Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Eynulla Fətullayevdən Cavid Qurbanova sərt ittihamlar
Eynulla Fətullayevdən Cavid Qurbanova sərt ittihamlar
- 28 mart 2018, 14:16
Tanınmış jurnalist Eynulla Fətullayev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanova qarşı sərt ittihamlar səsləndirib.
"Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı? "Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.
Guya Cavid olmasaydı biz "Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək! Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul verəcəksən!"/"Qaynarinfo"/
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Cavid Qurbanov da qiyməti qaldırır- "söz verdi":
Cavid Qurbanov yeni lokomotiv alır-276 milyon kreditlə
Ziya Məmmədovun bir səlahiyyəti Cavid Qurbanova keçdi
Ziya Məmmədov getdi onu Cavid Qurbanov əvəzlədi
Səlim Müslümovla Cavid Qurbanovun qardaşı arasında gərginlik
Saleh Məmmədov Cavid Qurbanovun izinə düşüb?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti