Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:28 - 17.11.2019  
Abdin Fərzəliyevin də adı hallanan 12 milyonluq fırıldaq
Tarix: 26-02-2018, 22:26 | Bölmə: ---

Abdin Fərzəliyevin də adı hallanan 12 milyonluq fırıldaqAzərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə 177 nəfəri aldadanların və onların miyonlarla manat pulunu mənimsəyənlərin işi üzrə sensasion məhkəmə prosesi başlayıb. Müttəhimlər kürsüsündə dayananlar cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şıxəliyevdir. S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir. Dəyən zərərin məbləği isə 12 milyon manatdan çoxdur.
Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 196 ünvanda gözdən əlillər üçün tikilən bina 2015-ci ilin dekabrın 24-də istifadəyə verilib, prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi də keçirilib. Və aralarında İcra Hakimiyyətinin məsul şəxsi olmaqla dələduzlara milyonlarla manat verib binadan mənzil gözləyənlərə məlum olub ki, dövlət hesabına tikilən binada mənzilləri satmaq və ya bağışlamaq olmaz. Özlərini "gözdən əlil” kimi tanıdıb ucuz mənzil əldə etmək naminə Gözdən Əlillər Cəmiyyətinə üzv olanlar isə yalnız bundan sonra aldadıldıqlarını başa düşüblər.
Virtualaz.org saytının redaksiyasına müraciət edən zərərçəkmişlər deyirlər ki, dələduz şəbəkəsinin əsas üzvləri Almaniyaya qaçıb. Onları aldadaraq pullarını mənimsəyən "makler" Məzahir Nəsirov da Almaniyadadır. Nəsirov cəmiyyət sədri və icra hakimiyyəti arasında vasitəçi olub, pulu da onun vasitəsilə veriblər. İnterpol tərəfindən axtarışa verilsə də, onun Almaniyadan gətirərək cinayət məsuliyyətinə cəlb olunması yubadılır.
"Məzahir mənə dedi ki, gözdən əlillər üçün tikilən binada aztəminatlı ailələr üçün mənzillər nəzərdə tutulub. Bunun üçün əlillərin yataqxanasında qeydiyyata düşmək və cəmiyyətə üzv yazılmaq lazımdır. 2012-ci ildə pul verib yataqxanada qeydiyyata düşdüm”, -zərərçəkmişlərdən Fariz Qəribov bildirib.
Zərərçəkənlərin şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. İttiham üzrə ifadə verən cəmiyyət sədri S.Abdullayev yalnız 18 nəfərin yataqxanada qeydiyyata götürüldüyünü təsdiqləyib. Digərlərinə verilən arayış isə saxta olub.
Zərərçəkənlər deyirlər ki, onlara Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmələri ilə bağlı sərəncam da verilib. Sərəncamı icra başçısı imzalayıb, məhz buna görə də Nəsirova inanıblar.
"Məzahir mənə dedi ki, bina hazır olandan sonra püşkatma keçiriləcək. Nərimanovda çoxları Məzahiri icra başçısı Abdin Fərzəliyevin adamı kimi tanıyırdı. Hətta ev almaq istəyən qohumlarına da kömək edəcəyini dedi. Sərəncamdan sonra inandım, 8 nəfər yaxın qohumunu da onunla görüşdürdüm. Ümumilikdə Nəsirova 270 min manat vermişik”, - F.Qəribov deyir.
Digər zərərçəkmiş Hicran Mehdiyeva da eyni üsulla aldadılıb. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Mehdiyevanın yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda ev növbəsinə götürülmə icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciəti şöbəsinə həvalə edilib. Hansı ki, həmin şöbəsinin əməkdaşı Yomətdin Şixəliyev hazıda dələduz kimi məhkəmə qarşısına çıxardılıb.
Şikayətçilərin sözlərinə görə, Məzahir Nəsirovun villası satılıb, 18 nəfərə 750.500 manat zərər ödəyib. Onlar icra başçısı Fərzəliyevin də məhkəməyə gətirilməsini tələb edirlər. "Necə ola bilər ki, indiyədək Nəsirov Almaniyadan gətirilmir, onun haqqında saxlanılma qərarı var. Görünür Nəsirovu himayə edənlər var”, -zərərçəkmişlər söyləyiblər.
Təqsirləndirilən Səmyar Abdullayev və onun yaxın adamı kimi tanınan Hikmət Şükürova Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddəsi ilə ittiham irəli sürülüb, barələrində "polisin nəzarəti altında vermə” qətiimkan tədbiri seçilib. Cinayət işində göstərilir ki, cəmiyyət sədri Səmyar Abdullayevin 532 min 701 manat, cəmiyyətin əməkdaşı Hikmət Şükürov 6 milyon 518 min 383 manat, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şixəliyevin 6 milyon 520. 883 manat ziyan vurduğu təsdiqlənib. Işə Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılır. Bu gün fevralın 26-da iş üzrə hazırlıq iclası keçirilməsi gözlənilirdi.
 
Demokratik.Az

Xəbər 2948 dəfə oxunub






Oxşar xəbərlər

17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29656] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00911] calend [0.00053] topnewsend [0.00426] rsssend [0.00000] ehgend [0.01348] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26763]