AMAŞOV : "Jurnalistin bacısı evlə təmin oluna bilər"

  • 27 mart 2018, 08:08
Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi.
Demokratik.Az xəbər verir ki, Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov musavat.com-a bildirib ki, baş verən yanğın hadisəsi onu da narahat edib və məsələni nəzarətdə saxlayır:

"Mərhum Zabil Müqabiloğlunun bacısı ilə danışmışam, vəziyyətdən xəbərdaram. Sadəcə bayramdan sonrakı ilk iş gununu gözləyirəm ki, "Qaçqınkom”un sədri Əli Həsənova zəng edim, yaxud gedib, onunla görüşüm. Ölkəmizdə yeni evlər tikilir. Bu ailə həm də qaçqın ailəsidir, illərlə yataqxanada yaşayıb. Odur ki, onlar da mənzillə təmin oluna bilər”.

Yeri gəlmişkən, bu yaxınlarda Z.Müqabiloğlunun kitabı da nəşr olunacaq. Ə.Amaşovun dediyinə görə, kitabın nəşri və təqdimatının mərhum jurnalistin doğum günündə keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən bu, mümkün olmayıb: "Amma kitab aprel ayında çap olunacaq”.
"Demokratik.Az"
Oxşar xəbərlər