Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:49 - 27.01.2020  
İki prezidentliyə namizəd arasında qarşıdurma
Tarix: 5-04-2018, 08:53 | Bölmə: ---

Seçki kampaniyasının ən kəskin qalmaqalı; Qüdrət Həsənquliyevlə Sərdar Cəlaloğlu bir-birinə qarşı sərt ittihamlar səsləndirdilər

İki prezidentliyə namizəd arasında qarşıdurmaİctimai Televiziyanın efirində prezidentliyə namizədlərin sonuncu debatının axır saniyələrində  ADP sədri Sərdar Cəlaloğlu BAXCP sədri Qüdrət Həsənquliyevi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçladı.

Modern.az saytına eksklüziv açıqlamasında prezidentliyə namizəd, Milli Məclisin deputatı Qürdət Həsənquliyev bildirib ki, Sərdar Cəlaloğlunun ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər: "Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul ”atır". Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı. Bu hadisədən bir müddət sonra Türkiyə Suriya ilə sərhəddə rus təyyarəsini vurdu və mən həmin olaya münasibət bildirdim. Dedim ki, Türkiyənin buna tam hüququ çatsa da, siyasi baxımdan yanlış qərardır.

Zaman da mənim dediklərimi təsdiq etdi. Amma həmin vaxt bu adam gözləmədiyim halda məni rusiyayönümlü olmaqda ittiham etməyə başladı. Bunun səbəbi təkcə məndən narazı qalması deyildi.

Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turgut Ər onu PKK lideri Dilanla görüşməkdə ittiham etmişdi və o, keçmişini unutdurmaq istəyirdi.

Üçüncü səbəbi isə o ola bilərdi ki, debat zamanı cəsarəti çatmadı ki, mənim kimi desin, torpaqlarımızın işğalının arxasında Rusiya dayanıb.

Eyni zamanda onun Türkiyə ilə konfederativ dövlət yaradacağı açıqlaması ciddi insanlar arasında gülüş doğurmuşdu. Mənim də deməyim ki, Razi bəyin Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyi nə qədər realdırsa, Sərdar bəyin də konfederasiyası o qədər realdır, bu, ola bilsin ki, onu qıcıqlandırdı.

Artıq kimsə onu başa salmışdı ki, bu təkliflə özünün qeyri-ciddi adam olmağını təsdiq edib. O da mənə hücum edəndə demədi ki, mən niyə konfederasiyaya qarşıyam. Dedi ki, guya mən Türkiyə-Azərbaycan dostluğuna qarşıyam.

Mən bilirəm ki, Türkiyənin münaqişəyə qatılması Rusiyanın da açıq formada müdaxiləsinə imkan yarada bilər, ona görə də istəyirəm xalqımız hər şeyi açıq bilsin. Biz özümüzə güvənməli və torpaqlarımızı özümüz azad etməliyik. Mənim dediyim budur".

Sərdar Cəlaloğlu isə "Yeni Müsavat”a açıqlamasında Qüdrət Həsənquliyevə sərt cavab verib.

İki prezidentliyə namizəd arasında qarşıdurma

 

