Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:23 - 23.02.2019  
Deputatın fətvası: “Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib”
Tarix: 29-03-2018, 10:13 | Bölmə: ---

Bu gün sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub.

İstifadəçilər yolların texnika ilə deyil, belə yaşlı qadın süpürgəçilər tərəfindən təmizlənməsinə etiraz edərək, aidiyyəti qurumları qınayıb. Bəziləri isə bu məsələdə yaş məhdudiyyətini gündəmə gətirərək, Azərbaycanda əmək qabiliyyətinin 65 yaşa qədər olduğunu vurğulayıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:

"Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri – fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?!

Onu da qeyd edim ki, məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin.

Yol-nəqliyyat hadisəsinə qaldıqda isə maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm.

Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.

Qeyd edək ki, ötən gün Bakının Sabunçu rayonu ərazisində süpürgəçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən rəsmi məlumatda bildirib ki, dünən saat 18:00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində "KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Demokratik.Az

Xəbər 1656 dəfə oxunub






Oxşar xəbərlər

Jurnalist Fuad Abbasovun həyatına təhlükə yaranıb
Balakən rayonuna yeni polis rəisi TƏYİNATI
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14549] initstartout [0.00017] initstartin [0.00071] calstart [0.00846] calend [0.00045] topnewsend [0.00436] rsssend [0.00000] ehgend [0.00541] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12537]