Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:34 - 23.07.2018  
Eldar Mahmudov niyə həbs edilmir? - bilinməyən səbəbləri...
Tarix: 14-03-2018, 08:52 | Bölmə: ---

Sülhəddin Əkbər: "Sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur”

Eldar Mahmudov niyə həbs edilmir? - bilinməyən səbəbləri...2015-ci ilin oktyabr ayının 17-də vəzifədən çıxarılan, "MTN işi” üzrə ötən il istintaqa çağırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı müəmma davam edir. Onun ətrafında çoxsaylı həbslər olub,  komanda üzvlərinə az qala Cinayət Məcəlləsinin bütün bölümlərinə aid müxtəlif maddələrlə ittiham verib məhkəmə qarşısına çıxarıblar. Ən son həbs edilən sabiq nazirin köməkçisi işləmiş əmisi oğlu Vüqar Mahmudov oldu. Ona qədər istintaqçılarla Eldar Mahmudovun komandasının 20-dən çox yüksək çinli zabiti üz-üzə qalmışdı.

Ən müxtəlif vəzifə cinayətləri ilə bağlı ittiham edilən həmin MTN-çilərin bir çoxu haqda artıq məhkəmələrin hökmləri də var.  2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs ediləndən sonra ona qarşı da Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürüldü. Ötən ilin sonlarına təsadüf edən həbsdən sonra belə xəbərlər dolaşırdı ki, tezliklə sabiq naziri də həbs edəcəklər. Hərçənd ki, bu qəbildən olan xəbərlərə artıq inananlar çox azdır...

Ləğv edilmiş MTN-də 2015-ci ildə gerçəkləşdirilən əməliyyatdan Eldar Mahmudov əli qandalsız çıxa bilib.  Onun komanda üzvlərinin həbsindən sonra istintaqın, məhkəmənin aparılması qaydaları haqda təfərrüatlar meydana çıxdıqca beyinlərə belə təəssürat hakim kəsilib ki, sabiq nazir toxunulmazdır. Hazırda isə bu düşüncənin möhkəmlənməsinə rəvac verən məlumat da ortalıqdadır. Eldar Mahmudov söhbət mövzusu olanda tez-tez "bütün dünyada xüsusi xidmət orqanlarının rəhbərlərini həbs etmirlər” fikri eşidilməkdədir. Yəni bütün dünyada həbs etmirlərsə, Azərbaycanda da etməyəcəklər. Amma Azərbaycanda milli təhlükəsizlik nazirinin həbsdə olması təcrübəsi var. 1993-cü il iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Daha sonra isə əfv fərmanı ilə azadlığa buraxılıb.

Bu baxımdan Eldar Mahmudova münasibətdə fərqli münasibət göstərilməsi suallar doğurur...

Eldar Mahmudov niyə həbs edilmir? - bilinməyən səbəbləri...

Məsələ Eldar Mahmudovun şəxsinə bağlıdır, yoxsa həqiqətən də təhlükəsizlik şeflərinin həbs edilməməsi barədə formalaşan qənaətlər doğrudur?

Azərbaycanın milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər deyir ki, müxtəlif dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbəri olmuş şəxslərlə digər vətəndaşlar arasında elə də fərq yoxdur: "Hər bir dövlətdə təhlükəsizlik orqanı rəhbəri kreslosunda əyləşmiş vəzifə sahibi ilə sıravi vətəndaş qanun qarşısında bərabərdirlər. Təhlükəsizlik orqanlarının rəhbərlərinin həbs edilməməsi ilə bağlı deyilənlərin ciddi əsasları yoxdur. Amma belə orqanların rəhbəri olmuş şəxslər bir qayda olaraq siyasi hakimiyyətə çox yaxın, etibarlı adamlar olurlar. Eyni zamanda dövlət üçün çox məlumatlı adamlar olurlar. Vəzifələrinin verdiyi imkanlardan dolayı qiymətli informasiya daşıyıcılarına çevrilirlər. O adamların özləri də həddən artıq diqqətli və ehtiyatlı olurlar. Bu səbəbdən də belə bir postda olmuş şəxslərin həbsinə çox az rast gəlinir. Amma bu o demək deyil ki,  bu adamların hüquqi cəhətdən bir immuniteti var, həbs edilə bilməzlər. Onlar da qanun qarşısında adi vətəndaşdırlar”.

Sülhəddin Əkbər deyir ki, sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur: "Hamıya bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi hərbi təşkilat olub. Orada bütün hərəkətlər, fəaliyyətlər, informasiya axınının təmini, sistemləşdirilməsi, analizi, qiymətləndirilməsi, daxil olan çoxsaylı məlumatların işlənərək informasiya halına gətirilməsi, müvafiq təkliflərin hazırlanması bütünlüklə sistem halında hərbi əmrlərlə, hərbi nizam-intizam içində yerinə yetirilib. Ona görə də hər hansı bir işin MTN daxilində gizli şəkildə gerçəkləşməsi uzun müddət davam edə bilməzdi. Orada böyük miqyaslı cinayətlər baş versin və bundan hərbi təşkilat şefinin məlumatı olmasın, bu, qeyri-mümkündür. Bu gün müşahidə edilən prosesin başqa səbəbləri var və prosesin nə ilə nəticələnəcəyi də bilinmir. Həbs edə də bilərlər”.

Yada salaq ki, ötən ilin noyabrında Vüqar Mahmudovun gözlənilmədən həbs olundu. Bunun ardınca isə sabiq naziri ilk dəfə olaraq istintaqa çağırdılar. Bu əlbəttə ki, səbəbsiz deyildi. Bilinirdi ki, Eldar Mahmudovun əmisi oğlunun ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması sıradan qərar deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst qatından verilməlidir. Belə bir qərar verilmişdisə, E.Mahmudovun indiyədək həbs edilməməsinin də ciddi səbəbləri olmalıdır. Bu haqda indiyə qədər bir neçə versiya səslənib. Əsas versiya kimi sabiq nazirin Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən çıxardıqları külli miqdarda vəsaiti qaytarmağa söz verməsi qeyd edilir. Digər bir versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlıdır. Sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxara bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun./mənbə -Yeni Müsavat”/

Demokratik.Az

Xəbər 3137 dəfə oxunub






Oxşar xəbərlər

İstanbulda "əsrin qarəti"
İsrailin baş naziri korrupsiya ilə bağlı yenidən dindiriləcək
Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb
Sözlə keçən, sözdən keçən ömür - Rauf Arifoğlu 52
"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21594] initstartout [0.00017] initstartin [0.00091] calstart [0.03233] calend [0.00067] topnewsend [0.00415] rsssend [0.00000] ehgend [0.04504] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13194]