Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:07 - 23.10.2018  
Elmar Vəliyevə GDU-dan açılan "atəş" yaxud bir kafedra müdirinə 10 SUAL
Tarix: 20-03-2018, 10:29 | Bölmə: ---

Son illər Gəncə Dövlət Universiteti barədə yayımlanan qalmaqallı xəbərlərin təşkilatçısı, yazıb hazırlayanı və mediaya gizli ötürəni quyruğu ələ verib. Bu "qara piar" ustası son əməlləri ilə öz kimliyini ortaya töküb.

Elmar Vəliyevə GDU-dan açılan "atəş" yaxud bir kafedra müdirinə 10 SUAL"Demokratik.Az"ın əldə etdiyi məlumata görə, bu şəxs Gəncə Dövlət Universitetinin sonuncu rektorlarına yaltaqlana-yaltaqlana özünə qarşı ən inamlı kadr imici qazandırıb. İş o yerə çatıb ki, katalizatorluğu yaxşı bacaran və maskalanan danosbaz sonda Universitetdə kafedra müdiri vəzifəsinədək yüksəlib. Yalanları öz alçaq boyunu yamanca aşan dezinformator hazırki postunda belə yarıtmazlıq edir. Elmi-təhsili bir kənara qoyub daha çox ara qarışdırmağa həvəsli olan bu zatın əməlləri artıq dözülməz şəkil alıb. Amma yetər deyirik, öz maraqları naminə hamını "aldadan", bir çox saytı isə öz məktublarına alət edən bu qələmunu ifşa etməyin zamanıdır. Bu həm bir mənəviyyat məsələsi, başlıcası da bir media təəssübkeşliyidir. Ədalət prinsiplərimiz də bizə məhz bunu diqtə edir.

"Bir yazının izi ilə"...

"Demokratik.Az" bildirir ki, 04 mart 2018-ci il, gecə saat 23:19-da saxta yaradılmış (g.huseynova81@inbox.ru) elektron poçt ünvanından bir neçə sayta, eləcə də bizim elektron poçtumuza GDU-nun idman klubu barədə həqiqəti əks etdirməyən, yalan dolu dezinformasiya daxil olub. "GDU-DAGÖZƏLÇƏLƏR ÜÇÜN FİTNES KLUBU" başlıqlı həmin anonim məktub elə hazır "məqalə" şəklində gəlib və bəzi saytlar kimi "Demokratik.Az"-da da yayımlanıb. Lakin, sadalanan iddialar sonradan tərəfimizdən yerindəcə araşdırılıb və əsl mahiyyətin nədən ibarət olması barədə müəyyən məqamlar ortaya çıxıb. Faktlar araşdırılarkən ortaya çıxıb ki, saytlara bu yalan bilgini ötürən, nəticədə oxucu və saytlar arasında inamsızlığa, xüsusilə universitet kollektivi arasında qeyri-sağlam mühitə şərait yaradan şəxs Universitetin 2-ci tədris korpusunda əyləşib. Söhbət Fizika və Texniki Fənlər fakültəsinin "Ümumi texniki fənlər və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadovdan gedir. Bəli, bu nankor uzun illərdir çörəyini yediyi bir təhsil müəssisəsində anarxiya və hərcmərcliyə maraqlı olub. Saytlara müxtəlif saxta e-maillərlə hazır yazı formatında məktublar göndərən bu şəxs bir az da irəli gedərək Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevin haqqında da danoslar ötürdüyü ortaya çıxıb.

Bəs, bu iddianı hansı əsaslarla irəli sürür, Elçin Cavadova niyə belə ağır suçlamalar edirik?

