Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:14 - 25.06.2018  
Özməşğulluqdan böyük biznesə doğru
Tarix: 28-02-2018, 11:19 | Bölmə: ---

Ekspert: "Proqrama cəlb olunan ailələrə dövlət dəstəyi davamlı olmalıdır”

Özməşğulluqdan böyük biznesə doğruAzərbaycanda 2016-cı ildən etibarən özünüməşğulluq proqramı icra olunur. Proqram prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına uyğun olaraq, işaxtaran və işsiz vətəndaşlar üçün başladılıb.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında dövlət başçısı bu proqramdan bəhs edərək deyib: "Bu yaxınlarda başladığımız özünüməşğulluq proqramının da uğurlu icrası gözlənilir. Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən biznes üçün lazım olan vasitələrlə təmin ediləcəklər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumata görə, ötən müddət ərzində proqramın icrası aztəminatlı ailələrin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmaqla öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və kiçik ailə biznesinə çıxış imkanı qazanmalarına şərait yaradıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən il respublikamızın rayon və şəhərləri üzrə 1200-dən çox aztəminatlı ailəyə aktivlər (mal və materiallar) verilməklə, onların kiçik ailə təsərrüfatları yaradılıb. Həmin təsərrüfatların 84 faizi kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə  təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədi daşıyır”.

Nazirlikdə hesab edirlər ki, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımına da əlavə dəstəkdir: "Aztəminatlı ailələrin verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək öz kiçik ailə təsərrüfatlarını gözlənilən səviyyədə, uğurla qurmaları, həmçinin təsərrüfatlarını daim inkişaf etdirməyə, genişləndirməyə səy göstərmələri  özünüməşğulluq proqramının icrası sahəsində müsbət təcrübənin formalaşdığını göstərir. Ötən il qəbul olunmuş ”İşsizlikdən sığorta haqqında" Qanuna əsasən, 2018-ci ilin əvvəlindən ölkəmizdə formalaşan İşsizlikdən sığorta fondunun yaratdığı maliyyə imkanları hesabına  özünüməşğulluq proqramının əhatə dairəsinin xeyli genişləndirilməsi təmin olunacaq. Belə ki, fonda 2018-ci ildə toplanması gözlənilən 89 mln. manat vəsaitin 40,2 faizinin və ya 35,8 mln.manatının özünüməşğulluq proqramının genişləndirilməsinə, beləliklə də cari ildə ötən illə müqayisədə dəfələrlə çox olmaqla,  7 minədək aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur".

2018-ci ildə özünüməşğulluq proqramında iştirak üçün müraciət edən, özünüməşğulluq proqramında iştirak üçün müvafiq potensialları olan işsiz və işaxtaran vətəndaşlar üçün 1 aylıq təlim kurslarının təşkilinə başlanılıb: "Kurslar Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılır və bu kursları bitirərək qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilənlərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə təsərrütlarının qurulması üçün aktivlərlə təminatı həyata keçiriləcək”.

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun sözlərinə görə, hazırda ƏƏSMN-in həyata keçirdiyi özünüməşğulluq proqramı 2010-cu ildə başladılan özünüdəstək layihəsindən əsas etibarilə fərqlənmir:"Həmin vaxt Bakı və Sumqayıt da daxil olmaqla, 13 rayonda bu layihə icra olunurdu. Cəmi 271 ailə seçilərək layihəyə cəlb olunmuşdu. Ümumilikdə, görülən işlərə 355 min 465 manat sərf olundu. Biz həmin vaxt layihənin qiymətləndirilməsini həyata keçirmişdik: həm nazirliyin işini, həm də seçilən ailələrin vəziyyətini qiymətləndirmişdik. Həmin vaxt hər ailəyə bir illik ünvanlı sosial yardım həcmində - haradasa 1300-1500 manat pul verilirdi. Bu vəsaitlə birdəfəlik yoxsulluqdan çıxmaq mümkün deyil. Ona görə də biz həmin vaxt bir sıra təkliflərlə çıxış etmişdik. Hesab edirəm ki, o təkliflər indiki proqram üçün də aktualdır”.

