Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:43 - 21.01.2019  
Əhmədzadə Qaralovdan nə xahiş edib? - Göygöl SSİ-də "ÖLÜM İŞİ"
Tarix: 2-04-2018, 12:02 | Bölmə: ---

Əhmədzadə Qaralovdan nə xahiş edib? - Göygöl SSİ-də "ÖLÜM İŞİ"Ölkəmizdə meliorasiya və su təsərrüfatının zəruri inkişafı möhtərəm Prezident İlham Əliyev üçün  də prioritetdir. Ölkə başçısı meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq probleminin həllindəki müstəsna rolunu nəzərə alaraq demək olar ki, hər gün bu sahəni diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı təyinatlı onlarca yeni tikinti işləri ilə tanış olur, hər il hansısa meliorasiya obyektinin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edir. Bütün bu işlər isə möhtərəm prezidentin bu sahəyə qayğısı, siyasi-iqtisadi mövqeyi ilə yanaşı, dövlət büdcəsindən ayrılan 100 milyonlarla, milyardlarla manat vəsait hesabına başa gəlir. Bəs, görəsən mərhum Heydər Əliyevdən bu yana ölkənin baş melioratoru postunu özündə saxlayan Əhməd Əhmədzadə və komandası üzərlərinə düşən məsuliyyəti və vəzifə öhdəliklərini lazımınca dərk edirlərmi? Axı, hər illik hesabatlarında ağsaqqal rəhbərin prezident qarşısında uğurlardan danışması, görülməli çeşidli işləri önə çəkərək meliorasiyaya büdcədən ayrılmaları artırmağa nail olması şəxsən Əhmədzadəyə yüksək etimaddan, etibardan xəbər verir. Təsadüfi deyil ki, meliorasiya sahəsinin inkişafı aqrar sahənin inkişaf etdirilməsi ilə paralellik təşkil edir. Uzun illərdir Əhmədzadəyə və "meliorator komandası”na həm hökumətin, həm də cəmiyyətin ümidləri, nikbin gözləntiləri var.

Əhmədzadənin sınaqlardan çıxmış ciddi məmur reputasiyasını və dövlətçiliyə sədaqətini nəzərə alıb, təəssüflə mühüm bir səhfini deməliyəm ki, bu adamın ölkə üzrə formalaşdırdığı "melioratorlar komandası” nın təsadüfi təmsilçiləri görülən mühüm işlərə xələl gətirməklə məşğuldur. ASC-nin tabeliyində çalışan kadrların böyük əksəriyyətinin meliorasiyadan tam xəbərsiz olması bir kənara, maxinasiyalara və korrupsiyaya meyilli olmaları danılmaz faktdır. Ona görədir ki, mətbuat səhifələrində ayrı-ayrı SSİ-də alovlanan süni problemlər tirajlanır. Hesab edirəm ki, cənab Əhmədzadə lokomativ funksiyası yerinə yetirərək bu sahədəki yarıtmazları arxasınca çəkib aparmasını durdurmalıdır. Çünki belə olduqca, Əhmədzadənin otağında boynunu bükən, öz iş yerlərinə isə biznes münasibəti göstərərək aşkar alverlə məşğul olan rəisləri müdafiə etmək ölkəmiz üçün də, meliorativ tədbirlərin nəticəsi üçün də yaxşı nəticə vəd etmir. Necə ki, verməyib də!.

Cənab Əhmədzadə tabeliyindəki yarıtmazların hər pis əməlini müdafiə etdikcə, bu sahəyə olan ümidlər, büdcədən ayrılan milyonlar sularda boğulur. Buna isə kimsələrin haqqı çatmır. Əhmədzadənin özünün belə…  

Ötən gün "Demokratik.Az”-a özəl mənbələrdən ötürülən məlumata görə, cənab Əhmədzadə mühüm işlərini bir kənara qoyub, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmovun səhlənkarlığı və şəxsi maraqları ucbatından baş vermiş bir ölüm hadisəsinin "qəlpələrini” yox etməyə çalışır. Məsələ o qədər ciddidir ki, cənab Əhmədzadə illərdir uzanan bir cinayət işini tam yox etmək üçün ölkənin baş prokuroru cənab Zakir Qaralova da israrla xahiş etməyə başlayıb. Təəssüf ki, məqsəd yarıtmaz bir idarə müdirini müdafiə etməkdir. Amma necə?..

Əhmədzadə Qaralovdan nə xahiş edib? - Göygöl SSİ-də "ÖLÜM İŞİ""Demokratik.Az” xatırladır ki, 2016-cı ilin yanvarında Göygöl rayonunda əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasını təmin etmək məqsədi ilə 4 yeni su nasos stansiyası istifadəyə verilib. Bunlardan Gəncə çayı üzərində yerləşən Topalhəsənli kənd nasos stansiyasında həmin işə görə ölüm faktı qeydə alınıb. Belə ki, stansiyanın dam örtüyünü inşa edən kənd sakini (adı və soyadı redaksiyaya məlumdur-red) həftənin bazar günü işləyərkən hündürlükdən yıxılaraq hadisə yerindəcə keçinib. Hadisə üzrə cinayət işi açılıb və rayon prokuroru Rauf Məmmədəliyev şəxsən həssaslıqla bu işə prosessual nəzarət həyata keçirib. İstintaqla müəyyən edilib ki, fəhlənin bu işləri həyata keçirməsi üçün sənədləşməsi yerində olmayıb. Bu işdə bilavasitə günahkar olan və aşkar məsuliyyətsizliyə, səhlənkarlığa yol verən idarə rəisi isə izahatlarında müxtəlif uydurmalar, bəhanələr səsləndirərək özünü məsuliyyətdən yayındırmağa cəhdlər edib. Təəssüf ki, istəyinə də bugünədək nail olub. Müqəssir gah fəhlənin icazəsiz stansiyanın damına çıxdığını, gah da bazar günü iş olmadığını bildirərək günahı öləndə axtarıb. Aldığımız məlumata görə, mərhumun əmək müqaviləsi yerində olmayıb, əmək vasitələri ilə bağlı təlimatlandırılmadığını, istehsalatda bədbəxt hadisə ilə bağlı aktın belə tərtib edilmədiyi də artıq aydındır.

