“Muhteşem Yüzyıl”ın aktyoru həbs edildi

  • 24 mart 2018, 11:22

"Muhteşem Yüzyıl” serialında "Behram Paşa” obrazını canlandıran aktyor Adnan Koç həbs olunub.

"Milliyete” xəbər verib ki, buna aktyorun narkotikdən istifadə etməsi səbəb olub.

Belə ki, İstanbul Narkotiklərlə Mübarizə İdarəsi sənətçini narkotikdən istifadə üçün başqalarını yerlə təmin etmək və narkotik ticarəti ilə məşğul olmaq səbəbilə izləməyə alıb.

Koçun üzərində narkotik vasitə olan heroin aşkarlanıb və o iki qardaşı ilə birgə saxlanılıb. Məhkəmənin qərarı ilə Adnan Koç və qardaşları narkotik alqı-satqısında və polisə müqavimətdə ittiham edilərək həbsxanaya göndəriliblər.

Demokratik.Az

Oxşar xəbərlər