Onun sözlərinə görə, Q.Həsənquliyev uzun illərdir təzədən Azərbaycanın Rusiyanın nəzarəti altına keçirilməsi istiqamətində təbliğat aparır: "Avrasiya İttifaqına, Gömrük İttifaqına daxil olmaq adı altında təbliğat aparır. Camaat çörəyi qulağı ilə yemir ki, onun təbliğatının nədən ibarət olduğunu anlamasın. Rusiyanın bütün təklif və ideyaları keçmiş SSRİ respublikalarını yenidən özünün tabeçiliyinə salmağa hədəflənib. Qüdrət Həsənquliyev isə dəfələrlə bu siyasətə xidmət edən açıqlamalar verib. Bir sıra açıqlamalarını dolayısı ilə ifadə etsə də mahiyyət bəllidir. Qüdrətin mövqeyindən belə çıxır ki, biz bir millət iki dövlət dediyimiz, qardaşımız olan Türkiyə ilə konfederasiya yarada bilmərik, lakin dini dinimizdən, dili dilimizdən ayrı, bizi daim boyunduruq altında saxlayan, buna çalışan dövlətlə ittifaq yaratmalıyıq. Ermənistan Rusiya ilə ittifaq yaradırsa, Azərbaycan niyə Türkiyə ilə konfederativ ittifaq yarada bilməz?! Türkiyə ilə bizim ittifaq yaratmağımız ideyasını Qüdrət Həsənquliyev nədən süngü ilə qarşılayır, bu mövqeyinin arxasında olan qüvvə kimdir, onu açıqlasın! Mən Qüdrət Həsənquliyevə efirdə və ya sonra heç bir böhtan atmamışam, amma o, mənə qarşı qeyri-adekvat mövqe nümayiş etdirib. Ona görə də mən ona dedim ki, təyyarə olayından sonra Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyən mən deyildim, sən idin. Azərbaycan dövləti Rusiya ilə indiyə qədər 20 milyard dollarlıq müqavilə imzalayıb, SOCAR Avropaya milyardlarla dollar investisiya qoyub. Qüdrət Həsənquliyev bunların adını çəkmir. Ancaq SOCAR-ın Türkiyəyə investisiya qoymasına etiraz edir. Bu adam strateji müttəfiqimizlə iqtisadi əlaqələrin əleyhinə olduğunu bu şəkildə ortaya qoyur. Ciddi əsası olmayan bir sıra fikirləri isə səsləndirərək cəmiyyətdə Türkiyəyə qarşı mənfi münasibət toxumu səpir. Bu adamın mövqeyi Əliheydər Qarayevin yüz il öncəki mövqeyinə uyğun gəlir. Ancaq müasir əliheydər qarayevlər bilsinlər ki, gec-tez Türkiyə-Azərbaycan konfederasiya ittifaqı yaranacaq. Mən, sadəcə, bir qədər irəli gedib siyasi ittifaqın yaradılması istiqamətində təklifimi verirəm. Cəmiyyətdə Türkiyə ilə ittifaqın tərəfdarı olanlar çoxdur, yoxsa Qüdrət Həsənquliyevin mövqeyində olanlar? Bu sualın cavabı hər şeyi deyir”.

İki prezidentliyə namizəd arasında qarşıdurma

 

S.Cəlaloğlu Q.Həsənquliyevin ona böhtan atdığını da qeyd etdi: "Deyib ki, guya mən onun qəbulunda olmuşam və sair. Kişiliyi varsa, o məmurun adını çəksin və mənim onun qəbuluna getməyimi sübut eləsin. Sən kimsən mən sənin qəbuluna gəlim?! Mən heç sənin ağanın qəbuluna getməmişəm və getmirəm! Sən özünü nə hesab edirsən?! Boynu bükük vəziyyətdə dayanan sənin kimi olar ki, ipin başqasının əlindədir, həmin şəxsin qapısından ikiqat əyilib keçirsən. Boynunu elə sıxıb ki, yüksək vəzifədə təmsil olunduğun iqtidarın əleyhinə qarşında oturan Araz Əlizadə, Hafiz Hacıyev, Zahid Oruc ittihamlar yağdırır, təmsil olunduğun iqtidar xalqa xəyanətdə ittiham olunur, sənin cəsarətin çatıb bir kəlmə reaksiya verə bilmirsən, başını aşağı dikib dayanırsan. Halbuki o ittihamlar həm də sənə çatır. Çünki həmin hakimiyyətdə böyük vəzifədə olmusan. Sərdar Cəlaloğlu isə siyasi repressiyalardan, məhrumiyyətlərdən başı dik, alnı açıq çıxıb. Sərdar Cəlaloğlu kiminsə qapısında boyun bükən olsaydı repressiyalara, işgəncələrə məruz qalmazdı, Qüdrət Həsənquliyev kimi deputat olardı. Sərdar Cəlaloğlu 4 dəfə deputat seçilib, dördündə də parlamentə buraxılmayıb. Qüdrət Həsənquliyev isə heç vaxt deputat seçilməyib, lakin saxta mandatla deputat oturdulub. İndi bax gör boynu bükük kimdir. Mənə qarşı ətrafındakı bir neçə quyruq bulayanları qısqırdıb. Mən Qüdrət Həsənquliyev barəsində elə şeylər açıqlayaram ki, o, heç vaxt başını yuxarı qaldırıb kimsənin üzünə baxa bilməz. Azərbaycanda ən çox boynu bükük adam odur. Mən onun tayı deyiləm. Siyasi məsələləri şəxsi müstəviyə daşımasın. O özü bilir mən nəyi nəzərdə tuturam. Barəsində elə şeylər açaram ki, yerə girər! Bəsdir, ayıbdır”.   

