Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:28 - 21.09.2018  
Məmmədov və Mahmudov həbs oluna bilər
Tarix: 13-04-2018, 08:53 | Bölmə: ---

Sabiq nazirlər o qədər irimiqyaslı qanunsuzluqlara yol verib ki, cəmiyyət onların yalnız işdən çıxarılması ilə barışmaq istəmir

Məmmədov və Mahmudov həbs oluna bilərSeçki prosesi yekunlaşdı, hakimiyyətə qarşı cəbhə açmış kəsimin idarəçilərinə qarşı savaş başlayır. Məhşər ayağına çəkiləcək şəxslər sırasında ilk yerləri sabiq məmurların tutacağı  haqda iddiaları var.

Ötən saylarımızdan birində Azərbaycan hakimiyyətinin xaricdən ona qarşı yönələn hücumların kimlər tərəfindən təşkil olunması istiqamətində araşdırmalara başlaması haqda yazı dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, hücumlara yön verənlər vaxtilə hakimiyyətdə təmsil olunmuş sabiq nazirlərdir. O nazirlər ki, hakimiyyətdə olduqları illərdə korrupsiya piramidalarının başında dayanıblar. Belə eks nazirlərdən biri kimi hazırda xaricdə yaşayan Abbas Abbasovun adı çəkilirdi. Baş nazirin sabiq birinci müavini olmuş Abbas Abbasovun adı son 2 prezident seçkilərində hakimiyyətə qarşı cəbhənin mərkəzi fiqurlarından biri kimi hallanmaqdadır. Onunla eyni cərgədə dayananlar da vaxtilə hakimiyyətdə təmsil olunmuş eks-nazirlərdir. Bu sırada sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adları hallanırdı.

Hazırda sabiqlərin adları yenidən medianın gündəminə gəlib. Hətta seçkiöncəsi çıxışlarında prezidentliyə namizədlər də bu mövzuya geniş yer ayırırdılar. Konkret olaraq Hafiz Hacıyev çıxışlarında Ziya Məmmədovu dövlət çevrilişinə cəhddə ittiham edirdi. Bundan başqa, o, baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun adını da çəkməklə onun antiiqtidar kampaniyasında rol aldığını demişdi. Belə məlumatlar da vardı ki, Yunis Abbasov hökumət əleyhinə olan kəsimə maliyyəçi qismində dəstəyini əsirgəmir. Hafiz Hacıyevin iddiaları bununla da bitmirdi. Ziya Məmmədovun neqativ fəaliyyətindən danışarkən onun Rusiyaya 30 milyon dollar ötürərək Vladimir Putindən prezident olmasına yardım göstərməyi rica etdiyini, oğlu Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə keçirdiyi görüşlərdə atasının daha yaxşı prezident ola biləcəyi barədə fikirlər səsləndirdiyini dilə gətirirdi.

Bu iddiaların nə dərəcədə doğru olması bilinmir. Bilinən odur ki, seçkilər yekunlaşıb, nəticə bəllidir. Yeni-köhnə  hakimiyyət komandası ona qarşı olanları yolundan süpürüb kənara tullamağa hazırlaşır. Eldar Mahmudova gəlincə, onun dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar hələ "MTN işi”nin ilk günlərində dövriyyəyə buraxılmışdı. Hətta onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi bildirilirdi.

Aylardır ki, hakimiyyətin seçkidən sonra "təmizləmələrə” başlayacağı xəbəri yayılır. Artıq seçki bitib. Bu arada sabiqlərin yenidən gündəmə gətirilməsini də təsadüf hesab etmək olmaz. Hakimiyyətin ötən 2-3 ayda prosesi sükutla izləməsi belə mülahizələrə yol açıb ki, aprelin 11-də keçirilən prezident seçkisindən sonra gözlənilən dəyişikliklər sabiqlərin atdığı addımlara görə sorğu-sual olunması, hətta həbsləri ilə başlana bilər. Mümkündür ki, həbslər hazırda iqtidar komandasında olub hakimiyyətə qarşı passiv müxalif mövqedə dayananları da əhatə etsin. Abbas Abbasov, Ziya Məmmədov və Eldar Mahmudov işdən çıxarılsalar da, onların hələ də bu və ya digər formada proseslərə təsir imkanları qalır. Hakimiyyətdə də tərəfdarları olmamış deyil. Digər tərəfdən, sabiq nazirlər o qədər irimiqyaslı və ciddi narazılıq yaradan qanunsuzluqlara yol verib ki, cəmiyyət onların cəza olaraq yalnız işdən çıxarılması ilə barışmaq istəmir. Hakimiyyət də bunun fərqində olmamış deyil. Odur ki, yaxın gələcəkdə həbslər qaçılmaz görünür...

Xəbər 3194 dəfə oxunub






Oxşar xəbərlər

İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15503] initstartout [0.00018] initstartin [0.00092] calstart [0.01120] calend [0.00065] topnewsend [0.00517] rsssend [0.00000] ehgend [0.00812] tagsstart [0.00072] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12801]