1.  Yuxarıda qeyd etdiyimiz kimi, GDU-nun idman klubunun fəaliyyətini araşdırarkən bu barədə Universitetdə böyük təbliğata ehtiyac duymadıq. Və yazı silinəndə də kiməsə hesabat vermədik. Lakin, həmin günün səhəri məhz Elçin Cavadov bu mövzuya marağını nümayiş etdirib. Yazının ilk dərc olunduğu sayt kimi bizim barəmizdə klub rəhbəri Xəqani Umudova müraciət edib və ona yazının silindiyi xəbərini verib. Əvəzində, sayt rəhbərliyi tərəfindən idman klubunda jurnalist araşdırması aparıldığını və yalanların üzə çıxdığını eşidib. Məhz həmin gecə eyni e-maillə saytlara göndərilib ki, biz Universitetdə olmuşuq və yazını da güya rüşvət alaraq silmişik. Gündüz saatlarında isə, köhnə yazdıqlarının ictimailəşdirilməsi tələbi ilə saytlara e-maillə daha bir neçə cəhd olunub. Maraqlıdır, bizim universitetdə olduğumuzu yalnız Elçin Cavadov öyrənib və bu barədə Xəqani Umudova lazımsız sualları da o verib. Şübhələrimizə ilkin əsas da burdan başlayıb.

2.   16 martda impulsiv və test məqsədilə xəbər dərc etdik. "GDU-da araqarışdıran dezinformatorlar kimlərdir? - ÖZÜNÜİFŞA - biri zamdekan, biri də kafedra müdiridir” başlıqlı həmin yazı da Elçin Cavadovun əsl iç üzünü açıb. Belə ki, yazı yayımlandıqdan dərhal sonra saytımızla telefon əlaqəsi yaradan Cavadov xəbərin silinməsini xahiş edib. Hansı ki, həmin xəbərdə onun adına rast gəlinmir. Bir düşünün, 2-ci korpusda 16 kafedra müdiri olduğu halda, onlardan yalnız Elçin Cavadov ciddi təşvişə düşüb. Hətta, o bu barədə idman klubunun rəhbəri Xəqani Umudova da üz tutaraq ondan kömək istəyib. Elçin Cavadovu qorxudan ona eyhamla vurğuladığımız bir kafedra müdirini ifşa edəcəyimizin anonsu olmasın!?  

3.   Araşdırdıqca məlum olur ki, müxtəlif saxta e-maillə ünvanlanan məktubların əksəriyyəti Elçin Cavadovu şəxsən tanıyan saytlara göndərilib. Və Elçin Cavadov da təbii ki, onları tanıyır.  Bunu illərlə ardıcıl müşahidə etmək mümkündür. Təsadüfi deyil ki, GDU barədə neqativ bir yazı dərc olunubsa, rektorluq ilk xəbəri həmişə məhz Elçin Cavadovdan alıb. Demək olar, elə bir sayt yoxdur ki, bu kafedra müdirini tanımasın. Bu şəxs hazırda qeyri-rəsmi mətbuat xidməti funksioneridir. Nədənsə özünün mətbuatla rektor arasında formalaşdırdığı barışdırıcı "özəl” funksiyası var. Ara-sıra onun universitet barədə tərifli yazılarına da rast gəlinib. Təbii ki, bu cəhd aldadıcı xarakter daşıyıb və müxtəlif saytlara bu yolla girişə bilib.

4.   Ötən həftənin şənbə və bazar günü saytlarda yayımlanan xoşagəlməz bir yazı da həmin şəxsin beyin məhsuludur. Xəbərə görə, Gəncədə keçirilən iclasda Elmar Vəliyev qəbulda iştirak edən şəxsləri müxtəlif formalarda təhqir edir, şəhər ictimaiyyəti qarşısında İHB-nin müavini Mikayıl Zeynalovu iclasdan qovduğu göstərilir. Detallı təhlilə varmadan bildirək ki, Cavadov bu xəbəri hər gün bir yerdə vaxt keçirdiyi dekan Zakir Zeynalovdan alıb. GDU-da dekan vəzifəsini daşıyan Zakir Zeynalov demək olar ki, hər gün Elçin Cavadovla çayçılarda pıç-pıçla məşğuldur.

5.   İki gün əvvəl GDU-nun 2-ci korpusunda Elçin Cavadovun otağında təşkil edilən "sxodka” da iddiaların əsasını təşkil edir. Qeyri-iş günündə səhərdən axşamacan Elçin Cavadov dekan Zakir Zeynalovla sizcə nəyi müzakirə edib? Və həmin yazı nədənsə məhz bazar günü öz yayımını genişləndirib. Bundan başqa, onu zəyarətə gələnlər də qəribə hərəkətləri ilə diqqət çəkib. Bunu araşdırmaq elə də çətin deyil.

