ADAU-nun fakültələrində Novruz şənlikləri başlayıb

  • 16 mart 2018, 10:23

Qışın öz yerini yaza verməyinə sayılı günlər qalıb. Artıq təbiət oyanıb,  baharın ilıq nəfəsi duyulur. Fəsil dəyişməsinin təntənəsi olan, qədim və tarixi köklərə söykənən  Novruz bayramına hazırlıq hər yerdə hiss edilir. İnsan şüuruna hakim kəsilən bayram isə hər il olduğu kimi yenə könül açıqlığı ilə xeyli əvvəldən başlayıb.

ADAU-nun mətbuat xidmətindən "Demokratik.Az"-a verilən xəbərə görə tələbə və müəllimlər bu bayram günlərində baharın atrubutları və şirniyyat xonçaları ilə bəzədilən bayram süfrəsi arxasında  həmişə bir araya gəlib, bir-birilərinə ən səmimi arzularını çatdırıblar. Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin müəllim və tələbələri də bayrama böyük ruh və sevinclə qoşulublar. Musiqi sədaları altında oynayıb, şerlər söyləyib, mahnılar oxuyublar. Fəal tələbələr isə fakültə dekanları tərəfindən fəxri fərmanlarla təltif olunblar.

Şənlik Novruz tonqalı ətrafında şən musiqilərlə davam edib.


Demokratik.Az

 



Oxşar xəbərlər