Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:07 - 22.08.2019  
"Şüurun dabanındadır" - Deputat Orduxanı yıxıb-sürüdü!
Tarix: 23-03-2018, 15:42 | Bölmə: ---

"Şüurun dabanındadır" - Deputat Orduxanı yıxıb-sürüdü!Deməli belə: Avropada məskunlaşmış 2 anti-milli ünsür "facebook” üzərindən dünən debat təşkil edib. Guya. Hərçənd ikisi də eyni vaxtda danışır, söyür və təhqir edir. Yəni, adı debatdır, əslində isə - bekarçılıqdan çənə döymək. Bilinmir mövzu nədir, motiv nədir, məqsəd nədir. Çayxanada oturub vaxt öldürən – fason halları var. Əlqərəz, dodaqlarının alrında bir xeyli, boş-boş  qırıldadılar və nəhayət....axırda foksu nəticəvi hissəyə kökləyə bildilər. Ki, bəs hakimiyyəti devirsələr iqtidara və iqtidarın təəssübkeşlərinə (bizə) qarşı necə davransınlar. Və..yenə fikir haçalandı. Biri  dedi, humanist olaq, dəyməyək, çıxıb hara gedirlər getsinlər. Digəri isə razılaşmadı. Göndərdi bizi 15-20 illik həbsə. Amma adamın üstündə Allah var, ardınca da söz verdi ki, yeməyimizi – içməyimizi yaxşı edəcək, çörək sarıdan korluğumuz olmayacaq.
Bax, vəziyyət budur, əzizlərim. Gədə-güdə ünvanımıza ismarıc yollayır. Öz aləmlərində bizi dolayır və gülürlər. Oysa öz günlərinə, öz düşdükləri rəzil duruma, diksiyalarındakı, jestlərindəki cəhalətə, sahib olduqları mənəviyyatdakı səfalətə gülən lazım.  Gülən... və gülə-gülə də ağlayan.
Qulaq "bloknot”larında xeyli söyüş var. Hiss olunur. Nə hərf desən, onunla başlayan milyon söyüş bilirlər. Tərbiyəsizlikləri vücudlarına qədər hopub, kostyum geyinib qalstuk taxanda da yöndəmsiz görünürlər. Bir tək rəsmi, bəlağətli söz deyil, hətta rəsmi, bəlağətli geyim də özündən atır, bu – sapsız baltaları. Amma susmurlar. İftira və həqarət maşını şütüyür. Daha doğrusu zorla şütüdürlər –  öz bomj timsallarında!
Hələ o gün idman salonundan video qoyub, qol şişirdir, bu yaramazlardan biri - Orduxan. Deyən lazım ki, o qol əzələsindən çox yox, yarımca qram da başına transfer elə, hərdən beyin masajı yap, kitab oxu, jurnal vərəqlə, yazı yaz. Kələ kimi qalmısan. Bircə cüt buynuzu gizlədə bilmisən, uzun hörüklərin altında.
Baxış da iyrəncdi, gülüş də, davranış da. Deyirəm böyüyün gəlsin, onunla danışaq, böyüklərinin başı qarışıb baykot sevdasına. Deyirəm, gözünüzdən 3D eynəyini çıxarın, ayaq yollarından çıxın, öz uğursuzluğunuzu, səbatsızlığınızı nifrinlərlə, yalançı ittihamlarla kompensasiya etməyin – veclərinə deyil.  Deyirəm ay Əli Kərimli, ay Cəmil Həsənli – sizi öz meydanınızda, öz mətbuatınızda, qaraguruhun çoxluq təşkil etdiyi öz feysbuk səhifələrinizdə debata çağırıram – dabana tüpürüb qaçırlar, gördüm deyən tapılmır.  Deyirəm yaxşı, hamının əvəzinə məni söyün, ürəyiniz soyusun, amma yetər ki, dayanın, susun,  insanları bu qədər iyrəndirməyin – yenə  qulaqardına vururlar. Yaxşı bəs neyləyək? Havadan-havaya, distansionmu döyüşək? Nə cürsə übəüz gəlməliyik ya yox? Yolunu deyin də...
Bu ölkədə hansısa xaricinin cürəti çatarmı ki, öz ölkəsinə, onun rəhbərliyinə həqarətlər yağdırsın? Çatmaz. Çatsa da cinayət elementi, cinayət motivi yaranana, qırmızı xətt keçilənə qədər – çatar! Çünki az qala bütün dünyanın qoşulduğu Beynəlxalq Konvensiyalar, cinayətkarların verilməsi ilə bağlı ekstradisiya müqavilələri (razılaşmaları) var. Yaxşı bəs o zaman haqqında danışdığım cinayətkar ünsürlər, siyasi mürtədlər Avropada niyə və necə rahat gəzirlər? Lap girdirmə yollarla saxta mühacir statusu alsınlar, imitasiya etsinlər, qab yuya - yuya, sifon çəkə-çəkə yazıq, "əməksevər” sima yaratsınlar. Olurlar, toxunulmaz? Məgər mühacir dediyin bu cür qatı cinayətləri törətməkdə sərbəstdir? Onlara hər şey olar?
Mövzu artıq söz savaşından, ritorikadan keçməyibmi? Artıq bu disskusiyaları bağlayaraq hüquqi kontekstdə tədbir görməyin zamanı deyilmi?  Zamanıdır, təbii. Hətta gecikmişik belə. 
Erməninin dili, təlimatı ilə danışanlar, "bizim qəbirləri erməni dağıtmayıb” – iddiasına qədər yol qət etmiş nadanlar, Konstitutsiyaya, cinayət məcəlləsinə dirnaqarası baxan yabanılar, şüuru dabanının altında olan riyakarlar gec olmadan  qanun qarşısında cavab verməlidir. Və..verəcəklər də!
Həmin gün uzaqda deyil....
Elşən Musayev
Millət vəkili
Xəbər 2210 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11251] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00681] calend [0.00042] topnewsend [0.00276] rsssend [0.00000] ehgend [0.00526] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09605]