Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:14 - 23.07.2018  
Türkiyə Öcalanı Amerikadan hansı şərtlərlə alıb?
Tarix: 15-03-2018, 09:41 | Bölmə: ---

Azərbaycanlı ekspertlərdən olayla bağlı maraqlı şərh

Türkiyə Öcalanı Amerikadan hansı şərtlərlə alıb?1999-cu ildə ABŞ Abdullah Öcalanı Türkiyəyə verməklə PKK-ya nəzarəti Suriyadan öz əlinə aldı. Axar.az xəbər verir ki, bunu "Hürriyet” qəzetinə açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ deyib.

"Bunu ilk dəfə deyəcəyəm. ABŞ 1999-cu ildə Abdullah Öcalanı niyə Türkiyəyə verdi? O zamankı baş nazir Bülənt Əcəvitin açıqlamasını xatırlayın. O, "niyə bunu bizə verdiklərini anlaya bilmədim" demişdi. Mən öz fikrimi sizə söyləyəcəm. Öcalan 1979-cu ildə Suriyaya gedir. Orada özünə kürd qruplaşması qurur. Dəməşqdə yaşayanda Öcalan kimin nəzarəti altında idi? Əsəd rejiminin, daha açıq desək, Mühabəratın (Suriya kəşfiyyatı - red.).

Təbii ki, buna Rusiyanın da təsiri olub. Onu Suriyadan çıxardıb Türkiyəyə təslim etdilər. Nəticədə terror təşkilatı Suriyanın nəzarətindən çıxdı və Amerikanın nəzarətinə girdi. ABŞ PKK-ya nəzarəti Qəndil vasitəsilə həyata keçirir. Öcalanın təşkilata təsiri hələ də həbsdən davam edir, amma artıq Suriya faktoru yoxdur. ABŞ-ın Öcalanı Türkiyəyə verməsinin əsas səbəbi məhz təşkilata nəzarət idi. Təbii ki, 1999-cu ildən sonra ABŞ-ın PKK probleminin həllinə böyük önəm verdiyini görürük. Bu da Öcalanın Türkiyəyə verilməsinin ikinci səbəbidir. Abdullah Öcalanı həbsxanaya yerləşdirməklə PKK problemini həll etmək mümkün deyil", - deyə o bildirib.

İ.Başbuğun bu açıqlamaları ciddi müzakirələrə səbəb olub. Türkiyə ordusunun Afrinin 2 kilometrliyinə qədər irəlilədiyi bir gündə onun bu cür açıqlamalar verməsi ilə bağlı mövqelər birmənalı deyil. Başbuğun fikirlərində həqiqət payının çox olduğunu deyənlər də var, bunun əksini düşünənlər də.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında Amerikanın heç bir dövlətə təmənnasız dəstək vermədiyini söylədi: "Başbuğun sözlərində həqiqət də var, razılaşmadığım məqamlar da. Razıyam ki, Amerika təmənnasız heç bir dövlətə dəstək vermir, hər zaman qarşılığını istəyir. Bu siyasətin və elə həyatın da əsas qanunudur. Mümkündür ki, Amerika 1999-cu ildə PKK liderini Türkiyə kəşfiyyatına təslim etməklə qarşılığında Ankaradan nəsə istəyib. Ancaq mən hesab etmirəm ki, bu qarşılıq məhz PKK-ya nəzarət olub. Amerikanın PKK-ya nəzarət etməsi üçün Türkiyədən icazə almasına ehtiyacı yox idi.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özbaşına da edə bilərdi. Ancaq sual yaranır: PKK-nın indiki idarəçiləri bilə-bilə ki, liderlərini Amerika Türkiyəyə təslim edib, nədən həmin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa üstünlük verdilər? Belə çıxıb ki, terrorçular həm öz liderlərini satıblar, həm də marksist ideologiyadan birdəfəlik uzaqlaşaraq düşmən kapitalistlərlə dostlaşmağa qərar veriblər. Başbuğun bir başqa fikrinə də şərikəm. Bəli, Amerikanın Suriyada kürd terrorçulara verdiyini dəstəyin əsas hədəfi Türkiyə deyil, İrandır. Amerika elə etmək istəyir ki, İran Suriya üzərindən Yaxın Şərqdəki dost qruplaşmalara pul və silah göndərə bilməsin. Ona görə də Amerika istəyirdi ki, Suriyanın kürd ərazilərinə nəzarət etsin. Ancaq ABŞ bunu edərkən Türkiyənin maraqlarını nəzərə almadı. Çünki kürd silahlı qruplaşmalar faktiki terrorçudurlar və İrandan əvvəl Türkiyəni təhdid edirlər. Türkiyə Amerikanın kürd terrorçularına artan dəstəyinə seyrçı qalıb Suriya ilə sərhədinin əldən getməsinə seyrçi qala bilməzdi. Amerikalı strateqlər bunu nəzərdən qaçırmışdılar. Ona görə də indi Türkiyə Amerikanın planlarını alt-üst edərək PKK/PYD/YPG üçlüyünü zəiflədir, sərhəddən uzaqlaşdırır. Amerikanın səhvi onda idi ki, Vaşinqton bölgədə İran amilini zəiflətmək istəyirdisə, Türkiyəni qarşısına yox, yanına almalı və kürd terrorçularına dəstək verməməli idi”.

