Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:47 - 21.06.2018  
Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb
Tarix: 12-03-2018, 19:15 | Bölmə: ---

Hacı Qalib Seymur Quliyevi daşa basıb; əmlakını Allahşükür Paşazadənin qızının adına keçirib...
Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb"Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə mənim vətəndaş olaraq mülkümü zəbt etməklə sübut etdi ki, Azərbaycan Konstitusiyasını saymır. Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarımızı ayaqları altına atıb tapdayır. Hazırda Qalib Salahzadə deputat deyil. Amma qanunsuz əməllərini davam etdirməkdədir. 7 ildir ki, polisdə, prokurorluqda, məhkəmələrdəyik. İstəyirik ki, ölkə rəhbərliyi bu məsələyə əncam çəksin, bizim mülkiyyət hüququmuz bərpa olunsun”. 
Bunu "Yeni Müsavat”ın redaksiyasına gələn Seymur Quliyev deyir.
 
"Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi”
Onun sözlərinə görə, 2004-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev 2 ünvanındakı 25 sot torpaq sahəsində yerləşən mülkü notarial qaydada alqı-satqı müqaviləsi ilə alıb: "Mülkiyyətimizdə olan torpaq sahəsi 1997-ci ilə qədər ”Zəfəran" sovxozunun ərazisi olub. Həmin ildə Sabunçu Rayon İcra Hakimiyyəti başcısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə torpaq sahəsi əkinə yararsız sahə kimi Minəvvər Qəni qızı Əliyevaya fərdi yaşayış evi tikdirmək üçün ayrılıb. 2000-ci ildə isə alqı-satqı müqaviləsi ilə ev Nazim Sultan oğlu Babazadəyə satılıb. 2004-cü ildə Nazim Babazadə həmin torpağı alqı-satqı müqaviləsi ilə mənə satdı. Bundan sonra qardaşımla bərabər həmin torpaq sahəsində 2 və 3 mərtəbəli 2 ev tikdirdik. Meyvə ağacları əkdik, su quyusuna əl gəzdirdik, hovuz inşa etdirdik. İlin çox vaxtını orda yaşayırdıq. 2011-ci ilin axırlarında 14-cü polis bölməsindən zəng gəldi ki, guya mən Bilgəh bələdiyyəsinin Rəhilə Salahzadəyə satdığı torpağı zəbt etmişəm. Dedilər ki, polisə bələdiyyədən torpağın zəbt edilməsi ilə bağlı sənədlər də təqdim olunub. Xaricdə olduğum üçün bu işi araşdırmağı vəkilimə həvalə etdim. Məlum oldu ki, bu işlərin arxasında o dövrdə Milli Məclisin deputatı olan Qalib Salahzadə dayanır. Rəhilə Salahzadə də Qalib Salahzadənin qardaşının həyat yoldaşıdır. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi. Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Məsələni vəkilim araşdırdı. Dövlət qurumlarına sorğu verdi. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə sorğuya cavab verdi ki, mülkiyyətimdəki torpaq bələdiyyə torpağı deyil və polisə təqdim edilən alqı-satqı qeydə alınmayıb. Yəni Qalib Salahzadənin polisə rəsmi sənəd kimi təqdim etdiyi müqavilənin saxta olduğu ortaya çıxdı. Həmin sənədlərin içinə 2003-cü ilə aid qəbz də vardı. Vəkil həmin qəbzlə bağlı da araşdırma apardı. Qəbzin çap edildiyi mətbəədən vəkilimin verdiyi sorğuya cavab gəldi ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi?"
"İnşaat Servisez”dən dedilər ki, bizə haram mal lazım deyil, amma..."
