Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk edib
Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk edib
- 21 mart 2018, 11:06
Rəsmi Londonun irəli sürdüyü tələblərə uyğun olaraq, 23 rusiyalı diplomat Böyük Britaniyanı tərk edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, diplomatlar ailələri ilə birlikdə Stensted hava limanından artıq Moskvaya yola düşüb.
Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində – Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti