Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:47 - 14.12.2018  
Əli Həsənovu kim şantaj edir? – Zakir Fəcəcova uzanan EHTİMAL
Tarix: 5-03-2018, 09:03 | Bölmə: ---

Əli Həsənovu kim şantaj edir? – Zakir Fəcəcova uzanan EHTİMAL

"9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”. Bunları baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən deyib.

Cənab Həsənov sifarişçinin adını çəkməsə də, bunu özünə qarşı qısqanclıqla bağlayıb: "Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var: "Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, "Nə atarsan aşına, o da çıxar qarşına”, "Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.

Bir daha deyirəm: Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır”.

Beləlilklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib. Əlbəttə, cənab Həsənov yəqin ki, əlində müəyyən əsası olmasa belə bir iddia irəli sürməz. Ancaq son aylardakı onun adı ətrafında bir-birini əvəz edən qalmaqalların hamısını sifariş kimi qəbul etmək mümkün deyil. 

Əli Həsənovu kim şantaj edir? – Zakir Fəcəcova uzanan EHTİMAL

 

 

Məsələn, əgər Əli Həsənovun nəvəsi 250 minlik avtomobillə ağır qəza törədib, 2 nəfərin həyatına son qoyursa, ardından 24 yaşlı bu gəncin milyonluq qarajının olduğu ortaya çıxırsa, mətbuatın bundan yazmasını sifarişlə bağlamaq yersizdir. Və yaxud qaçqınlara verilən 36 manat "çörəkpulunu” qənaətlə xərcləməyi məsləhət görən Əli Həsənovun ailə üzvlərinin milyonluq obyektləri, biznesləri  aşkara çıxırsa, mətbuatın bunun mənbəyini araşdırmasından təbii nə ola bilər?

Bununla belə, son vaxtlar Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında müəyyən qüvvələrin dayandığını da istisna etmək olmaz. Baş nazirin müavininin də "sifarişlidir” deyərkən, məhz bu yazıları, şikayətləri nəzərdə tutduğu və sifarişçinin kimliyini də həqiqətən bildiyi düşüncəsindəyik. Əli Həsənov ad çəkməsə də, hadisələrin təhlili, müşahidələr, eləcə də yayılan bəzi informasiyalar onun bu zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu nəzərdə tutduğunu söyləməyə əsas verir. Niyə?

Əvvəla, Əli Həsənovun ailə üzvlərinin Sumqayıtdakı yaşıllıqları məhv etdiyinə dair məlum şikayətlərdə, yazılarda bunun qarşısını almayan (Halbuki vəzifə borcudur-müəl.) İH başçısı nəinki tənqid edilir, əksinə, hətta guya bu qanunsuzluqlardan tamamilə xəbərsiz olduğu iddia olunur. Və dolayısıyla Zakir Fərəcov yaşıllıqların qoruyucusu, eyni zamanda Sumqayıtı "Əli Həsənovun ailə üzvlərinin işğalından” qurtaracaq xilaskar kimi təqdim olunur. Həmin şikayətlərdən birindən sitat: "Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xəbərsizdir… Yəqin o "Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən "yaşıl soyqırım”a vaxtında "stop” deyəcək”.

İkincisi, Əli Həsənovun ailə üzvlərinin "Sumqayıtı dağıtdığına” dair şikayət və yazılar, reportajlar əsasən Zakir Fərəcovla "isti münasibətləri” sirr olmayan media orqanlarından tirajlanır. Zakir Fərəcovun Sumqayıtdakı quruculuq işlərinə silsilə yazılar həsr edən həmin mətbu orqanlar, eyni həvəslə Əli Həsənovun yaxınlarının Sumqayıtdakı "özbaşınalıqlarından” da silsilə reportajlar verirlər. Təsadüfdürmü?…

"AzPolitika.info”nun bəzi məlumatlı mənbələrlə apardığı dəqiqləşdirmələr də Sumqayıtla bağlı Əli Həsənovu hədəfə alan yazıların Sumqayıt İH-dən qaynaqlandığı ehtimalını gücləndirir. Belə ki, həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.

Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır. Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib.  Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib. Düzdür, bu hadisənin böyüməsinə imkan verilməyib, ancaq ailələr arasında gərgin münasibətlərin düzəldiyini söyləmək mümkün deyil.

Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilirHətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir. Eləcə də, şəhərdə böyük biznes obyektlərinə malik Əli Həsənovun yaxınlarına toxuna bilmir. Bu da onlar arasındakı nüfuz savaşını dərinləşdirir.

Buna görə də, Əli Həsənovun ailə üzvlərinin, yaxınlarının Sumqayıtda özbaşınalıq etdiklərinə, yaşıllıqları dağıtdıqlarına dair məlumatların bir qədər də şişirdilərək ictimaiyyətə təqdim olunmasının arxasında Fərəcovların maraqlarının dayandığı güman edilir. Yəni, Əli Həsənovun "O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də” deyərkən, barmağını məhz Zakir Fərəcova tuşladığı ehtimalı yüksəkdir. 

AzPolitika.info

Xəbər 3272 dəfə oxunub






Oxşar xəbərlər

Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10403] initstartout [0.00015] initstartin [0.00056] calstart [0.00748] calend [0.00041] topnewsend [0.00304] rsssend [0.00000] ehgend [0.00640] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08546]