İqtisadiyyat Nazirliyinin tabeliyində yeni qurum

  • 03 mart 2018, 11:29

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Demokratik.Az "Report”-a istinadən xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Demokratik.Az

Oxşar xəbərlər