Türkiyə Öcalanı Amerikadan hansı şərtlərlə alıb?

Siyasi şərhçi Əhəd Məmmədli Başbuğun daha çox bir fikri ilə razıdır: "Bu Başbuğun subyektiv fikridir. Yəni heç bir fakta əsaslanmayan bir mülahizədir. Amma onu da qeyd edək ki, Başbuğ mövqeyinə, keçmişinə görə informasiyalı adamdır. Subyektiv fikrini belə hansısa informasiyaya dayanıb söyləyə bilər, təbii ki, informasiya mənbəyini açıqlamamaq şərti ilə. Başbuğun bu fikrinin bir nüansı ilə tamamilə razıyam, Öcalanı həbs etməklə PKK problemi həll edilməz. Öcalan gərək həbs ediləndə öldürülməli idi. Necə ki, Bin Laden öldürüldü. ABŞ-ın maraqlarına cavab verilməsəydi, Öcalan Türkiyəyə təhvil verilməzdi. Ona görə Öcalan Türkiyəyə təhvil verilməklə PKK tamamilə Amerikanın nəzarətinə keçdi sözlərində həqiqət var. İllər keçdi, gedişat onu göstərdi ki, PKK tam Amerikanın nəzarətindədir. Fikrimcə, PKK-nın ABŞ-ın tam nəzarətinə keçməsi SSRİ-nin dağılması ilə başlandı. Afrin əməliyyatının başa çatdığı vaxtda Tillersonun istefası, yerinə anti-Türkiyə mövqeli Pompeunun təyin edilməsi zamanında Türkiyə ABŞ-a bu mesajı verə bilər ki, Öcalanın həbsi zamanı hansı razılıqlar əldə edilib, bu razılaşmanı davam etməsəniz, biz anlaşmanı pozacağıq və bununla PKK ”kartı"nı sizinlə yox Rusiya ilə oynayacağıq. Fikir verin, Başbuğ açıqlamasında "Rusiyadan fərqli Amerikanın Suriyada strategiyası yoxdur” söylədi. Bu Başbuğun dili ilə Türkiyənin Amerikaya önəmli mesajı idi. Həqiqətən ABŞ dövlət qurumları içində bir koordinasiyasızlıq müşahidə edilir. Ən azı, Afrini ABŞ Türkiyəyə uduzdu, bunu hamı gördü, o cümlədən PKK da. Növbə Menbicindir. Vaxtilə Öcalanı Türkiyəyə təhvil verməklə, ABŞ PKK-nı Suriyanın, o cümlədən, Rusiyanın nəzarətindən alsa da, həyatın ironiyası elə gətirdi ki, indiki günlərimizdə, PKK-nın taleyi Suriyada Türkiyə və ABŞ arasında həll edilir".

"Demokratik.Az"

Xəbər 1898 dəfə oxunub






Oxşar xəbərlər

"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12205] initstartout [0.00014] initstartin [0.00060] calstart [0.00808] calend [0.00043] topnewsend [0.00283] rsssend [0.00000] ehgend [0.02003] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08938]