Türk əsgərindən mesaj: Bütün dünya gəlsə...

  • 26 fev 2018, 08:42

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı” əməliyyatında strateji əhəmiyyətli bölgələri bir-birinin ardınca terrorçulardan təmizləyən türk əsgəri mübarizənin son ana qədər davam etdiriləcəyini bildirib.

Axar.az xəbər verir ki, Afrində döyüşən hərbçilər Türkiyəyə vətənpərvər ruhda yazılmış mesajlar göndərib.

"Mən və bölüyüm geri addım atmayacağıq. İstəyirlər bütün dünya dövlətlərinin bayraqlarını assınlar. Biz bu oyunu pozacağıq. Xainlər hesab gününü gözləsinlər, onları ən şiddətli şəkildə cəzalandıracağıq. Xalqımız bizdən dualarını və dəstəyini əsirgəməsin. Bu uğur bütün şəhid ailələrinə və ulu millətimizə ərmağan olsun”, - türk əsgərləri bildirib.

Demokratik.Az

Oxşar xəbərlər