Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:23 - 25.06.2018  
Ermənistan yeni prezidentini seçir - geosiyasi gündəm
Tarix: 2-03-2018, 10:03 | Bölmə: ---

Böyük ehtimalla Armen Sərkisyan ikinci tur olmadan qalib gələcək

Bu gün Ermənistan parlamenti ölkənin yeni prezidentini seçir. Hakim Respublikaçılar Partiyasının lideri, prezident Serj Sərkisyanın "vəlihəd” gözü ilə baxdığı, ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan əsas namizəddir.

Armen Sərkisyanın 65 yaşı var. Nəzəri fizika və riyaziyyat ixtisası üzrə İrəvan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib. 1984-1995-ci illərdə gənc alim kimi Cambridge Universitetində dərs deyib. ASərkisyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun və Britaniya Astronomiya Cəmiyyətinin üzvüdür. Nəzəri fizika, astrofizika və kompüter modelləşdirilməsi üzrə 50-də çox elmi məqalə və 3 dərslik vasitəsinin müəllifidir. 1992-ci ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri olub. 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub. A.Sərkisyan 2001-2013-cü illərdə "British Petroleum”, "Alcatel”, "Telefonica”, "Merrill Lynch” və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda onun Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir.

Ekspertlər A.Sərkisyanın qarşıdakı prezidentlik dönəminin hazırkı rəhbərin fəaliyyətindən heç nə ilə fərqlənməyəcəyini bildirirlər.

Ermənistan yeni prezidentini seçir

 

 

 

 

 

 

 

Politoloq Nəzakət Məmmədova Ermənistanın siyasi kursunun dəyişməyəcəyini düşünür: "Prezidentliyə hakim Respublika Partiyasının və koalisiyadakı Erməni İnqilabi Federasiyası Daşnaksütyun Partiyasının vahid namizədi bu ölkənin Böyük Britaniyadakı səfiri, 1996-1997-ci illərdə baş naziri olmuş Armen Sərkisyandır. Adını çəkdiyimiz hakim partiyalardan başqa parlamentdə deputatların sayına görə ikinci yerdəki müxalifətçi ”Tsarukyan" partiyası da ona səs verəcəyini bildirib. Armen Sərkisyanın dünənki parlament müzakirələrində vahid namizəd olması lehinə 65 nəfər səs verib. Parlamentdə cəmi 9 deputat yerinə malik "Yelk” müxalifət partiyası isə Sərkisyanın əleyhinə səs verəcəyini bildirib.

Prezident vəzifəsinə seçilmək üçün namizəd parlamentdəki 105 mümkün səsdən 79-nu almalıdır. Lakin indiki prezidentin səlahiyyət müddəti 9 apreldə başa çatır. Bu seçkilərlə də ölkə parlament üsul-idarəsinə keçir və artıq prezident yalnız təmsilçilik funksiyalarına malik olacaq, əsas səlahiyyətlər isə baş nazirdə olacaqdır. Lakin hesab olunur ki, Armen Sərkisyan diplomat, biznesmen kimi həm Rusiya, həm də Qərblə sıx əlaqələrə malikdir. Onun biznes və siyasi dairələrdəki əlaqələri ölkəsinə investisiya cəlb olunmasına şərait yarada bilər. O, artıq Ermənistanı texnoloji mərkəzə çevirmək planlarını açıqlayıb. Eyni zamanda həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı ilə sazişlər imzalanmasını düzgün addım hesab etdiyini və bu kursu davam etdirəcəyini bildirib.

Ermənistan yeni prezidentini seçir

Bir ay əvvəl o, Moskvaya, Milana, Londona səfər etmişdi. Adıçəkilən siyasi və maliyyə mərkəzlərinə səfərin məqsədlərindən birinin işgüzar və siyasi dairələrin razılığını almaq ola bilərdi. Qeyd edim ki, nə siyasi sistem dəyişikliyinin, nə yeni prezident seçilməsinin ölkənin siyasi kursunun dəyişməsinə təsiri olmayacaqdır. Regiondakı siyasi proseslərə də təsiri gözlənilmir. Ötən ilin aprelində baş tutmuş parlament seçkiləri qüvvələr balansını artıq müəyyən edib. Ölkədə səlahiyyətlərin baş nazirə keçməsi, parlamentli respublika üsul-idarəsinə keçirməsini nəzərə alaraq demək olar ki, Ermənistandakı siyasi qüvvələr nisbəti artıq çoxdan müəyyənləşib. Hazırkı prezident seçkiləri isə nə daxili, nə xarici siyasətə həlledici təsir göstərməyən bir prosesdir. Əgər Serj Sərkisyan bu dəfə baş nazir qismində bütün səlahiyyətləri əlində saxlayaraq ölkənin faktiki idarəçiliyini davam etdirəcəksə, parlament də ötən ildən fəaliyyətini davam etdirirsə, yeni prezident seçkilərindən nəsə gözləmək mənasızdır".

Politoloq düşmən ölkədə güc nisbətinin illər öncədən dəyişdiyini də söylədi: "Ermənistandakı güc nisbətinin əsası bu gün yox, 2015-ci ilin 6 dekabrında ölkə konstitusiyasının referendum yolu ilə dəyişilməsi zamanı qoyulub. Məhz həmin vaxt konstitusiya islahatlarının təşəbbüskarı hakim Respublika Partiyası ölkədəki güc mərkəzini Prezident Administrasiyasından parlamentə keçirməyi bacardı və bununla da özünün hakimiyyətinin davamlılığını təmin etmiş oldu. Biz bu gün Ermənistanda 2015-ci ilin dekabr ayında yazılmış ssenarinin son tamaşasının oynandığını görürük. Bu, Serj Sərkisyanın prezidentliyinin son dönəmi ilə eyni vaxta salındı. Gördüyümüz kimi, real olaraq hakimiyyəti Serj Sərkisyan özü ilə parlamentə və baş nazirliyə transfer etməyi bacardı. Hazırkı prezident vəzifəsi isə artıq formal səciyyə daşıyacaqdır”.

Xəbər 1154 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı oğluna toy edir - Bakıda
Putin və Tramp iyulun 15-də Vyanada görüşəcək
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO
Elçibəy... - 80
Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı
Bu fotolar Rusiyada rezonans doğurub
BİABIRÇILIQ! - Xırdalanda Əfqan Şəhidliyi dağıdılıb (VİDEO)
Nazir Yavər Camalov vəfat etdi
Qüdsi Osmanov oğlunun həbsini təsdiqlədi
QHT Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi
Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI
“Günay Bank”ın keçmiş sədr müavininin saxlanmasının bəzi TƏFƏRRÜATLARI
Məmurların maaşını artırmaq TƏKLİF OLUNDU
“Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
Mağazadan oğurluğu - şübhəli şəxs saxlanılıb
“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı”–Əli Mirəliyev –VİDEO
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12080] initstartout [0.00017] initstartin [0.00091] calstart [0.01120] calend [0.00063] topnewsend [0.00430] rsssend [0.00000] ehgend [0.00823] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09462]