Əfqanıstanda məscidi partlatdılar

  • 26 mart 2018, 10:51

Əfqanıstanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, azı 9 nəfər yaralanıb.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Herat şəhərində, məscidin girişində baş verib.

İlkin məlumata əsasən, məscidə hücum edən iki terrorçu-kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu işə salıb, digəri mühafizəçilər tərəfindən məhv edilib.

Terror aktına görə məsuliyyəti İŞİD  qruplaşması öz üzərinə götürüb.

Oxşar xəbərlər