6.   Heç kəsə sirr deyil ki, sabiq rektor Yadigar Əliyevlə dostluğunu gizlətməyən Elçin Cavadov rektor dəyişikliyindən sonra yeni rəhbərliyə yaxınlaşmaq üçün çalışıb. Hələlik adını açıqlamadığımız mənbələr bildirir ki, həmin ərəfələrdə Cavadov Yusifov barədə xoşagəlməz xəbərlərin ictimailəşdirilməsini təşkil edib. Yəni o, inandığı bir neçə jurnalistlə öz fikirləri və yazıları barədə açıq danışıb. Hətta, özünün ötürdüyü faktlardan sonra dəfələrlə müxtəlif jurnalistə universitetdən şirinlik verilməsini təşkil edib. Bir neçə dəfə saytlara ötürülən xəbərlər məhz Yadigar Əliyevin adından daxil olan hansısa müraciətlə eyni günə-eyni saata təsadüf edir. Əgər bu da təsadüfdürsə...

7.   Hələ 2016-cı ilin mayında Universitetin Fizika və Texniki fənlər fakültəsində keçirilən dekanlıq seçkilərini yada salaq. Həmin ərəfədə mətbuat ən çox sabiq dekan İldırım Qasımovu hədəfə almışdı. Təbii ki, yenə adəti üzrə hazır mətn şəkildə aldıqları elektron məktubla.

Nəticədə Elçin Cavadovun yaxını Muğan Quliyev dekan seçildi və sabiq dekanın reputasiyası zədələndi. Əsası odur ki, həmin fakültə dekanı dərhal Elçin Cavadovu yanına kafedra müdiri təyin edib. Prosesdə adıçəkilənin yaxın dostu Elxan İsmayılov da iştirak edib ki, o da hazırda dekan müavinidir. Sizcə bu da bir təsadüfdür?.

8.   Hazırda bütün şübhələri özündən dəf etməyə çalışan Elçin Cavadov Universitetdə müxtəlif adamların adını hallandıraraq "günah keçisi” axtarır. Nə danışdığını bilmir, telefonla müxtəlif sayt rəhbərlərinə zəng edib gündəmi dəyişmək üçün yeni planlar cızır. Məlumata görə, köhnə dostunun məlumatları əsasında Gəncə məktəbləri barədə qalmaqallı materialları da müxtəlif e- maillər yaradaraq məhz Elçin Cavadov göndərib. Bu barədə dərindən araşdırma aparılmalıdır.

9.  Elçin Cavadov saytları hamıdan yaxşı tanıyır və öz problemlərini də məhz saytlar vasitəsilə ictimailəşdirir. Amma nədənsə öz müraciəti də anonimlərdə olduğu kimi, eyni saytın e-maillərinə göndərilir. Bir neçə ay öncə onun Gəncə Sukanal İdarəsi barədə yaydığı şikayətləri buna sübut ola bilər. Mətnlərdə dəst-xətti eyniləşdirmək, bənzətmək də çətin deyil. Bu ağıllı adamın bir az da gülməli-baməzə yazı janrı var.

10. Sonda, hesab edirik ki, hər şey rektorun şəxsi iradəsinə bağlı bir məsələdir. Əgər illərdir cənab Yusifov özü GDU üçün "xətalı məlumat siçanı"nın tapılması, ifşa olunmasını istəməyibsə, bu təhlükəlidir. O qədər təhlükəlidir ki, cəzasızlıq mühitindən yararlanan Elçin Cavadov Gəncə icra başçısının əməllərini də artıq müzakirə edə bilir, saxta e-maillə saytlara atdığı uydurulmuş və şişirdilmiş bilgilər yayılanda isə həzz alır. Burada yaza bilmədiyimiz bir sıra nüansı da özümüzə saxlayırıq. 

Maraqlı şəxsləri yuxarıdakı iddialara biganə yanaşmamağa dəvət edirik.

Osman Nərimanoğlu

Saxta e-maillə olmasa, Elçin Cavadovun da iddialara cavabını dərc etməyə hazırıq!

Demokratik.Az

Xəbər 4829 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13793] initstartout [0.00017] initstartin [0.00089] calstart [0.01109] calend [0.00064] topnewsend [0.00435] rsssend [0.00000] ehgend [0.00853] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11151]