Ekspertin sözlərinə görə, o zaman layihə çərçivəsində görülən işlərin hüquqi bazası yox idi: "Nazirlik bəzi sənədləri özü təsdiq etmişdi, amma hökumət, Nazirlər Kabineti səviyyəsində hansısa qərar yox idi. Bu, indi də yoxdur. Yəni ailələrin seçim meyarları müəyyənləşməyib. Məsələn, ailənin ehtiyaclılıq meyarı vardı. Hesab olunurdu ki, daha çox uşağı olan ailə daha çox yoxsuldur. Yaxud belə bir meyar vardı ki, ailənin heç olmasa bir nəfər əmək qabiliyyətli üzvü olsun ki, işləri həyata keçirə bilsin. Ailənin reputasiyası da mühüm meyardır: o ailə həmin ərazidə nə qədər yaşayıb, reputasiyası nə qədər təmizdir. Biz təklif edirdik ki, bir ərazidə 5 ildən az yaşayan ailələr seçilməsin. Bizim başqa bir təklifimiz vardı ki, ailənin işə bir töhfəsi olsun: məsələn, inək alınıb verilirsə, onun tövləsi olsun inəyi saxlamağa. Bizim təkliflərimizlə nazirlik də razılaşmışdı.

Bizim daha bir təklifimiz vardı ki, ailələrin sonrakı taleyində də dövlətin iştirakı olsun. Yəni aldığı heyvanı artırıb işini genişləndirmək istəyənə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə güzəştli kreditlər verilsin. Lakin nazirlikdən dedilər ki, buna onların səlahiyyəti çatmır".

Ekspert deyir ki, Türkiyədə bir qədər fərqli də olsa, uğurlu bir proqram həyata keçirilir: "Orada iştirakçılara girişimçilər deyilir. Yəni sahibkarlıq fəaliyyətinə yeni başlayanlar. Düzdür, bizdə əsas məqsəd insanları yoxsulluq girdabından çıxarmaqdır. Lakin iştirakçılarla söhbətdən məlum olur ki, əslində onları sahibkar kimi hazırlayırlar, biznes-plan hazırlamaq, ailə biznesinin idarə olunması, istehsal olunan məhsulu satmağın yolları öyrədilir. Buna görə bizdə də Türkiyədəkinə yaxın bir proqram həyata keçirmək mümkündür. Orada yaxşı layihəsi olana 50 min lirəyədək qrant ayrılır. Bizdə də iştirkaçılara sonrakı dəstək olmalıdır. Onlara güzəştli kreditlərə çıxış imkanı yaradılmalıdır ki, sonradan biznesi böyüdə bilsinlər.

Bizim bir təklifimiz də budur ki, kənd yerlərində hamıya heyvan alınıb verilməsin, başqa sahələrdə bacarıqları olanlara şərait yaradılsın o sahələr üzrə işini qurmağa.

Eyni zamanda iştirakçılara alınıb verilən heyvanların-quşların sığortası həyata keçirilməlidir. Çünki belə faktlar da var ki, alınıb-verilən heyvanlar tələf olur.

Bundan əlavə, proqram iştirakçılarını seçərkən əhalinin real gəlirləri nəzərə alınmalıdır. Elə ailələr var ki, rəsmi gəliri yoxdur, amma az da olsa qeyri-rəsmi gəliri var. Bundan əlavə, ailələrin özlərinin torpaq sahəsi, heyvanı saxlamaq üçün tövləsi və sair formada qoyuluşu da olmalıdır".

Q.Toğrulun sözlərinə görə, birinci mərhələdə özünüdəstək proqramı nazir dəyişikliyinə görə dayandırılıb, amma 2016-cı ildən yenidən başlanması müsbət haldır: "Biz Rusiya təcrübəsini öyrənmişdik. Türkiyədə bir başqa formada tətbiq olunur, Cənubi Amerikada da geniş istifadə edilir. Bütün hallarda mahiyyət eynidir: insanları yoxsulluqdan qurtarmaq, inkişaf üçün dəstək vermək”.

Xəbər 1002 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı oğluna toy edir - Bakıda
Putin və Tramp iyulun 15-də Vyanada görüşəcək
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO
Elçibəy... - 80
Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı
Bu fotolar Rusiyada rezonans doğurub
BİABIRÇILIQ! - Xırdalanda Əfqan Şəhidliyi dağıdılıb (VİDEO)
Nazir Yavər Camalov vəfat etdi
Qüdsi Osmanov oğlunun həbsini təsdiqlədi
QHT Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi
Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI
“Günay Bank”ın keçmiş sədr müavininin saxlanmasının bəzi TƏFƏRRÜATLARI
Məmurların maaşını artırmaq TƏKLİF OLUNDU
“Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
Mağazadan oğurluğu - şübhəli şəxs saxlanılıb
“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı”–Əli Mirəliyev –VİDEO
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15112] initstartout [0.00017] initstartin [0.00091] calstart [0.01650] calend [0.00066] topnewsend [0.00474] rsssend [0.00000] ehgend [0.00873] tagsstart [0.00085] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11851]