Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:42 - 22.10.2018  
İlham Rəhimov haqqında yayılan iddialara cavab verdi
Tarix: 14-03-2018, 21:11 | Bölmə: ---

Professor İ. Rəhimov: "Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırırıq, Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq”

Rusiyanın RBK.ru internet portalı azərbaycanlı iş adamı, hüquq professoru İlham Rəhimovun "Kiyevskaya ploşad” Qrupuna daxil olan 6 şirkətin səhmdarları sırasından çıxması haqqında informasiya yayıb. Xəbərdə bildirilir ki, professor İlham Rəhimov artıq "Ukraina” hotelinin, "Sadovod” bazarının, "Kaşirkada avtomobil ticarəti mərkəzi”nin, "Qrand” və "Qrand-2” mebel ticarəti mərkəzlərinin səhmdarı deyil. Bundan başqa iş adamı "Kiyevskaya ploşad”, "Kiyevskaya ploşad 1” və "Avers 3” satış sənaye şirkətinin təsisçiliyindən də ayrılıb.

Xəbər Azərbaycan mediasında da yer alıb. Rusiya portalında yayılan faktları yerli media professor İlham Rəhimovun Rusiyanı birdəfəlik tərk etməsi kimi qələmə verib. İş adamı Musavat.com-a açıqlamasında Azərbaycan mediasında yayılan iddiaları cavablandırıb: "Azərbaycanda biznesim olmadığı üçün burada prosesin necə tənzimləndiyindən xəbərsizəm, ancaq Rusiyanın vergi sistemində investorlarla bağlı informasiyalar açıqdır. Deklorasiyalar təqdim olunur və onlar əsasında vahid baza formalaşdırılır. Hansı iş adamı hansı şirkətdə nə qədər pay sahibidirsə, bu, ictimaiyyətdən gizlədilmir. Alqı-satqı prosesi də şəffafdır. Media səhmlərin alış-satış tendensiyalarını rahat izləyə bilir. Ona görə də Rusiya mediasında bu dəyişikliklərlə bağlı informasiyanın yer alması normal qarşılanmalıdır. Anormal olan Azərbaycan mediasının bu məsələdən "uzaqgörən” nəticələr çıxarmasıdır. Jurnalistlərin hər hansı məqaləyə səs-küy yaradan, faktı qabardan başlıqlar qoymasını anlayışla qarşılamaq olar. Bir daha vurğulayıram – faktı qabardan. Təxəyyül məhsulunu yox. Mənim Rusiyanı tərk etməyə hazırlaşdığımı yazmaq sağlam düşüncənin məhsulu deyil. Bəzi saytların mənə qarşı davamlı qərəzini, qısqanclığını anlamıram. Yazıblar, ona görə də məcburam həqiqəti söyləməklə onları bir az pərişan edim. Nə iddialarımı, nə planlarımı gizlədən insan deyiləm.

Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırmırıq. Biz Rusiyadan, konkret Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq. Belə bir fikrimiz də yoxdur. Sözümüz var – heç birimiz Moskvadan kənarda heç yerdə iş qurmayacağıq. Hazırda Moskvada 3 nəhəng layihəmiz həyata keçirilir. Birincisi, Moskvada Olimpiya Mərkəzi almışıq, prezident seçkisindən sonra oraya nəhəng investisiya yatırmağı düşünürük. Bundan başqa, Moskvanın mərkəzində nəhəng avtovağzal kompleksi inşa edirik. İndiyə qədər Rusiya paytaxtında belə iri həcmli avtovağzal olmayıb. Üçüncüsü isə yaxın zamanlarda sahib olduğumuz Food City-nin şəhərin mərkəzində filialını açmağa hazırlaşırıq. Çox güman, bu məkan da seçkidən qısa müddət sonra açılacaq. Göründüyü kimi, biz Moskvanı tərk etməyə yox, orada biznesimizi daha da genişləndirməyə hazırlaşırıq”.

"Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir”

Yerli media İlham Rəhimovun Rusiyanı tərk etməsini 6 şirkətdə sahib olduğu səhmləri Araz Mehdiyev adlı iş adamına satması ilə "əsaslandırıb”. Professor Rəhimov bu məsələnin "elmi sirrini” də açır:"Araz Mehdiyev mənim böyük kürəkənimdir. Gerçəkdən də adı çəkilən 6 obyektin 5-də mənim hissə payım 15, birində 12 faizdir. Onların hamısının idarəçiliyini Araz Mehdiyevə həvalə etmişəm. Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm. Məqalədə Nəriman Ramazanovun adı çəkilir ki, onun ümumiyyətlə bizim Rusiyadakı biznesimizə aidiyyatı yoxdur. O, Bakı ofisimizdə hüquqşünasdır”.

Məqalədə biznes ortaqları Qod Nisanovla Zarah İliyevin ABŞ-ın Rusiya iş adamlarına tətbiq etdiyi qadağa siyahısına salınmasına baxmayaraq professor Rəhimovun adının orada olmamasına da toxunulub. İş adamı bildirir ki, bu, onun Azərbaycan vətəndaşı olması ilə bağlıdır: "Bəllidir ki, ABŞ-ın qadağası Rusiya vətəndaşları olan iş adamlarına aiddir. Qod Nisanov və Zarah İliyin Rusiya vətəndaşlarıdır. Mən Azərbaycan vətəndaşı olduğum üçün həmin siyahıda yoxam”.

RBC.ru iş adamını varidatı ilə bağlı hissədə "Forbs” jurnalının 2014-cü ildəki rəqəmlərinə yer ayırıb. Həmin bilgiyə görə, İlham Rəhimovun əmlakı 500 milyon dollar göstərilib. Professor Rəhimov ən yeni rəqəmləri Musavat.com-a açıqlayıb: "Göründüyü kimi, bu informasiya 4 il öncənindir. Dəqiq rəqəm səsləndirməkdə çətinlik çəkirəm, ancaq onu deyə bilərəm ki, 4 ildə bu rəqəm bir neçə dəfə böyüyüb”.

Demokratik.Az

Xəbər 2275 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11207] initstartout [0.00016] initstartin [0.00061] calstart [0.00861] calend [0.00047] topnewsend [0.00296] rsssend [0.00000] ehgend [0.00562] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09309]