Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:26 - 20.09.2018  
Bu gün ölkə 7 illik prezident seçir
Tarix: 11-04-2018, 09:35 | Bölmə: ---

Azərbaycan dünyanın diqqət mərkəzində; 125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır; seçkini müşahidə etməyə ən çox müşahidəçini ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosu göndərib; 8 namizədin yarışdığı seçkidə ən şanslı namizəd  İlham Əliyevdir;  "The Washington Times” "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc etdi

Bu gün ölkə 7 illik prezident seçirBu gün Azərbaycanda prezident seçkisidir. Seçkidə 8 nəfərin namizədliyi irəli sürülüb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc  və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu). Rəy sorğularına görə  8 namizədin yarışdığı seçkidə ən şanslı namizəd  İlham Əliyevdir.

Yeni seçilən prezidentin səlahiyyət müddəti 7 il olacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da seçkilərlə bağlı mətbuat konfransı keçirib. O öncə qeyd edib ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə tam hazırdır.

Məzahir Pənahov məlumat verib ki,  125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb.

MSK sədri deyib ki, seçkilərlə bağlı müşahidə aparmaq istəyən heç bir şəxsə nə hər hansı seçki dairəsində, MSK-da mənfi cavab verilməyib. Seçkilərlə əlaqədar 60 təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Qeyd edək ki, seçkini müşahidə etməyə ən çoxsaylı müşahidəçini ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosu göndərib. Bu qurumun qısamüddətli müşahidə missiyasına 280 daxildir. ATƏT Parlament Assambleyası, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, MDB Parıament Assambleyası müşahidəçiləri də seçkini müşahidə edəcək.

MSK sədri bəyan edib ki, müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb.

MSK sədri qeyd edib ki, səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar: "Mərkəzi Seçki Komissiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, seçki günü xoşagəlməz hal baş verməyəcək”.

Seçkini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq. MSK sədri deyib ki, xarici KİV təmsilçilərinin fəaliyyətinə yerli KİV təmsilçiləri kimi hərtərəfli şərait yaradılacaq.

M.Pənahov Dövlət Statistika Komitəsi və MSK-nın səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında 2 milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib. O deyib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz. İstənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər: "Kiminsə adı seçici siyahısına düşməyə bilər. Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir. Bunun demokratik, şəffaf seçkilərin təşkilinə kölgə salması imkanı yoxdur. Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından kiminsə adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik. Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur. Ancaq bir sıra ölkələrdə adı seçici siyahısında olmayanların səs verməsinə icazə verilmir”.

Qeyd edək ki, 2017-ci ildə Dövlət Statistika Komitəsinin əhali məlumatlarında ölkədə səsvermə yaşında olan 7 milyondan çox insanın olduğu, MSK-nın isə bu yaxınlarda yaydığı məlumatda 5 milyondan bir qədər çox seçicinin olduğu əksini tapırdı.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası aprelin 11-də səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Seçkidə "Els” Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way” təşkilatı ilə birlikdə "exit-poll” keçirəcək.

Azərbaycan Mətbuat Şurası isə seçki günü jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. O qeyd edib ki şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər. Bundan başqa, Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də "qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

Azərbaycan Mətbuat Şurası seçki günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Azərbaycanda seçkiyə bir gün qalmış ABŞ-ın məşhur "The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub. APA-nın xəbərinə görə, yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək. Prezident seçkiləri Azərbaycan vətəndaşlarına hökumətin nailiyyətləri ilə bağlı mövqe bildirmək imkanı verəcək.

Məqalədə həmçinin bildirilir ki, mayın 28-də Rusiya İmperiyasının süqutundan sonra yaranmış, lakin 2 il sonra sovet ordusu tərəfindən işğal edilmiş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi keçiriləcək: "Müasir Azərbaycan ilk müstəqil ölkənin varisidir və onun suverenliyinin qorunması Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsizliyin açarıdır".

Yazıda Azərbaycanın son 25 ildə imzaladığı neft müqavilələri və Qərblə iqtisadi əlaqələr xatırladılır. Həmçinin Ermənistanla gedən müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında qalmaqda davam etdiyi bildirilir.

Azərbaycanın həmçinin Xəzər və Qara dəniz hövzələrində stabilləşmə üçün Aİ və NATO ilə əməkdaşlığından söz açılır.

Məqalədə Azərbaycanın müsəlman dünyasında qadınlara və kişilərə bərabər siyasi hüquqlar, qadınlara seçib seçilmək hüququ verən ölkə olduğu vurğulanır. /Y.M/

Xəbər 3960 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13903] initstartout [0.00014] initstartin [0.00063] calstart [0.00865] calend [0.00050] topnewsend [0.00383] rsssend [0.00000] ehgend [0.03553] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08921]