Prezidentdən Xarici Kəşfiyyat Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

  • 27 mart 2018, 17:29
Prezident İlham Əliyev Orxan Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
 
Qeyd edək ki, Orxan Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisidir.
 
Demokratik.Az
Oxşar xəbərlər