İki nazir hədəf ola bilər? - Dispanser vəhşəti!

  • 05 mart 2018, 21:39

Ölkə martın 2-də dəhşətli yanğın xəbəri ilə oyandı. Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda baş verən hadisə 25 nəfərin canını aldı.

Yanğın zamanı ölənlər dispanserdə müalicə alanlar olub. Hadisənin bütün detalları və təfsilatı açıqlanıb.

Bu olayda əsas diqqət iki nazirə yönəlib. Sosial şəbəkələrdə ən çox fövqəladə hallar naziri Kamaləddin Heydərova, sonra səhiyyə naziri Oqtay Şirəliyevə suallar verilir.

Belə ki, yanğın sübh 06.10-da başlayıb. FHİN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Nazirlik rəsmi məlumat yayır ki, operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Bu necə operativ tədbir görməkdir ki, 3 saata yanğın söndürülüb və 25 nəfər tələf olub?

Əlbəttə, itkin alpinistlərlə bağlı uğursuz axtarışlardan sonra bu hadisə FHN-nin növbəti dəfə qeyri-peşəkarlığını aktuallaşdırdı.

Üç saata söndürülə yanğına və 25 nəfərin öldüyü faciəvi hadisəyə operativ şəkildə xilasetmə adını vermək ən azından rüsvayçılıqdır.

İkinci sual isə səhiyyə nazirinə yönəlikdir. Dispanserin binası, qarşısındakı yolun vəziyyəti, şəraitsiz bir korpusun olması dövlət tərəfindən ayrılan maliyyənin hara xərclənməsini ortalığa qoyur.

Dəfələrlə yazılır, problemlər göstərilir, di gəl məmurlar qulaqardı edirlər. Buyurun, dispanser bərbad vəziyyətdə, FHN isə yanğını "operativ” olaraq 3 saata söndürə bilir.

Və bu olay K.Heydərovla O.Şirəliyevi diqqət mərkəzinə gətirir. Hər halda tənqidlər onlara yönəlməkdədir.

Onu da deyək ki, yanğın söndürüləndən az sonra Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.

Prezidentlə yanaşı hadisə yerində daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, baş prokurorun müavini Rüstəm Usubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da olublar.

Prezident İlham Əliyev yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.

Prezident Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, məmurların laqeydliyi, özbaşınalıqları, dövlət vəsaitinin talan olunması müxtəlif sahələrdə öz fəsadlarını verməkdədir. Dövlət başçısı dəfələrlə vurğulayır ki, məmurlar vətəndaşlara xidmət etməlidirlər.

Ancaq göründüyü kimi, narkomaniyadan əziyyət çəkənlərin müalicə aldığı dispaner hansı vəziyyətdədir.

Digər tərəfdən, əgər 25 nəfər öldükdən sonra FHN yanğını üç saata söndürürsə, bu nazirlik nəyə lazımdır, büdcədən ayrılan pullar hansı effektiv işləri görməyə yönəldilir?

"Respublika Narkoloji Mərkəzində yanğın binanın daxilindəki elektrik xətlərində olan problem nəticəsində baş verib”.

Bu barədə "Report”a "Azərişıq” ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, "Azərişıq” sayğaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır:

"Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra yanğının dəqiq səbəbi bilinəcək”.

"Öz adımdan və Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Bu faciəli anda Avropa Şurası Azərbaycan xalqının yanındadır”, – bəyanatda deyilir.

Türkiyə baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Daha bir maraqlı xəbər budur ki, Salyanda DYP postunda silahdan atəş açan şəxs ötən gün Respublika Narkoloji Mərkəzindən buraxılıb.

Elə həmin gün Ələt-Astara magistralı ilə idarə etdiyi 10 RS 444 "Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərkən kamera görüntülərinə düşüb.

Salyan DYP postunda "saxlama” əmiri verilərkən polislərin üstünə avtomobili sürən Orxan Bağırov aradan çıxıb. Həmin gün onu saxlamaq mümkün olmayıb.

Bu gün isə posta gələrək ötən günün növbətçi YPX əməkdaşlarını axtaran Bağırov silahdan göyə atəş açıb və oranı tərk edib.

YPX əməkdaşları Orxan Bağırovun avtoxuliqanlıq hərəkətlərinin kamera görüntülərini və digər qanunazidd hərəkətləri barədə Salyan polis şöbəsinə müraciət ediblər.

Bu gün Salyan polis şöbəsinin YPX və 10 saylı tağımın əməkdaşları ilə birgə Orxan Bağırov saxlanılıb.

Qeyd olunur ki, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olan O.Bağırov özünə atəş açmaq istəyib, lakin gülləsi olmayıb.(fia)

Oxşar xəbərlər