Nazir azərbaycanlı uşağın ölümündən danışdı

  • 01 mart 2018, 07:43
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Tbilisinin 70 saylı məktəbinin azərbaycanlı şagirdi Aslan Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib. 

APA-nın məlumatına görə, nazir bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəbi istintaqla müəyyən olunacaq və adekvat reaksiya veriləcək.

"Aslan Məmmədovun ailəsi və doğmalarının böyük kədərini bölüşürəm. Xəsarət almış digər uşaqların tezliklə sağalacağına inanıram”, - M.Çxenkelinin başsağlığında deyilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 uşağa xəsarət yetirib. Uşaqlardan biri 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Yerdə qalan uşaqların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı cinayət işi açılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər