Əfqanıstanda neft tankeri partlayıb: ölənlər var

  • 06 mart 2018, 11:26

Əfqanıstanın şərqində, Kabil çayında neft tankeri partlayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Yerli "Pajvak" agentliyi partlayışın səhər saatlarında Cəlalabad şəhərinin yaxınlığında baş verdiyini yazır. Partlayış və yanğın zamanı ətrafdakı 40 mağazanı da alov bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər