İstanbulda atışma: polis əməkdaşı yaralanıb

  • 01 apr 2018, 11:40

Türkiyənin İstanbul şəhərində atışma baş verib.

Trend-in verdiyi məlumata əsasən, atışma nəticəsində polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, üç naməlum şəxs və polis arasında borca görə baş verən mübahisənin sonunda naməlum şəxslər atəş açaraq, hadisə yerindən qaçıblar.

Yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli bilinən 6 nəfər saxlanılıb.

Demokratik.Az

Oxşar xəbərlər