Seymur Quliyev deyir ki, Qalib Salahzadənin saxtakarlığını ortaya qoyduqdan sonra o, sakitləşməyib: "Bundan sonra Bakı Şəhəri İcra Hakimiyyəti mənim və qonşumun mülkiyyətimizdə olan torpağı qanunsuz olaraq ”İnşaat Servisez" tikinti şirkətinə verdi. Bunu biləndən sonra "İnşaat Servisez” tikinti şirkətinin rəsmiləri ilə görüşdüm. Dedilər ki, bizə haram mal lazım deyil və sərəncamın ləğv olunmasına etiraz etmirik. Gedin verin məhkəməyə, biz torpağın sizə aid hissəsindən imtina edəcəyik. Sonradan "İnşaat Servisez” təqdim etdiyi sənəddə torpağın bizə aid hissəsindən imtina etdi. Həmin məhkəmə dövründə Qalib Salahzadə deputat idi, səlahiyyətlərindən istifadə etməklə məhkəmələrə təzyiq edirdi. Buna baxmayaraq, məhkəmə ədalətli qərar çıxardı. Məhkəmənin qərarından sonra torpağımız çıxarışla Hacı Qalibin gəlini Xatirə Allahşükür qızına satıldı".
"Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər ey mənə?”
Seymur Quliyev deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə qaydasında qanunsuz olması təsdiqlənən sərəncamından sonra mülkiyyətində olan 2 mərtəbəli və 3 mərtəbəli evləri sökülüb, əşyaları oğurlanıb: "Bu həmin vaxt baş verdi ki, məhkəmə gedirdi. Məhkəmə qərar da vermişdi ki, söküntü işləri dayansın. 2012-ci ilin aprel ayı idi. Evimə gələndə gördüm ki, qonşumun həyətində söküntü işləri gedir və qonşu ilə bizim aramızda daş hasar tikilir. Qonşum xaricdə yaşayır, qonşumla aramızda heç vaxt daş hasar olmayıb, taxtadan balaca çəpər var idi. Bütün bu tikinti işlərinə rəhbərlik edən Hacı Qalib Salahzadə idi. Ona dedim ki, sənin nə ixtiyarın var burda bu işləri görürsən, dedi ki, bura mənimdi. Mən onunla mübahisə etdim. Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər mənə? Sonra məlum oldu ki, qonşumun xaricdə yaşamağından istifadə edərək, Qalib Salahzadə onun torpağını saxta sənədlərlə öz rəhmətə getmiş nənəsinin adına yazdırıb. Bu söhbətdən sonra mən xaricə getdim. Mənə zəng edib dedilər ki, Qalib Salahzadə hasarımı və 3 mərtəbəli evimin damını sökməyə başlayıb. Vəkilim məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, bu torpaq sahəsi heç vaxt Bilgəh Bələdiyyəsinin ərazisi olmayıb və Rəhilə Salahzadəyə satmaq hüququna malik olmayıb. 27.04.2012-ci məhkəmə söküntü işlərinin dayanmasına və qapıların açılmasına qərardad verdi. Məhkəmə icraçılarının iştirakı ilə qapılarımızı açıb bizi mülkümüzə daxil etdilər. Səhəri Qalib Salahzadə başının dəstəsi və Bilgəh Bələdiyyəsinin iştirakı ilə zor gücü ilə bizi öz mülkümüzdən çıxardı. Qalib Salahzadə məhkəmənin qərarına əhəmiyyət vermədi. Mənə məxsus 2 mərtəbəli evi Bilgəh Bələdiyyəsinin sədri ilə 18.07.2012-ci il tarixində bələdiyyənin texnikası ilə yerlə yeksan etdirdi”. 
"Fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir” 
Seymur Quliyev deyir ki, ona vurulan maddi və mənəvi ziyanın həcmi olduqca böyükdür: "Müstəqil ”Azəri-Audit" auditor firmasının 1 mart 2012-ci il tarixli qiymətləndirmə aktına görə təkcə bağ sahəmdə apardığım tikinti işləri 2 milyon 500 min manat dəyərləndirilib. Evlərin sökülməsini və əşyaların talan edilməsini əks etdirən videoyazının təqdim edilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları bu günədək cinayətkarları məsuliyyətə cəlb etməyiblər. Həmin dövrdə mülkümün dağıdılması ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində 1200500219 saylı cinayət işi başlanıb. Şahidlər dindirilib, söküntü işləri aparan fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir. Uzun sürən, təzyiq altında keçən məhkəmə proseslərinin nəticəsi də (4 Ali Məhkəmə, 2 Konstitusiya Məhkəməsi) bir daha Qalib Salahzadənin bu işlərdə günahkar olduğunu göstərdi. Bu məsələ ilə bağlı mən baş prokuror Zakir Qaralovun qəbulunda olmuşam. Bundan sonra müvafiq faktla bağlı cinayət işi başlanıb və bu günə qədər sona çatdırılmayıb. Uzun sürən məhkəmələrdən sonra 2016-cı ildə mülkiyyətimə cıxarış aldım. Lakin məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, yenə də Qalib Salahzadə öz qohumluq imkanlarından və bir sıra hörmətli şəxslərin adından istifadə edərək mənim hüquqlarımı pozmaqda davam edir. Qalib Salahzadə əmlakımı zəbt edib. O, mənim ərazimə gedən yolu tam bağlayıb. Görünür o, mənim əmlakımı sökməsinə və talan etməsinə görə cəzasız qaldığından ruhlanaraq qanunsuz hərəkətlərini davam etdirməkdədir".
"Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb”.
S.Quliyev deyir ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da məhkəmələr boyu Qalib Salahzadəni müdafiə edib: "Onu Hacıbala Abutalıbov nə marağı vardı ki, müdafiə edirdi, bu gün də bizim üçün qaranlıqdır. Saxta sənəd məsələsini də bu günə qədər araşdırıb sona çatdıran yoxdur. Hacı Qalib Salahzadənin saxtakarlığını üzə çıxarmaq istəmirlər. Hacı Qalib də bizim torpaqdan əl çəkmir. Qardaşı arvadının adından istifadə etdi, gördü ki, torpağı zəbt edə bilmir. Bu dəfə də gəlinini qabağa verib. Torpağımızı bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin qızı Xatirə Salahzadəninadına verilmiş çıxarışla ələ keçirmək istədi. Bu dəfə də məhkəmələr ədalətli qərar çıxardılar. Ən maraqlısı odur ki, Hacıbala Abutalıbov həmin qanunsuz çıxarışın ləğvi ilə bağlı iddiamız məhkəmələrdə olduğu dövrdə qarşı tərəfi müdafiə edirdi. Ali Məhkəməyə qədər Hacıbala Abutalıbov Hacı Qalibin gəlinini müdafiə etdi. Görəsən bunların marağı nədir? Qalib Salahzadə öz qara əməllərinə bu dövlət orqanlarına necə cəlb eləyib? 2017-ci ildə qanunsuz sərəncamların ləğvi ilə bağlı uzun sürən məhkəmələrdən sonra ”İnşaat Servisez"in və Xatirə Allahşükür qızına verilən çıxarışlar ləğv olundu. Məhkəmə yolu ilə mülkiyyətimə yeni çıxarış aldım. Lakin bu günə qədər mülkiyyətimə gedib-gələ bilmirəm. Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb. Dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüb məsələni ona izah etmişəm. Adil Vəliyev yola qanunsuz qoyulan darvazanın açılacağına söz verdi. Sabunçu Rayon İcra Hakimiyyətindən sorğuma cavab verirlər ki, məhkəməyə müraciət edin. Amma məhkəməyə kimi verməli olduğumu göstərmirlər. Sorğularda həmin darvazanı kimin və hansı əsasla dövlət yoluna qoyub bağlanmasına aydınlıq gətirilməsini istəyirəm. Lakin sorğudakı suala konkret cavab verilmir. Yazırlar ki, torpaqdan "Şəbəkə” restoranının sahibi tərəfindən dayanacaq kimi istifadə olunur və torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsi haqda müqavilə icra hakimiyyətinin arxivində yoxdur. Bu cavabla Sabunçu Rayon İcra Hakimiyyəti "Şəbəkə” restoranının qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyir. Bunu isə araşdıran yoxdur".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbər 1207 dəfə oxunub






Oxşar xəbərlər

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09707] initstartout [0.00015] initstartin [0.00058] calstart [0.00727] calend [0.00040] topnewsend [0.00320] rsssend [0.00000] ehgend [0.00537] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07961]