaqlığına alınıbHüquq-mühafizə orqanlarından Rusiya KİV-ə sızan məlumatlarda deyilir ki, Quliyevə istintaq müddətində çoxlu suallar ünvanlana bilər. Çünki o, Moskvanı meyvə-tərəvəzlə təmin edən ən böyük fiqurlardandı.

Söhbət azərbaycanlı milyonçular Qod Nisanov və Zarah İliyevin sahibi olduqları "Fud Siti” bazasının idarəçiliyindən gedir. Onlar bazanın gerçək sahibləri olsalar da, obyektin idarəçiliyi Məhərrəm Quliyevin əlindədir.

Əslən Şəmkir rayonundan olan Quliyev "Pokrov Məhərrəm” kimi tanınır. O, bu ləqəbi məşhur "Pokrovsk” bazarını işlədərkən alıb. "Rosbalt”ın məlumatına görə, ötən əsrin 90-cı illərində Məhərrəm və kiçik qardaşı Rövşən Moskva metropoliteninin "Tyoplıy stan” stansiyası yaxınlığında meyvə-tərəvəz alverilə məşğul olublar. Bundan sonra onlar Rusiya paytaxtında daha uğurlu yer seçirlər: "Şeremetyevo” aeroportunda məskunlaşırlar. Həmin ərəfədə isə Ağbaş Çingiz və Sabirabadlı Hikmət kimi nüfuzlu "qanuni oğru”larla əlaqə yarada bilib. Daha sonra isə Rövşən Lənkəranskiylə münasibət yaradıb. 2006 və 2007-ci illərdə Hikmət və Çingiz Moskvada qətlə yetiriləndən sonra Məhərrəm Rövşənin patronajlığı altına keçdi.

"Rosbalt”ın yazdığına görə, məhz Məhərrəm kriminal generallara Pokrov bazasının yaratmağı təklif edir və onlardan dəstək istəyir. Və o dəstəyi alır. Bundan sonra Pokrov bazasının yerləşəcəyi ərazi İqor İsayev və Əlisahab Hacıyev adlı iş adamlarından icarəyə götürülür. Qısa zamanda Pokrov bazası Moskvanın ən böyük meyvə-tərəvəz bazarına çevrilir. Və uzun illər belə davam edir. Amma hər şey məlum olaydan sonra dəyişir.

Bazanın yerləşdiyi qərbi Bryulovo rayonunda Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsindən sonra başlayan qalmaqal o qədər böyüyür ki, Pokrov bazarı bağlanır.

Pokrov bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları "Fud Siti”nin əsasını qoyaraq, azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz "Fud Siti”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan "Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, Pokrov bazasını işlədən Məhərrəmin və onun şəriki Nuruşun məhz bu bazanı seçməsi idi. Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın "krışalığını” məhz Rövşən edirdi. Təkcə Pokrov bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. "Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

Məlumatda deyilir ki, "Çetıre sezona”nın qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş "Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edildilər.

"Fud Siti”də, necə-deyərlər, əmin-amanlığı Rövşənin yaxın qohumu Zaur qoruyur. Məhz bu səbəbdən Moskvadakı heç bir kriminal qruplaşma bu bazara girə bilmir. Hətta Lotu Quli belə nə qədər cəhd etsə də, "Fud Siti”yə nəzarəti ələ keçirməyə nail ola bilməyib.

İndi ev dustağı olan Məhərrəmi isə kriminal "razborka”lardan daha çox haqqında açılan cinayət işi narahat edir.(lent.az) 
Xəbər 1901 dəfə oxunub






Oxşar xəbərlər

47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10152] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00755] calend [0.00040] topnewsend [0.00318] rsssend [0.00000] ehgend [0.00527] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08393]