"Demokratik.Az”- a verilən məlumata görə, cinayətin üstündən iki il ötsə də, İ.Məhərrəmov hər yerdə Göygöl rayon prokuroru Rauf Məmmədəliyevin əlehinə danışıqlar aparır, sonuncunun onu rahat buraxmadığını və bu işə görə az qala prokurorluq orqanını ittiham etməyə səy göstərir.

"Demokratik.Az”-a sızan özəl xəbərə görə, bir müddət əvvəl ASC-də hesabatda olarkən idarə rəisi Əhməd Əhmədzadə ilə görüşərək rəhbərindən təcili kömək istəyib. ASC rəhbərliyinə rayon prokurorunun gücündən danışan İlqar Məhərrəmov məlum cinayət işində dəfələrlə Göygölün icra başçısı Arif Seyidovdan kömək istəsə də mənasız olduğunu bildirib. Əhmədzadə isə öz növbəsində başçı ilə əlaqə qurub və prokurorluq tərəfindən idarə rəisinə qarşı təqibə son qoyulmasını rica edib. İlqar Məhərrəmovun özünün bu günlərdə dövriyyəyə buraxdığı xəbərə görə, başçının köməyindən məhrum olduqdan sonra Əhmədzadə hətta rayon prokurorunun işə prosessual hərəkətlərini tam durdurmaq üçün baş prokuror Zakir Qaralova müraciət edib.

Mövzu ətrafında apardığımız araşdırma sonucunda onu da öyrəndik ki, idarə rəisi ölüm işindən qısa müddət sonra banklardan küllü miqdarda kredit götürüb və bunun səbəbini hər yerdə özünüxilasa yozur. İnandırıcı səslənməsə də görünür rəhbərlik onun kaprizlərinə dözür ki, o iddia etdiyi 10 minlərlə manatlıq kredit borcunu ödəsin. Amma rəhbərliyə sorsaq ki, aylıq maaşı 500 manatı keçməyən idarə müdiri küllü miqdarda olan borcu necə və hansı korrupsiya yolları ilə ödəyəcək? Yəqin deyəcəklər ki, bu yaxınlarda İ.Məhərrəmovun aldığı bahalı inamarka avtomobili almağa necə pul tapıbsa, o yollarla davamını gətirəcək. Yoxsa, son hesabatında Əhmədzadənin müavini tərəfindən yalan yerə təriflər almayıb ki? Yaxşı olardı Əhmədzadə idarə rəislərinin fəaliyyətində artezianlara ayrılan illik elektrik limitində "qənaətcilliyə” yox, başqa hərəkətlərinə də nəzarət eləsin. Elə məlum ölüm işində Əhmədzadə nasos stansiyalarının inşaasına ayrılan vəsaitin şəffaf xərclənməsində maraqlı olsa idi, profilaktik tədbirlər görsəydi, İlqar Məhərrəmovu "proraf-memar" və idealist meliorator yox, əslində maşın alverçisi olduğunu lazımınca dərk etsəydi faciə baş verməzdi.

Əhmədzadə Qaralovdan nə xahiş edib? - Göygöl SSİ-də "ÖLÜM İŞİ"Sonda cənab Əhmədzadəyə səslənirəm. "Əhməd müəllim! Sizcə, İlqar Məhərrəmov Göygöl meliorasiya idarəsinin suyu ilə bundan sonra daha hansı günahlarını yumağa çalışacaq, özünü aydan arı-sudan duru kimi aparacaq? Bir rayonun prokurorunun səlahiyyət müddətinin başa çatdığını dostlarına hayqıran və icra başçısına qarşı müxtəlif kompromatlardan istifadə edən İlqar Məhərrəmovu siz nəyə görə qoruyursunuz? Bəlkə əvvəlki sələfi, yaxın qohumu Namaz Quliyev kimi nə zaman sizə qarşı təhqirə, təxribata keçəcəyi günü gözləyirsiniz? Yoxsa, Göygöl SSİ-nin üzünü məhz İlqar əfəndinin zövqü ilə şəffaf şüşə ilə bəzətmisiniz deyə, işlərinin elə də şəffaf olmadığını bilmirsiniz? 

İnanıram ki, qosqoca Əhmədzadə dövlətimizin ona etimadına dönük çıxmaz və onu aldadıb nüfuzdan salan "melioratorları" cəzalandıraraq komandasında mühüm islahatlar aparar. Əks təqdirdə bu sahədəki hər cür "lillənmə" davam edəcək!   

Osman Nərimanoğlu

Demokratik.Az illərdir fəhlənin ölüm faktını ört-bas edənlərin mövqeyini öyrənmədən bu ixtiyarı aidiyyatı qurumlara həvalə etməyi məqbul sayır.

"Demokratik.Az"

Xəbər 7817 dəfə oxunub






Oxşar xəbərlər

Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11002] initstartout [0.00011] initstartin [0.00058] calstart [0.00768] calend [0.00042] topnewsend [0.00309] rsssend [0.00000] ehgend [0.00548] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09213]