Savçenko həbs olundu

  • 22 mart 2018, 23:46

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlament binasında saxlanılıb.


O, deputat toxunulmazlığı ləğv edildikdən dərhal sonra Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Qeyd edək ki, martın 8-də "Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. N. Savçenkonun adı da məhz bu iş üzrə keçir.

35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb. (qaynarinfo) 
Oxşar xəbərlər