S.Cəlaloğlu Dilanla görüş məsələsinə də münasibət bildirdi və dedi ki, bu məsələnin ona qarşı istifadə olunması gülüncdür: "Bu barədə əvvəllər açıqlama vermişəm. 1992-ci ildə Azərbaycana-Naxçıvana Türkiyədən bir qrup adam gəlmişdi. Onlar Heydər Əliyevlə də görüşmüşdülər, başqa siyasətçilərlə də görüşləri olmuşdu. Mən yas yerindəydim. Gəlib mənə məlumat verdilər ki, Türkiyədən nümayəndələr gəlib sizinlə də görüşmək istəyirlər. O vaxt Türkiyə ilə əlaqələr çox zəif idi. Qardaş ölkədən gələnlərin olduğuna sevindim. Getdim görüşdüm, bir neçə nəfər idilər. Biri cavan qadın idi. Onlar dedilər ki, biz gəlmişik gedib Zəngilanda, Laçında, Cəbrayılda, Qubadlıda kürdlərlə iş aparaq ki, onlar ermənilərlə vuruşmasınlar, çünki bu müharibə türk-erməni müharibəsidir. Onlarda belə fikir var idi ki, Azərbaycanda və Azərbaycanla sərhəddə yerləşən Ermənistan ərazilərində 1 milyondan artıq kürd yaşayır. Ancaq mən həmin qadına anlatdım ki, Azərbaycanda kürdlərin sayı düşündüyü qədər çox deyil. Həm də onlar kompakt yox, dağınıq yaşayır. Üstəlik, özünü kürd kimi tanıdan insanların antropologiyasına baxanda 90 faizinin kürd olmadığı aydın görünür. Aydındır ki, bu təsəvvür PKK-da SSRİ rəhbərlərinin iddiası ilə yaranmışdı. O zaman SSRİ rəhbərliyi bu ərazinin adını Kürdüstan qoyub daha bir süni gərginlik ocağı yaratmaq istəyirdi. Mən Dilana PKK-nın yaranmasını, onun seçdiyi yolu başdan-ayağa izah elədim. Dilandan soruşdum ki, sən necə düşünürsən, kürd də müsəlmandır, türklər də, o zaman niyə Avropa, ya Rusiya sizə silah verib din qardaşlarınızla mübarizəyə göndərir, niyə siz ərəblərlə, türklərlə, farslarla savaşırsınız? Lap tutaq ki, dövlət yaratdınız. Sabah siz dünyaya çıxış üçün mütləq savaşdığınız xalqların ərazilərindən keçməlisiniz. Bu necə mümkün ola bilər? Ona başa saldım ki, bu hərəkat yalnız bölgədə sabitliyi pozmaq üçün yaradılıb. Dilan o zaman xeyli şəxslə, hətta Heydər Əliyevlə də görüşmüşdü. Mənə dedi ki, bu məsələləri mənə sizin qədər aydın izah edən olmamışdı. O etiraf elədi ki, PKK o qədər uzağa gedib ki, artıq geri dönüş şansı yoxdur. Çünki nə bu qədər tökülən qanların üzərindən keçib türklərlə barışa, nə də Avropa dövlətləri qarşısında götürdükləri öhdəliklərdən boyun qaçıra bilərlər. Dilan mənə söz verdi ki, bu görüşdən sonra Türkiyəyə qayıdacaq, bundan sonra da Azərbaycandakı kürdlərlə münasibət qurulması ilə bağlı heç bir iş aparılmayacaq. Bundan sonra həmin şəxslər qayıtdılar Türkiyəyə. Mənim buna nail olmağım əslində Azərbaycana xidmətdir. Çünki kürd qardaşlarımızın vətən uğrunda savaşdan yayındırılması planının qarşısını faktiki almışdım. İndi Qüdrət Həsənquliyev mənə qarşı deməyə arqument tapa bilmir, öz aləmində guya məni ifşa edir, əslində isə özünü gülünc vəziyyətə salır”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Xəbər 3728 dəfə oxunub






Oxşar xəbərlər

“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34654] initstartout [0.00017] initstartin [0.00068] calstart [0.00910] calend [0.00051] topnewsend [0.00366] rsssend [0.00000] ehgend [0.06573] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.26597]