KİV: Mərakeş kralı həyat yoldaşından ayrılıb

  • 22 mart 2018, 23:30

Mərakeş kralı VI Məhəmməd həyat yoldaşı Lalla Salmadan ayrılıb. 

APA-nın xəbərinə görə, bu barədə İspaniyanın "Hola" nəşri Kral Sarayına yaxın mənbələrə istinadən məlumat yayıb.

Kralın həyat yoldaşı ilə münasibətlərinin ötən ilin aprel ayında Kuba və Mayami səfərindən sonra korlandığı bildirilir. Qeyd olunur ki, məhz həmin səfərdən sonra L. Salma ictimai tədbirlərə qatılmayıb. 

Qeyd edək ki, cütlüyün iki uşağı var.

 

Demokratik.Az

Oxşar xəbərlər