Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:42 - 21.09.2018  
Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə.. – Müəmma
Tarix: 14-03-2018, 10:09 | Bölmə: ---

Məktəb direktoru və direktor müavini tərəfindən məktəbli formasının üzərindən jilet geyinmədiyinə görə döyüldüyü iddia edilən 9-cu sinif şagirdinin işi prokurorluğa göndərilib.

Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə.. – Müəmma28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döyməsini Sabunçu rayon 14-cü Polis Bölməsi əməkdaşları araşdırıb. Şagirdin məktəbə polis nəzarəti altında gedib-gəlməsi hələ də davam edir.

Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadə Axar.az-a bildirib ki, 9-cu sinif şagirdi Rauf Oruclunun döyülmə faktı uşaqların bildirdiyinə əsasən, təsdiqini tapıb. Faktla bağlı ekspertiza təyin edilib. Ə.Əlizadənin sözlərinə görə, ekspertizanın nəticəsi var və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilib.

Tədqiqatçı əlavə edib ki, məsələ yetkinlik yaşına çatmayanlarla bağlı olduğuna görə prokurorluqda araşdırılır və bu barədə əlavə məlumat vermək ixtiyarı yoxdur.

Məsələ ilə bağlı Axar.Az-a məlumat verən döyülən şagirdin atası Nahid Orucovun sözlərinə görə, oğlu hələ də məktəbə polis nəzarəti ilə gedib gəlir. Ata iddia edib ki, oğlu heç bir nizam-intizam qaydalarını pozmayıb:

"Mənim oğlum məktəbli forması kimi jilet geyinmədiyinə görə döyülüb. Bunu məktəbin uşaqları da təsdiqləyib. Polis əməkdaşları da oğlumu nəzarət altında saxlayır, onların köməyi ilə məktəbə gedib-gəlir. Polis oğlumu məktəbin direktoru və onun müavinindən qoruyur. Məktəb uşaqları da təsdiq ediblər ki, direktor oğlumu jilet geyinmədiyinə görə döyüb”.

Direktor tərəfindən döyüldüyü deyilən şagird R.Orucovun atası bildirib ki, problemi ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edib. Lakin hələlik heç bir cavab almayıb.

Sözügedən məktəbdən isə bildirilib ki, polis bölməsində bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb və ekspertiza olmayıb. Məktəb rəhbərliyinin açıqlamasına əsasən, 22 saylı məktəbin rəhbərliyi Sabunçu rayonu 14-cü Polis Bölməsinin rəisi ilə əlaqə saxlayıb və tədqiqatçı Əşrəf Əlizadə tərəfindən belə məlumatın verilmədiyi bildirilib:

"14-cü Polis Bölməsində bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb və ekspertiza olmayıb. Odur ki, bu kimi yanlış məlumatların yayılması məsələnin əsil mahiyyətinin təhrif olunması və təhsil müəssisəsinin nüfuzuna xələl gətirmək məqsədlərinə xidmət edir”. (Əşrəf Əlizadənin səs yazısı var – red.)

Məktəb rəhbərliyi bildirib ki, məktəb haqqında bu kimi böhtan xarakterli məlumat yayılarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə müvafiq qaydada müraciət olunacaq.

Bakı Şəhər Təhsil İdarəsindən isə mövzu il əlaqədar Axar.Az-a bildirilib ki, məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb:

"22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin IX sinif şagirdinin davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunduğu, məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən dəfələrlə tənbeh olunub.

Həmin şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını - ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub. İnspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib.

Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır”.

İdarədən bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Təhsil İdarəsi KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almağı xahiş edib.

Demokratik.Az

Xəbər 1935 dəfə oxunub






Oxşar xəbərlər

Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15662] initstartout [0.00017] initstartin [0.00081] calstart [0.01386] calend [0.00061] topnewsend [0.00530] rsssend [0.00000] ehgend [0.00808] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12709]